31 Mayıs 2007 Perşembe

Heydər Əliyevin milli təhsilimizə qayğısının canlı təcəssümü




“Çağ” Öyrətim Şirkəti - 15Azərbaycanla Türkiyənin tarixi qardaşlığının çağdaş örnəklərinin yaradılmasında, ölkəmizdə yeni tipli təhsil sisteminin formalaşmasında müstəsna xidməti olan “Çağ” Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətə başlamasından 15 il ötür. Azərbaycan ictimaiyyəti, respublikanın təhsil işçiləri bu əlamətdar tarixi böyük təntənə ilə qeyd edirlər. Azərbaycan Respublikası dövlət müstəqilliyi qazanandan sonra ilk növbədə dəyişməyə, yeniləşməyə zərurət duyulan sahələrdən biri də təhsil sistemi olmuşdu. Ölkəmizin dövlət müstəqilliyini birinci olaraq tanımış qardaş Türkiyənin bir qrup təhsil işçisi tarixi qardaşlığa sadiq qalaraq öz qabaqcıl təcrübəsi ilə respublikamıza təşrif gətirdi. Onlar Azərbaycanda fəaliyyətə 1 noyabr 1991-ci il tarixdə Naxçıvanda ilk özəl türk liseyinin açılmasına imza atan Muxtar Respublika Ali Məclisinin sədri, türk xalqlarının böyük oğlu Heydər Əliyevin xeyir-duası ilə başladılar.Çox keçmədi ki, Bakı və Sumqayıt şəhərlərində də özəl türk liseyləri açıldı. O vaxt mürəkkəb siyasi böhran şəraitində xalqın tələbi ilə respublika rəhbərliyinə dəvət olunan böyük xilaskar Heydər Əliyevin gərgin və çoxşaxəli tarixi missiyasını həyata keçirməyə başlaması ilə “Çağ” Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinə də geniş meydan açıldı. Elə birinci ildə qazandığımız uğurlara dəstək verən milli təhsilin böyük hamisi Heydər Əliyevin diqqət və qayğısı ilə 1993-cü ildə Quba, Lənkəran, Şəki, Əli Bayramlı, Ağdaş, Mingəçevir və Gəncə şəhərlərində də Bakı Özəl Türk Liseyinin filialları yaradıldı. Sonrakı illərdə bu filiallar müstəqil liseylərə çevrilməklə, onların sayı 12-yə çatdı. Bakıda və digər bölgələrdə fəaliyyət göstərən “Araz” ali təhsilə hazırlıq kursları ölkəmizdə bu qəbildən olan ən səmərəli tədris mərkəzləridir. Beləliklə, “Çağ” şirkəti 10 lisey, 1 gimnaziya, 1 ibtidai məktəb, 10 ali təhsilə hazırlıq kursu və 1 ali məktəb — “Qafqaz” Universiteti ilə respublikanın təhsil sistemində mötəbər mövqe qazanıb. İnternat-məktəb tipli liseylərimizdə şagirdlərin təhsili, tərbyiəsi, istirahəti ahəngdar surətdə uzlaşdırılmışdır. Məktəblilər yüksək keyfiyyətli tədris prosesi və zəruri xidmətlərlə əhatə olunmuşlar. Əla təmirli binalar və rahat avadanlıqlı sinif otaqları, çeşidli, hətta ingilis dilində olan dərslik, dərs vəsaiti və əlavə oxu nümunələri ilə zəngin kitabxanalar, müasir laboratoriyalar, video və audio materiallardan istifadə kabinələri, ən son modelli kompyuterlərlər və internet şəbəkəsinə sərbəst çıxış fənlərin tədrisini dünyanın ən yaxşı məktəbləri səviyyəsində təşkil etməyə imkan verir. Azərbaycan və ingilis dillərində dərslər aparan yüksək səviyyəli, xüsusi təhsil metodikalarına yiyələnmiş müəllimlər təşəbbüskarlıqla çalışırlar. Yay və qış tətili dövründə müəllimlər ixtisas seminarlarına cəlb edilir. Bu seminarlara xarici ölkələrdən ingilisdilli mühazirəçilər dəvət olunur. Müəllimlər Türkiyənin və digər xarici ölkələrin qabaqcıl təhsil müəssisələrinə təcrübə mübadiləsinə göndərilir. Liseylərimizdəki elmi-texniki dərnəklərə, özfəaliyyət yaradıcılığına, bilik yarışlarına hazırlıq prosesinə respublikanın tanınmış alimləri, mədəniyyət xadimləri cəlb olunur. Müəllimlərin 60 faizi, şagirdlərin isə əksəriyyəti azərbaycanlılardır. Şirkətin kollektivləri Azərbaycanın təhsil sistemində 2004-cü ildən Türkiyə Cümhuriyyətinin Standartlaşdırma İnstitutunun təsdiq etdiyi “TS EN İSO 9001:2000" keyfiyyəti idarəetmə sertifikatına uyğun fəaliyyət göstərir. Tarixən qısa müddətdə qazanılan sanballı nəticələrə görə böyük öndər Heydər Əliyev “Çağ” öyrətim liseylərinin fəaliyyətinə çox yüksək qiymət vermişdi: “Bu şirkətin açdığı məktəblərin əldə etdiyi nailiyyətlər çoxdur. Mən onların işindən məmnunam. Onlar həm ölkə daxilində, həm də ölkə xaricində müxtəlif müsabiqələrdən müvəffəqiyyətlə keçir və medallar alırlar. Biz bu məktəblərin işini başqa məktəblər üçün nümunə kimi göstəririk”. Azərbaycanda təhsil islahatlarının uğurla həyata keçirilməsinə ciddi önəm verən böyük dövlət qurucusu Heydər Əliyev “Çağ” şirkətinin fəaliyyətini də daim diqqətdə saxlayır, onun problemlərinin həllinə hər cür kömək göstərirdi. Şirkətimizin rəhbərləri və nümayəndələri ilə çoxsaylı görüşlərdə dünya şöhrətli siyasətçinin söylədiyi xoş sözlər və məmnunluq kollektivimizi daim uğurlara ruhlandırmış, yüksək nəticələrə istiqamətləndirmişdir. Bircə faktı xatırladaq ki, 1977-ci ildən sonrakı 1 ildə dövlət başçısının şirkətinizin təmsilçilərini 4 dəfə qəbul etməsi sonrakı dövrdə fəaliyyətimizdəki yüksəlişi təmin etmişdi. Bütün bunlara görə ulu öndər şirkətimizin “Fəxri baş müəllimi” adına layiq görülmüşdür. Müstəqil dövlətimizin memarının layiqli davamçısı, Prezident İlham Əliyev də öz sələfi kimi, təhsil sahəsində Türkiyə – Azərbaycan əməkdaşlığının gözəl örnəklərini yaratmış, yeni tipli təhsil ocaqları qurmuş, çevik, səmərəli tədris prosesi təşkil etmiş “Çağ” şirkətinin uğurlar qazanmasını himayə edir. Möhtərəm Prezident şirkətimizin qayğıları ilə daim maraqlanır, onun nümunəvi təcrübəsini təşviq edir. Onun işimizə verdiyi qiymət dəqiq və tutumludur: “Türk liseyləri Azərbaycanın gələcəyi üçün gözəl kadrlar yetişdirirlər”. Əlamətdar yubiley ötən dövrdə qazandığımız nailiyyətlərə iri planda nəzər salmaq baxımından öyünlü bir tarixdir. 