Türk futbolunun ulduzları Qafqaz Universitetində

Türkiyə yığmasının sabiq futbolçuları Qafqaz Universitetində tələbələrlə görüşdülər.
Bakıda səfərdə olan “Samanyolu” telekanalının idman şöbəsinin müdiri Mehmet Şeyho, “Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş” klublarının və Türkiyə yığmasının sabiq futbolçuları, hazırda məşqçi kimi çalışan Uğur Tütüneker, Turhan Sofuoğlu və Rəcəp Çətin dünən Qafqaz Universitetində tələbələrlə görüşdülər.Öncə universitetin idman şöbəsinin müdiri Musa Turmuş üç sabiq futbolçu barədə tələbələri məlumatlandırdı. Uğur Tütünekerin “Qalatasaray” klubunun heyətində 1987/88 mövsümündə “Ksamaks” (İsveçrə) ilə keçirdiyi Çempionlar Kubokunun 1/8 final mərhələsinin cavab oyunundan fraqmentlər göstərildi. Səfərdə oynadığı qarşılaşmada 0:3 hesabı ilə uduzan Türkiyə klubunun doğma meydançada 5:0 hesabı ilə qalib gələrək, növbəti mərhələyə vəsiqə qazandığı təkrar oyundan göstərilən fraqmentlər tələbələr tərəfindən maraqla qarşılandı. Qonaqlar Qafqaz Universitetinin fakültələri arasında Novruz bayramı münasibətilə keçirilmiş futbol çempionatında ilk üç yeri tutan komandalara medallar, M.Şeyho isə çempionatın ən məhsuldar hücumçusuna kubok təqdim etdi. Bundan sonra türkiyəli qonaqlar tələbələrin suallarını cavablandırdılar. Tədbirin sonunda universitet rəhbərliyi tərəfindən türkiyəli qonaqlara xatirə hədiyyəsi verildi.
www.zaman.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır