19 Nisan 2007 Perşembe

QAFQAZ UNİVERSİTETİ ŞƏHƏRCİYİNDƏ GÜL BAĞÇASI





Azərbaycanımızın çiçəklənməsində yüksək rolu olan Ulu öndərimizin adını daşıyan Heydər Əliyev Fondu xalqımızın ən əziz bayramı olan Novruz bayramindan sonra yeni layihəsini reallaşdırmağa başlamışdır.Heydər Əliyev Fondunun prezidenti, YUNESKO–nun və İSESCO–nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış “Hərəyə bir ağac əkək” layihəsinin icrasına Azərbaycanın birinci xanımının iştirakı ilə onun deputat seçildiyi Əzizbəyov rayonundan başlanmış, bu çağırış ölkəmizin bütün bölgələrində dərin razılıq hissi ilə qarşılanmışdır. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin abad, yaşıl, çiçəklənən diyara çevrilməsi naminə başlanan bu hərəkatın əhəmiyyətini yerlərdə yaxşı başa düşür və lazımınca dəyərləndirirlər.
Təhsildə yüksək uğurlar qazanan Qafqaz Universitetinin tələbələri ictimai həyatda da özünəməxsus aktivlikləri ilə də fərqlənirlər onlar Heydər Əliyev Fondunun prezidenti, YUNESKO–nun və İSESCO–nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsünü severek dəstəkləyərək. Universitetin fəal tələbə klublarından biri olan Way to Achielement (WTA) tələbə klubunun mart ayının 5-dən başlatdığı gül kompaniyası aprelin 17-də Universitet rəhbərliyinin də iştirakı ilə başa çatdı. Bununla da, Qafqaz Universiteti Şəhərciyinin həyatyanı sahəsi gül bağçasına çevrildi. Müəllim və tələbələrin yaxından iştirak etdiyi gül əkmə kompaniyasında yüzlərlə qızıl gül əkildi. Əkilən qızıl güllər Hollandiya tipli üç rəngli (ağ, qırmızı, bənövşəyi) güllərdir ki, bu da yaxın gələcəkdə universitetin bağçasına xüsusi bir gözəllik gətirəcəkdir.
Rceb Rza
İsa Qasımov


11 Nisan 2007 Çarşamba

Qafqaz Universitetində Xalq yazıçısı Elçinlə görüş olub

Qafqaz Universitetində Xalq yazıçısı Elçin Əfəndiyevin iştirakı ilə "Azərbaycan ədəbi prosesinin müasir vəziyyəti və perspektivləri" mövzusunda seminar keçirilib. Seminarı giriş sözü ilə Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic açaraq tədbir iştirakçılarına E.Əfəndiyevin həyat və yaradıcılığı haqda ətraflı məlumat verib. O deyib ki, müasir Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən olan Elçinin ilk hekayəsi 1959-cu ildə çap olunub. Xalq yazıçısının bundan sonra nəşr edilən bir çox hekayələri, povestləri, romanları Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynayıb: "Elçin dramaturgiyası teatr sənətində "Elçin teatrı" bədii-estetik məfhumunu yaradıb. O eyni zamanda, Azərbaycan elmi-nəzəri fikrinin ən yaxşı ənənələrini davam, inkişaf etdirən nüfuzlu tənqidçi və ədəbiyyatşünasdır. Elçinin əsərləri milyon tirajlarla nəşr olunub, ingilis, fransız, rus, alman, türk, ispan, macar, rumın, bolqar, çex, slovak, çin, ərəb, gürcü, belarus, eston, latış və başqa dillərə tərcümə edilib. Pyesləri Azərbaycan və xarici ölkə səhnələrində tamaşaya qoyulub. Ssenariləri əsasında yeddi bədii və bir neçə sənədli film çəkilib". A.Sanic bunu da vurğulayıb ki, Elçinin əsərləri Rusiyada çıxan "Drujba narodov", "Smena", "Yunost" jurnallarının, "Nedelya" həftəliyinin, "Literaturnaya qazeta"nın, eləcə də bir sıra Azərbaycan mətbuat və təşkilatlarının "Ən yaxşı əsərlər" üçün təsis edilən mükafatlarına layiq görülüb: "Elçin bir çox beynəlxalq elmi, ictimai, ədəbi qurumların, bədii şuraların redaksiya heyətinin üzvü, Türkiyənin Yedditəpə, Fateh və Memar Sinan universitetlərinin fəxri doktorudur. O, dünyanın bir çox ölkələrində-ABŞ, Almaniya, Fransa, Rusiya, Türkiyə, Monako, Xorvatiya, Danimarka, İsveç, Hollandiya, Pakistan, İspaniya, Bolqarıstan, İngiltərə, Slovakiya, Tunis, Yunanıstanda keçirilən müxtəlif siyasi, ədəbi, ictimai simpozium, görüş və rəsmi danışıqlarda Azərbaycanı təmsil edib. 2003-cü ildə Azərbaycanda ən yüksək mükafat hesab olunan "İstiqlal" ordeni ilə təltif edilib". Xalq yazıçısı Elçin Qafqaz Universitetinə bununla ikinci dəfə gəldiyini və bu təhsil ocağında təhsil alan tələbələrlə yenidən görüşməkdən məmnunluq duyduğunu deyib: "İlk növbədə qeyd edim ki, Qafqaz Universitetində olmağımdan şərəf duyuram. Bu təhsil ocağı doğrudan da təhsilin təşkilindəki və tələbələrin müasir həyata hazırlanmasındakı müvəffəqiyyətlərinə görə artıq Azərbaycanda yetərincə ad çıxarıb. Bu universitetin məzunları bütün dövlət və qeyri-dövlət müəssisələri tərəfindən məmnuniyyətlə işə qəbul olunur. Məzunların yüksək iş qabiliyyəti isə bu təhsil müəssisəsinin adını daha da ucaldır, ona görə də belə bir universitetdə çıxış etmək mənim də ürəyimcədir". Öz çıxışında Elçin Azərbaycanda müasir ədəbi proses və onun perspektivləri barədə ətraflı söz açıb, hekayələri, ssenariləri və pyesləri haqda danışıb. Sonra o, tələbələrin ədəbiyyat, mədəniyyət və ədəbi proseslə bağlı çoxsaylı suallarına cavab verib. Seminarın sonunda professor Ahmet Sanic Elçinə universitet adından xatirə plaketi təqdim edib.
Rəcəb RZA