15 ildə liseylərimizi 3800, hazırlıq kurslarımız 10 min, “Qafqaz” Universiteti üç min gənc bitirmişdir. 2006-cı ildə liseylərimizin məzunlarının 98 faizi elə birinci il ali məktəblərə qəbul olmuşlar. Onların 36-sı ölkə üzrə 600-dən yuxarı bal toplayan abituriyentlərin sırasında olmuşdur. Respublikanın 10 şəhər və rayonunda fəaliyyət göstərən “Araz” kurslarının müdavimlərinin 90 - 95 faizi hər il tələbə adı qazanır. Şagirdlərimiz respublika fənn olimpiadalarında ən yüksək göstəricilər qazanırlar. Beynəlxalq olimpiadalarda Azərbaycan Respublikasını təmsil etmək şərəfi 13 ildir ki, əsasən, liseylərimizin şagirdlərinə qismət olur və onlar bu yüksək etimadı həmişə layiqincə doğruldurlar. Şagirdlərimiz 1994-cü ildən bu günə kimi beynəlxalq olimpiadalarda 47 qızıl, 74 gümüş və 87 bürünc medal qazanmışlar. Şirkətimizdə bir sıra maraqlı ənənələr meydana gəlib formalaşmışdır. Azərbaycan xalqının həyatındakı əlamətdar hadisələr, xüsusən dövlət və milli bayramlar, tarixi günlər, görkəmli adamların yubileyləri təhsil ocaqlarımızda valideynlərin, millət vəkillərinin, hökumət nümayəndələrinin, ziyalıların iştirakı ilə geniş qeyd edilir. Hər il Bakı şəhərində keçirilən “Bilik sərgisi”ndə şirkətimizin təhsil müəssisələrində oxuyan şagird və tələbələrin elmi və bədii yaradıcılığı, təhsil nailiyyətləri geniş nümayiş etdirilir. Ötən il şirkətimizin təşkilatçılığı, Heydər Əliyev Fondunun fəal dəstəyi ilə keçirilən “Azərbaycan — fərqli sivilizasiyaların qovşağı” beynəlxalq festivalı ölkəmizin mədəni həyatında maraqlı bir hadisə oldu. Şirkətimizin yubileyi və 31 Mart Azərabycanlıların Soyqırımı Günü münasibətilə tariximizin müxtəlif dövrlərində soydaşlarımızın erməni təcavüzünə məruz qalmalarına dair ayrı-ayrı müəlliflərin orijinal yazıları “Birgə yürüdük biz bu yollarda” adı altında nəşr olunaraq, müxtəlif beynəlxalq qurumlara, dövlət və hökumət təşkilatlarına, ictimaiyyət nümayəndələrinə çatdırılmışdır.Bu ilin aprelində Azərbaycanda ilk dəfə olaraq yubileyimizə həsr olunmuş Beynəlxalq Ətraf Mühiti Mühafizə Layihə Olimpiadası keçirilmişdir. Bu, ölkəmizin tarixində ilk beynəlxalq olimpiada kimi qalacaqdır. Olimpiadada təsis edilmiş 8 qızıl, 10 bürünc medalın 12-si Azərbaycanda qalmaqla, onlardan 3 qızıl, gümüş və 1 bürünc medalı şirkətimizin şagirdləri qazandılar. “Qafqaz” gimnaziyasında ölkəmizdə ilk dəfə yaradılmış “Ana-ata” məkiəbi də faydalı təşəbbüs kimi təhsil ictimaiyyətinin diqqətini cəlb etmiş və yüksək qiymətləndirilmişdir. Təhsil ocaqlarımızda müxtəlif elmi-texniki yaradıcılıq dərnəkləri fəaliyyət göstərir, rəngarəng yarış və oyunlar da keçirilir. Liseylərimizin yuxarı sinif şagirdlərinin iştirakı ilə şirkətimizdə “Çağdan xəbərlər” bülleteni, “Gülüstan” və “Çinar” jurnalları buraxılır. Şirkətimizin fəaliyyətinə hər il tədris prosesinin sonunda Azərbaycanın ən böyük təntənələrinin keçirildiyi Heydər Əliyev adına Sarayda möhtəşəm “Məzun” gecəsi ilə yekun vurulur. Fasiləsiz təhsil kompleksinin ən yüksək pilləsi sayılan, şirkəti dünyada məşhurlaşdıran “Qafqaz” Universiteti 1993-cü ildə fəaliyyətə başlamışdır. Hazırda universitetdə 4 fakültədə 20 ixtisas üzrə bakalavr pilləsində tələbələr təhsil alırlar. 2001-ci ildə Təhsil Nazirliyi tərəfindən universitetə pilot ali təhsil müəssisəsi statusu verilmişdir. Bu, müasir təhsil texnologiyalarını tədris prosesində tətbiqinə imkan vermişdir. 2004-cü ildə universitet respublika təhsil müəssisələri içərisində ilk olaraq “TS-EN-İSO 9001" keyfiyyət sertifikatı almışdır. Ali məktəbdə ixtisas üzrə magistratura pilləsi də fəaliyyət göstərir. Ötən ildən Ali Attestasiya Komissiyasının qərarı ilə universitetə 4 ixtisas üzrə aspiranturaya qəbul keçirilir. Bu il universitetin nümunəvi yataqxanası istifadəyə verilmişdir. Bu ilin mayında universitetdə şirkətimizin 15 illik yubileyinə həsr olunmuş “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya – iqtisadi və beynəlxalq münasibətlər” mövzusunda II beynəlxalq konfrans keçirilmişdir. Konfransda 30-dan çox ölkədən gəlmiş qonaqların və həmyerlilərimizin 203 elmi məruzəsi dinlənilmişdir. İl boyu şirkətimizin yubileyinin keçirilməsinə ciddi hazırlıq aparılmışdır. Xüsusi redaksiya heyəti şirkətimizin Azərbaycanda fəaliyyətə başlamasının tarixi, liseylərimizin, kurslarımızın və universitetimizin açılışı, dünəni və bu gününə, əldə edilmiş nailiyyətlərimizə həsr olunmuş kitab-albom hazırlanmışdır. “Azərbaycan Respublikası” adlı xüsusi kitabça isə 20 min tirajla şirkətimizin dostlarına paylanmışdır. Yubileyə hazırlıq dövründə Bakı özəl türk liseyinin yeni binasının təməli qoyulmuş, daxili spartakiada və “Ana dili” müsabiqəsi keçirilmişdir. Yubileyimiz respublika ictimaiyyətinin təmsilçiləri, Türkiyədən və digər ölkələrdən gələn qonaqlarımızla birlikdə təntənə ilə qeyd olunacaq. Ötən 15 ildəki öyünclü fəaliyyətimizə geniş baxış xalq qarşısında məsuliyyətimizi daha da artırır, şirkətimizi yeni uğurlara qanadlandırır.
Ağarəsul MƏMMƏDOV, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin müşaviri, kimya elmləri namizədi