9 Nisan 2007 Pazartesi

“Bu medallar dünya sülhünə və bəşərin xoş sabahına dəstəkdir”

Ekologiya sahəsində ölkəmizdə ilk dəfə keçirilən bu beynəlxalq müsabiqənin mükafatlandırma mərasimi isə dünən Əl Oyunları Sarayında təntənəli şəkildə qeyd olundu. Olimpiadada dünyanın 15 ölkəsindən - Azərbaycan, Türkiyə, Qazaxıstan, İndoneziya, Ukrayna, Rusiya, Tacikistan, Rumıniya, Nigeriya, Moldova, İraq, Hindistan, Gürcüstan, Albaniya və Əfqanıstandan orta məktəb şagirdləri iştirak edir. Müsabiqəyə 203 layihə təqdim olunsa da, münsiflər heyəti onlardan 50-nə yarışa girmək üçün icazə verib. Türkiyənin ətraf mühit və meşə naziri Osman Pepe dünyada ekoloji problemlərə diqqətin sürətlə artdığını söylədi. O, olimpiadada iştirak edən şagirdləri nümunə olaraq göstərdi: “Bu şagirdlər tərəfindən hazırlanan layihələr dünyanın ekoloji təhlükəsizliyinə ən böyük töhfədir. Onlara təqdim edilən medallar dünya sülhünə və bəşərin xoş sabahına dəstəkdir”,- dedi.Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, təhsil naziri Misir Mərdanov, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Dövlət Neft Şirkətinin (DNŞ) prezidenti Rövnəq Abdullayev, Türkiyənin ətraf mühit və meşə naziri Osman Pepe, eləcə də Azərbaycan və Türkiyənin tanınmış simalarının, millət vəkillərinin iştirakı ilə baş tutan mərasimdə iştirakçı şagirdlər diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.Olimpiada çərçivəsində ekologiyaya və fövqəladə hallardan qorunmağa dair sərgi də təşkil olundu. Sərgidə “Çağ” Öyrətim Şirkətinin iki ibtidai məktəbinin şagirdləri bu sahələrlə bağlı hazırladıqları eksponatları nümayiş etdirdilər.DNŞ-nin sponsorluğu ilə baş tutan müsabiqənin təşkilatçıları Fövqəladə Hallar, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və “Çağ” Öyrətim Şirkətidir.
“Gənclərin qlobal problemləri həll etmək istəyi müdrik nəslin yetişdiyini göstərir”
”Çağ” Öyrətim Şirkətinin Baş İdarə rəisi Adəm Önal bu müsabiqəni təşkil edərkən ölkə başçısı İlham Əliyevin 2003-2006-cı illərdə ekologiyaya dair imzaladığı fərman və sərəncamlarını rəhbər tutduqlarını söylədi. “Məqsədimiz Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanması istiqamətində gənc nəsli məlumatlandırmaq, onlarda ekoloji şüurun inkişafına nail olmaq, ətraf mühitə qarşı həssas münasibət formalaşdırmaqdır. Bu yolla biz gənclərin yaşadıqları ekoloji problemlərin həlli sahəsində fəal olmalarını təmin etmək istəyirik”,- deyə o bildirdi.A. Önal bu müsabiqədə heç kimin məğlub olmadığını vurğuladı. Onun fikrincə, verilən mükafatlardan asılı olmayaraq, təqdim edilən bütün layihələr uğurludur və ekoloji problemlərin həllinə xidmət edir: “Qlobal ekoloji problemlərin artdığı müasir dövrdə gənclər tərəfindən layihələrin hazırlanması onu göstərir ki, müdrik bir nəsil yetişir”.O, təmsil etdiyi şirkətin indiyə qədər iştirak etdiyi beynəlxalq olimpiadalardan ölkəmizə 39-u qızıl olmaqla, 201 medal gətirdiyini xatırladaraq, bundan sonra da bu sahədə səmərəli fəaliyyət göstərəcəyini söylədi.
“Bu gün ölkə təhsilinin dünyaya inteqrasiyasına şahid oluruq”
”Bu gün Azərbaycan təhsilinin inkişafının yeni mərhələsinə - ölkə təhsilinin dünyaya inteqrasiyasına şahid oluruq. 1994-cü ildən etibarən azərbaycanlı şagirdlər beynəlxalq olimpiadalarda iştirak edirlər. Bu illərdə ölkəmizə 200-dən artıq medal gətirilib ki, bu da MDB məkanında ən yüksək göstəricidir. Artıq Azərbaycan beynəlxalq olimpiadalarda iştirak etməklə kifayətlənmir, özü belə müsabiqələri təşkil edir”. Bu sözləri təhsil naziri Misir Mərdanov dedi. Onun sözlərinə görə, bütün dünyanın ekoloji problemlərdən və fövqəladə hallardan əziyyət çəkdiyi indiki dövrdə Azərbaycanda bu mövzuda olimpiadanın keçirilməsi təsadüfi deyil: “Bu müsabiqə həm dünya ictimaiyyətinin diqqətinin qlobal ekoloji problemlərə cəlb edilməsi, həm də ölkəmizin sülhsevər, tolerant və beynəlmiləlçi əxlaqının təbliği baxımından çox əhəmiyyətlidir”.