29 Mayıs 2007 Salı

“KÜTÜPHANENİZ İÇİN” kampanyası başladı.


QAFQAZ AİLESİNİN
GÜZEL İNSANLARI


Bir adım da siz atın !...

5-20 kitap bağışlayın,
Adınız kütüphane dostları köşesinde yer alsın.

25’den fazla kitap bağışlayın,
Teşekkür belgenizi Rektörün elinden alın.

QAFQAZ ÜNİVERSİTESİ
Sağlık,Kültür ve Spor Daire Başkanlığı Kültür Şube Müdürlüğü
Kütüphanecilik Kulübü

Yer:D Blok (Rektörlük Binası) Giriş Kat -Kütüphane

24 Mayıs 2007 Perşembe

Embawood şirkətinin həmtəsiçilərindən Məhşur Məmmədov cənabları Qafqaz Universitetinin qonağı oldu.

Qonaqları “Embawood” şirkətinin həmtəsicisi Məhşur Məmmədov salamlayan Universitetin rektoru Prof. Dr. Ahmet SANİÇ Azərbaycanın qeyri neft sektorunun inkişafinda Embawood un böyük əhəmiyyətini qeyd etdi. Prezident İ. ƏLİYEVİN regionların iktisadi inkişafı dövlət proqramına qoşulan Embawood şirkəti qeyri neft sektorunda 3 əsas bölgədə mebel istehsalı ilə meşğul olur.Rektor çıxışinda 1996-cı ildən fəaliyyətə başlayan “Embawood” son illərdə böyük sərmayə qoyuluşu və uğurlu satış strategiyası ilə Cənubi Qafqazın mebel sektoruna liderlik etməkdədir. Beynəlxalq standartlara cavab verən şirkət nəinki ölkəmizdə, həmçinin Gürcüstan, Qazaxstan, Türkmənistan və İranda da müştərilərin rəğbətini qazanmışdır.Embawood Mebel Fabriki müasir texniki avadanlıqlarla təchiz olunmuşdur. Embawood mövcud imkanları və potensialını artırmaq məqsədilə Almaniya, Fransa, Italiya, Ispaniya, Polşa, Türkiyə, İran, Türkmənistan, Qazaxıstan və Gürcüstan respublikları ilə ikitərəfli əməkdaşlıq etməkdədir. Şirkət Rusiya, Türkiyə, İran, Gürcüstan və Azərbaycanda keçirilən beynəlxalq mebel sərgilərində iştirak etmiş və bir sıra nailiyyətlər əldə etmişdir. ISO -9001:2000 sertifikatı almışdır Universiterin rektoru Prof. Dr. Ahmet SANİÇ “Embawood” fəaliyeti haqqında tələbələrə geniş məlumat vedi. Sonra söz alan “Embawood” şirkətinin həmtəsisçilərindən Məhşur Məmmədov Qafqaz Universitetinin təkcə savadli kadrlarla yanaşı, laiqli vətəndaş və insani keyfiyyətlərə laiq vətənpərvər Azərbaycanlı yetişdirdiyini qeyd etdi. Məhşur Məmmədov əməyi və bacarığı sayəsində bu səviyyəyə catdığını, pulun çox şey olduğunu lakin hər şey olmadığını qeyd edərək, insanlığın daha önəmli olduğunu və halal zəhmətin önəmliyini vurğuladı. Sonda isə qonaq tələbələrin suallarını cavablandırdı tədbirin sonunda niyət pratokolu imzalandı. Universitetimizlə “Embawood” arasında əməkdaşlığı daha da genişləndirmək məqsədi ilə protokol imzalandı. 11 maddədən ibarət olan protokola əsasən.
  1. “Embawood” işçiləri üçün idarəetmə və digər sahələrdə seminarlar keçirilməsində Qafqaz Universitetinin professor-müəllim potensialından faydalanmaq,
  2. İqtisadiyyat, menecment, maliyyə, mühasibat, hüquq, is-tehsalat və digər sahələrdə ehtiyac duyulan məsləhətlər xidmətinin təşkilini Qafqaz Universitetinə həvalə etmək,
  3. Universitetimizin tələbələrinə “Embawood” şirkətində təcrübə keçmək üçün imkan yaratmaq,
  4. “Embawood” şirkətlərinin yeni işçilərə olan ehtiyaclarını ödəmək üçün Qafqaz Universiteti məzunlarından istifadə etmək nəzərdə tutulur.
Receb Rzayev

“İŞ DÜNYASI” bülteninin 7. sayısı çıktı


Qafqaz Üniversitesi, Sürekli Gelişim ve Karyera Planlama Merkezinin yayınlamış olduğu “İŞ DÜNYASI” bülteninin 7-cı sayısı çıkmıştır.