“Şagirdlərin fövqəladə hallardan mühafizə ilə bağlı layihələr hazırlamaları sevindirici haldır”
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Çağ” Öyrətim Şirkətinin həm ölkə, həm də beynəlxalq miqyasda bilik yarışları keçirdiyini və bunun təqdirəlayiq hal olduğunu söylədi: “Bugünkü yarış isə daha qiymətli və mənalıdır. Çünki bu, Azərbaycan-Türkiyə liseylərinin 15 illik yubileyinə və “Etimada sədaqətlə” şüarı altında keçirilir”.K. Heydərov orta məktəb şagirdlərinin ekoloji problemlərin həllinə və fövqəladə hallardan qorunmağa dair layihələr hazırlamalarının sevindirici hal olduğunu vurğuladı. O, fövqəladə hadisələr zamanı əhalinin təhlükəsizliyinin təmin edilməsindən bəhs edən əl işlərin”dən ibarət sərginin keçirilməsini də yüksək qiymətləndirdiyini bildirdi.
“Şagirdlər hazırladıqları layihələrlə ekoloji problemlərin həllinə öz töhfələrini verirlər”
”Kimdən soruşsan, etiraf edəcək ki, təbiəti sevir. Ancaq təbiəti sözlə sevmək kifayət deyil. Əməli işlərlə təbiətə qayğı göstərmək lazımdır”. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov ekoloji vəziyyətin gərginləşdiyi indiki dövrdə təbiəti qorumağın vacibliyini vurğuladı. “Dünyanın müxtəlif ölkələrindən bu olimpiadada iştirak edən şagirdlər hazırladıqları layihələrlə dünya ekoloji mühitinə, ekoloji problemlərin həllinə öz töhfələrini verirlər”,- deyə o bildirdi.Nazir Prezident İlham Əliyevin ölkənin ekoloji problemlərinin həllinə diqqətlə yanaşdığını xatırlatdı. O dedi ki, bu məqsədlə ölkədə geniş miqyasda yaşıllaşdırma işləri aparılır.
“Bu layihələr dünyanın ekoloji təhlükəsizliyinə ən böyük töhfədir”
Olimpiadada iştirak etmək üçün ölkəmizə gələn Türkiyənin ətraf mühit və meşə naziri Osman Pepe gün keçdikcə bütün dünyada ekologiyaya diqqətin artdığını söylədi. “Bir neçə il əvvələ qədər dünyada ekologiyaya indi olduğu qədər diqqət yox idi. İndi bu qayğı sürətlə artmaqdadır. Bu mənada belə olimpiadaların keçirilməsi alqışa layiqdir”,- deyə o, qeyd etdi. Türkiyəli nazir ekologiyanın qorunmasının yalnız dövlətin işi olmadığını, bunun hər bir vətəndaşın vəzifəsi olduğunu bildirdi. O, olimpiadada iştirak edən şagirdləri nümunə olaraq göstərdi: “Bu şagirdlər tərəfindən hazırlanan layihələr dünyanın ekoloji təhlükəsizliyinə ən böyük töhfədir. Onlara təqdim edilən medallar dünya sülhünə və insanlığın xoş sabahına dəstəkdir”.
“Ekologiyanın gənclər tərəfindən qorunması təqdirəlayiqdir”
DNŞ-nin prezidenti Rövnəq Abdullayev ətraf mühitin qorunmasının Azərbaycanın dövlət siyasətinin prioriteti olduğunu söylədi. O, rəhbərlik etdiyi şirkətin də bu istiqamətdə xeyli işlər gördüyünü, illərlə neftlə çirkləndirilən ərazilərin təmizlədiyini bildirdi.R. Abdullayev olimpiadaya təqdim edilən layihələrin ekoloji problemlərin həllinə kömək edəcəyini dedi: “Gənclərin belə mühüm işlərə qoşulması, ekologiyanın gənclər tərəfindən qorunması təqdirəlayiqdir”.”Çağ” Öyrətim Şirkətinin prezidenti Ənvər Özərən bu olimpiadanı beynəlxalq bilik bayramı kimi xarakterizə etdi: “Bu olimpiadanın təməlində insanlıq sevgisi yatır”.”Bu uşaqlar ekologiyamızın qurtarıcılarıdır”,- deyən Türkiyənin ölkəmizdəki səfiri Hüseyin Avni Karslıoğlu ekologiyanın qorunmasında böyüklərin edə bilmədiyini balacaların bacardığını bildirdi.
Natiq Pənahlı www.zaman.az

Türk futbolunun ulduzları Qafqaz Universitetində

Türkiyə yığmasının sabiq futbolçuları Qafqaz Universitetində tələbələrlə görüşdülər.
Bakıda səfərdə olan “Samanyolu” telekanalının idman şöbəsinin müdiri Mehmet Şeyho, “Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş” klublarının və Türkiyə yığmasının sabiq futbolçuları, hazırda məşqçi kimi çalışan Uğur Tütüneker, Turhan Sofuoğlu və Rəcəp Çətin dünən Qafqaz Universitetində tələbələrlə görüşdülər.Öncə universitetin idman şöbəsinin müdiri Musa Turmuş üç sabiq futbolçu barədə tələbələri məlumatlandırdı. Uğur Tütünekerin “Qalatasaray” klubunun heyətində 1987/88 mövsümündə “Ksamaks” (İsveçrə) ilə keçirdiyi Çempionlar Kubokunun 1/8 final mərhələsinin cavab oyunundan fraqmentlər göstərildi. Səfərdə oynadığı qarşılaşmada 0:3 hesabı ilə uduzan Türkiyə klubunun doğma meydançada 5:0 hesabı ilə qalib gələrək, növbəti mərhələyə vəsiqə qazandığı təkrar oyundan göstərilən fraqmentlər tələbələr tərəfindən maraqla qarşılandı. Qonaqlar Qafqaz Universitetinin fakültələri arasında Novruz bayramı münasibətilə keçirilmiş futbol çempionatında ilk üç yeri tutan komandalara medallar, M.Şeyho isə çempionatın ən məhsuldar hücumçusuna kubok təqdim etdi. Bundan sonra türkiyəli qonaqlar tələbələrin suallarını cavablandırdılar. Tədbirin sonunda universitet rəhbərliyi tərəfindən türkiyəli qonaqlara xatirə hədiyyəsi verildi.
www.zaman.az

5 Nisan 2007 Perşembe

Bir Millet, İki Devlet


AZERBAYCAN-TÜRKİYE

Bir ananın iki oğlu,
Bir amalın iki qolu.
O da ulu, bu da ulu
Azerbaycan-Türkiye.

Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir
Azerbaycan-Türkiye.

Bir milletik, iki dövlet
Eyni arzu, eyni niyyet.
Her ikisi cümhuriyyet
Azerbaycan-Türkiye.

Birdir bizim her halımız,
Sevincimiz-melalımız.
Bayraqlarda hilalımız
Azerbaycan-Türkiye.

Ana yurdda-yuva qurdum,
Ata yurda könül verdim.
Ana yurdum, ata yurdum
Azerbaycan-Türkiye.

Bahtiyar Vahabzade

İstirahat Quşesi


Güzel mekânlar için birçok defa “cennet köşesi” tabiri kullanılır. Yoğun bir eğitim- öğretim döneminin ardından hem istirahat etmek hem de geçen yılın değerlendirmesini yapmak üzere bulunduğumuz yer buna uygun tariflenebilecek bir mekândı.
Her ne kadar dünyamızda hiçbir yer cennet gibi olmasa da, cennet her türlü tahayyülümüzün fevkinde olsa da; çocukluğumuzdan bu tarafa hayalimizde oluşan cennet tasviri, masmavi gökyüzüne birleşmiş yemyeşil ağaçların bitmezcesine bulunduğu sık ormanların içerisinde, güneşin elmas parıltılı şualarının aksettiği soğuk suların şırıl şırıl aktığı, serin gölgelerin altında dinlenilen ve ruhların sükûnet bulduğu ferahfeza bir mekândır.
Henüz geleli bir gün olmadı ama bünyemiz tabiatın sakinleştirici ritmine alışmakta. Gözlerimiz her tarafı kaplayan ormanların yeşili ve gökyüzünün mavisinde dinlenmekte. Yıllanmış ağaçların göğe uzanmış yaşlı ve kalın gövdelerinden çıkan, yemyeşil yapraklarla bezenmiş yüzlerce dalın oluşturdukları gölgeler ve altlarından akan, dağların tepelerinden eriyip gelen karların oluşturduğu küçük nehirlerin serinliğiyle cennetleri hatırlatan bir manzara dedirtiyor bizlere.




3 Nisan 2007 Salı

Galipler talebelerle görüştüler


Dünya şampiyonu olacağıma söz veririm


“QAFQAZ” YAZDA




Universitetin geniş, səliqəli və ən əsası isə gözəl mənzərəli ərazisi digər fəsillərdə olduğu kimi, yazda da müəllim və tələbələrin yenidən oyanan təbiətdən zövq almasına səbəb olur. Belə ki, Qafqaz Universiteti şəhərciyinin Ceyranbatan gölü kənarında yerləşdiyi ərazisi sakitçiliyi ilə yanaşı, həm də təmiz havası ilə də insana rahatladıcı anlar yaşadır. Hələ yazın gözəl günlərində Ceyranbatan gölü kənarındakı meşədə yaşayan quşların civildəşmələri, bülbüllərin ürək oxşayan “nəğmə”si isə bu gözəlllikləri daha da artırır. Bütün bu gözəlliklərin fonunda Universitet tələbələrinin yüksək səviyyədə aldıqları təhsilin nəticəsində gələcəyə ümidlə baxmaları və xoş əhvalruhiyədə öz üxtisaslarına inadla yiyələnməkdə davam etmələri, bu gözəllikləri, sanki bütöv bir şəkildə tamamlayır.

2 Nisan 2007 Pazartesi

Qafqaz Universitetində Xocalı Faciəsini Anma Programı

Qafqaz Universitetində Xocalı Faciəsinə həsr olunmuş anma proqramı keçirilmişdir. Universitetin rektorluq binasında keçirilmiş tədbirdə universitetin professor-müəllim və tələbə hey’əti ilə yanaşı, mətbuatdan və ictimaiyyətdən dəvət olunmuş nümayəndələr də iştirak etmişdir.
Faciə zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra hər iki qardaş ölkənin himnləri səsləndi. Tədbirə açılış sözü ilə başlayan rektor Prof. Ahmet Saniç Xocalı faciəsinin, faciə deyil – soyqırım olduğunu xüsusi vurğuladı. “Güc zalımın əlində olduqca məzlum insanların qanı töküləcək” – deyən natiq, qaniçən erməni terrorçularının cavabının verilmə zamanı olduğunu söylədi. Türkiyənin bu soyqırımı tanıyan ilk ölkə olacağını və mənfur düşmənlərin cavabsız qalmayacağını əminliklə söylədi.
Sonra söz, Xocalı da faciyənin canlı şahidi olmuş Xocalı sakini Seyidağa Mövsümova Verildi qoca-cavan, qadın-uşaq demədən qəddarcasına öldürülən insanlara qarşı olmuş bu cinayətin heç bir insanlıq çərçivəsinə sığmadığını deyən natiq hadisənin bütün təfərrüatıyla dünya ictimaiyyətinə çatdırılmasına böyük ehtiyac olduğunu söylədi. O həmçinin beynəlxalq qurumlarda 26 fevral tarixinin soyqırım günü kimi tanınması tələbinin irəli sürülməsinin də vacibliyindən danışdı. Anma proqramında tələbələr tərəfindən ürəkləri sızladan şeerlər oxundu, slaydlar göstərildi. Tədbirdə həmçinin, Universitetin əməkdaşıları Xocalı faciəsinin dünyaya tanıdılması imkanını təmin edən Internet saytının (www.khojaly.net) tanıtımı olmuşdur. Səhifədə erməni təcavüzüylə bağlı təzə, digər yerlərdə istifadə edilməmiş sənədlər toplanıb ki, bu materiallar da həm ölkə vətəndaşlarına, həm də xarici dövlətlərin nümayəndələrinə gərəkli olacaq. Habelə, Çingiz Mustafayevin Xocalıda çəkdiyi video materiallar da ilk dəfə olaraq bu saytda yer almışdır.
Rəcəb Rzayev

Qafqaz Üniversitesinde Hocalı Faciasını Anım Programı
Qafqaz Üniversitesinde Hocalı Faciasını anım programı düzenlenmiştir. Rektörlük binasında gerçekleştirilen programa öğretim görevlileri, öğrenciler, çeşitli basın kuruluşlarının temsilcileri ve toplum içerisinden davet edilen özel davetliler katılmıştır.
Faciada hayatını kaybedenlerin anısına 1 dakikalık saygı duruşu yapıldı.
Saygı duruşundan sonra her iki kardeş ülkenin ulusal marşları seslendi. Açılış konuşmasını yapan rektör Prof. Dr. Ahmet Saniç, Hocalıda yaşananların bir faciadan ziyade soykırım olduğunun altını özellikle çizdi.Güç zalimin elinde bulunduğu sürece mazlum insanların ezileceğini, kanlarının döküleceğini söyleyen konuşmacı, vahşi ermeni teröristlerine hakettikleri cevabın verilmesi gerektiğini söyledi.Türkiyenin bu olayı soykırım olarak kabul eden ilk ülke olacağını ve düşmanların cevapsız kalmayacağını belirtti.
Sonra gördüklerini anlatmas için kürsüye Hocalı Faciasının bizzat yaşamış Seyidağa Mövsümov davet edildi. İhtiyar-genç, erkek-kadın, çocuk-büyük demden her kesin vahşicesine katledildiğine şahit olduğunu belirten konuşmacı, olayların detaylı bir şekilde tüm dünyaya anlatılması gerktiğini dedi. O uluslararası kurumlara 26 Şubat tarihinin soykırım günü olarak kabul edilmesi talebinin de götürülmesinin önemli bir adım olacağını söyledi.
Programda öğreciler tarafından olayları anlatan şiirler seslendi, sinevizyon gösterileri gösterildi.Programda öğrenciler tarafından Hocalı Faciasının dünyaya anlatılması amacıyla hazırlanan WEB Sayfasının (www.khojaly.net) da tanıtımı yapıldı. İnternet sayfasında başka kaynaklarda yayınlanmamış önemli arşiv belgeleri yerleştirilmiştir ki, bu da olayların anlatılması için yabancı üşlke vatandaşları iin de önemli olacaktır.
Bundan başka Cengiz Mustafayev tarafından çekilen VİDEO gösterimleri de internet üzerinden ilk defa bu sayfada yerleştirilmiştir.

Qafqaz Universitetində Novruz Şənliyi

Martın 16-si Qafqaz Universitetində Novruz Bayramına həsr olunmuş musiqili tədbir kecirilmişdir. Tədbirə bütün Qafqaz ailəsi, müəllimlər, tələbələr, valideynlər, mətbuat nümayəndələri dəvət olunmuşdu.
Açılış üçün söz rektor Prof.Dr Ahmet Saniçə verildi. O, Novruz Bayramının Türk-İslam soyu ilə sıx bağlı olduğunu və bu günün Türklərin Ergenekondan çıxış günü ilə üst-üstə düşdüyünü dedi. “Novruz Bayramı bizim bayramızdır” deyən Orta Asiyadan Balkanlara qədər hamının bayramını təbrik etdi.
Novruz Bayramına həsr olunmuş ən-ənəvi "Novruz İdman Şənliyi" yarışlarının qaliblərinə Qafqaz Universiteti adından sertifikat və hədiyyələr təqdim edildi, xatirə şəkilləri çəkildi. İdman oyunlarında xüsusi fərqlənən tələbələr də fəxri fərmanlarla mükafatlandırıldı.
Mədəniyyət Şöbəsinin təşkil etdiyi bədii hissə hamını sevindirdi. Milli rəqslər, xor kollektivi və Universitetin tələbələrdən ibarət ansablın ifaları, Kosa ilə Keçəlin çıxışı ürəkləri oxşadı. Mədəniyyət Şöbəsinin üzvləri Qafqaz ailəsinə bu sevinci bəxş edə bildikləri üçün çox şad idilər.
Tədbirin sonunda ən' ənələrimizə uyğun olaraq Bayram Tonqalı yandırıldı, tonqal ətrafında tələbələr rektorla xatirə şəkilləri çəkildi.

Qafqaz Üniversitesinde Nevruz Bayramı Kutlamaları
Qafqaz Üniversitesinde 16 Mart Cuma günü Nevruz Bayramı kutlamaları yapıldı. Programa tüm Qafqaz ailesi-öğretim görevlileri, öğreciler, öğrenci velileri, basın kuruluşlarının temsilcileri ve başka misafirer daet edilmişti.
Açılış konuşmasını Üniversitenin rektörü Prof. Dr. Ahmet SANİÇ yaptı. Konuşmasında Nevruz Bayramının Türk- İslam tarihi kökleriyle bağlı bir gün olduğunu belirtti. Bu günün Türklerin Ergenekondan çıkış günüyle üst-üste düştüğünü de ekledi. “Nevruz Bayramı bizim bayramımızdır” diğerek Merkezi Asyadan Balkanlara her kesin bayramını kutladı.
Her sene düzenli yapılan “Nevruz Spor Şöleni” turnuvasında dereceye giren yarışmacılara Qafqaz Üniversitesi adından sertifika ve çeşitli hediyeler taktim edildi, hatıra fotoğrafı çekildi. Spor turnuvalarında özel dereceler elde eden öğrencilerde Fahri Diplomalarla ödüllendirildiler.
Kültür Şube Müdürlüğü ekiplerince hazırlanan bedii program herkesi mutlu etti. Ulusal danslar, üniversite korosunun ve öğrencilerden oluşan üniversite orkestrasının seslendirdiği müzik ve şarkılar dinleyicileri hayran bıraktı. Nevruzun önemli simalarında olan Kosa ve Keçelin çıkışları da izleyicileri memnun etti. Kültür Şubesi çalışanları Qafqaz ailesine böyle bir mutluluk yaşatabildikleri için çok mutlu görünüyorlardı.
Programın sonunda her zaman olduğu gibi Bayram Ateşi yakıldı. Ateşin yanında öğrenciler rektörle hatıra fotografları çektirdiler.
Receb Rzayev

Azerbaycan-Rusya ilişkilerinin dünü, bu günü ve yarını

15 mart 2007 tarixində Rusya federaçiyasının fövqəladə və səlahiyyətli səfiri cənab Istratov Vasily Nikolaevic Qafqaz Universitetine təşrif buyurdu. Cənab səfir Azərbaycan Rusya əlaqələrini əks etdirən `Azərbaycan Rusya əlaqələrinin dünəni, bu günü və sabahı.` adlı məruzə ilə çıxış etdi.
Tədbirdə Universitetin müəllim tələbə kollektivi, kütləvi informasiya vasitələrinin nümayəndələri və Misir ərəb Respublikasının ölkəmizdəki səfiri iştirak edirdi.
Sonra açılış üçün söz Qafqaz Universitetinin rektoru Prof. Dr. Ahmet Saniç bəyə verildi. Qonaqları salamlayan Rektor Rusyanın Azərbaycandakı rolundan qısa bəs etdi. Ahmet müəlim çıxışından sonra söz seminarın əsas məruzəçisi Rusya federaçiyasının fövqəladə və səlahiyyətli səfiri cənab Istratov Vasily Nikolaevicə verildi. Qonaq iştirakçıları salamladı və mövzuya keçdi. Səfir Azərbaycan Rusya əlaqələrinin çox qədim olduğunu və əlaqələrin tarixe dayandığını, elm və yaradıcılıq sahəsində daha qabarıq olduğunu bildirdi. Buna misal olaraq Azərbaycan alim və ədiblərinin əsərlərində Rusyada yad edilməsi, Azərbaycan alimlərinin bir çoxunun təhsil alması və dərs deməsi göstərildi.
Bununla yanaşı Azərbaycanla Rusiya arasında əlaqələrinin çox qədim olduğunu qeyd etdi. Müasir dövrdəki əlaqələrdən danışan qonaq mədəniyyət sahəsindəki əlaqələrimizin daha da vüsət aldığını bildirdi.
Azərbaycan Rusya arasındakı tələbə mübadiləsi, alimlərin birgə tədqiqat aparmaları və Azərbaycan universitetlərində fəaliyyət göstərən alimlərin Rusiyada fəaliyyətini xususi vurğuladı. Ancaq əlaqələrimizin təkcə mədəniyyət sahəsində deyil, siyasi, iqtisadi və mədəni sahədə də inkişaf etdiyini bəyan etdi. Səfir iştirakçıları maraqlandıran suallara cavab verdi.
Sonda universitetin rektoru Prof.Dr. Ahmet SANİÇ cənablari tərəfindən səfirə xatirə plaketi hədiyyə olundu.

“Azerbaycan Rusya ilişkilerinin dünü, bu günü ve yarını”

15 Mart 2007’de Rusya Federasyonunu Azerbaycan büyükelçisi sayın İstratov Vasiliy Nikolaeviç Qafqaz Üniversitesini ziyaret etti. Sayın büyükelçi Azerbaycan Rusya ilişkilerini yansıta “Azerbaycan Rusya ilişkilerinin dünü, bu günü ve yarını” konulu seminer verdi.
Programa Üniversitenin öğretim görevlileri, öğrenciler, çeşitli basın kuruluşlarının temsilcileri ve Misir Arap Cumhuriyetinin Azerbaycan büyükelçisi katıldı.
Açılış konuşmasını yapmak üzere Üniversitenin rektörü sayın Prof. Dr. Ahmet SANİÇ kürsüye davet edildi. Misafirleri selamlayan rektör, kısaca Rusyanın Azerbaycan’daki rolünü anlattı. Ahmet beyin açılış konuşmasından sonra kürsüye seminerin konuşmacısı sayın büyükelçi davet edildi. Sayın büyükelçi misafirleri selamladıktan sonra direk konuya girdi. Büyükelçi Rusya Azerbaycan ilişkilerinin çok eski tarihlere dayandığını belirtti. Bilim ve kültür alanında bu ilişkierin daha geniş olduğunu da sözlerine ekledi. Örnek olarak da Azerbaycan alim ve yazarlarının eserlerinde Rusya’dan bahsetmelerini, Azerbaycan ilim adamlarının büyük çoğunluğunun eğitimlerini Rusya’da almış olmalarını ve bir çoğunun da çalışmalarını Rusya’da sürdürmelerini gösterdi.
Çağdaş dönemdeki ilişkilerde de danışan konuşmacı kültür alanında ilişkilerin her geçen gün genişlediğini de belirtti.
Azerbaycan Rusya arasında öğrenci değişimi programlarının uygulanmasını, ilim adamlarının bir yerde araştırmalar aparmalarını, Azerbaycan üniversitelerinde çalışan ilim adamlarının Rusiyada da faaliyette bulunduklarını özellikle belirtti. İlişkilerimizin sadece kültür alanında değil, aynı zamanda ekonomik ve politik alanlarda da geliştiğini sözerine ekledi. Sonda büyükelçi katılımcıların sorularını cevapladı.
Programın sonunda üniversitenin rektörü sayın Prof. Dr. Ahmet SANİÇ tarafında üniversite adına sayın büyükelçiye hatıra plaketi takdim edildi.