Eski sayıları aşağıdaki linklerden indirebilirsiniz:

1.Sayı

2.Sayı

3.Sayı

4.Sayı

5.Sayı

6.Sayı

“Qafqaz”ın tələbəsi yenə də birinci oldu

“Qafqaz”ın tələbəsi yenə də birinci oldu "

Təhsil nazirliyinin 22 may 2007-ci il tarixində Bakı Dövlət Universitetində təşkil etdiyi “Ali məktəb tələbələrinin XII Respublika fənn olimpiadasın”da “İnformatika” (Bilgisayar Programlama) fənni üzrə 18 Universitedən 45 tələbə iştirak etmişdir. Olimpiadada Qafqaz Universiteti 5 tələbəsi ilə təmsil olunmuşdur.
Olimpiadanın nəticələrinə görə Qafqaz Universitetinin tələbələri Əfqan Abbasov Respublika birincisi, Faiq Babayev isə Respublika üçüncüsü olmuşdur.
Olimpiadanın ümumi nəticələrinə görə isə Respublika üzrə birinci yerə Qafqaz Universiteti, ikinci yerə Bakı Dövlət Universiteti, üçüncü yerə isə Qafqaz Universiteti, BDU və Azərbaycan Neft Akademiyası layiq görülmüşdür.


İsa Qasımov




21 Mayıs 2007 Pazartesi

“Çağ” Öyrətim Şirkətinin ölkəmizdəki fəaliyyətinin 15 ili tamam olur .


“Gördüyümüz işlər sabahımız üçündür, nailiyyətlərimiz qardaşlığımızın qazancıdır”
“Çağ” Öyrətim Şirkətinin ölkəmizdəki fəaliyyətinin 15 ili tamam olur .
Bu şirkətin ölkəmizdə 10 liseyi, 10 ali məktəbə hazırlıq kursu, 1 universiteti, 1 gimnaziyası və 1 ibtidai məktəbi fəaliyyət göstərir. Bu təhsil ocaqlarında təhsil alan şagirdlər indiyədək ölkəmizə beynəlxalq olimpiadalardan 200-dən çox medal gətiriblər. Yubiley ərəfəsində şirkətin İdarə Heyətinin sədri Ənvər Özərənlə söhbətləşdik.
- Ənvər bəy, Azərbaycanda təhsil fəaliyyəti ilə məşğul olmaq ideyası haradan ortaya çıxdı?

- Bir nümunə ilə fikrimi izah edim. 1918-ci ildə Anadoludan və eləcə də o zamankı Osmanlı dövlətinin müxtəlif bölgələrindən Qafqaz İslam Ordusunun tərkibində soydaşlarımız Azərbaycana gəldilər, həm də müharibəyə - qardaş Azərbaycanı rus-erməni cəlladlarının zülmündən xilas eləməyə, şəhid olmağa gəldilər. Ona görə də bu mövzuda sualların ən gözəl cavabını tarixdə tapmaq mümkündür. Biz də o insanların nəvələriyik və onların izi ilə buralara gəlmişik. 1990-cı ildə Bakıda 20 Yanvar hadisələri baş verəndə milyonlarla insan Türkiyədə yasa batdı. Bizim şirkətin qurucuları özlərini Bakıya çatdıranda şəhidlərin qanı hələ qurumamışdı. Bizi bura göndərən böyüklərimiz: “Azərbaycanlıların öldükləri yerdə siz də ölün, onlarla birlikdə olun, onlara arxa durun”, - demişdilər. 1991-ci ildə Heydər Əliyev cənabları hələ Naxçıvanda olarkən şirkətimizin rəhbərlərini qəbul etmiş və Azərbaycanda fəaliyyətə başlamaq haqqında təklifləri bəyənmişdi. Şirkətimizin fəaliyyətinə o, xeyir-dua verdi və sonrakı illərdə də dəstəyini əsirgəmədi. Təbii ki, bu gün 15 yaşını bayram eləməyə hazırlaşan “Çağ” Öyrətim Şirkəti o böyük insanı, onun hər cür dəstəyini böyük sevgi və sayğı ilə xatırlayır və haqlı olaraq özünü bu böyük insanın mirası hesab edir. Bu gün Türkiyə ilə Azərbaycan arasında əsl qardaşlıq körpüsü rolu oynayan liseylərimizə yaşıl işığı Heydər Əliyev cənabları yandırdı. Biz onu şirkətimizin Fəxri Baş Müəllimi və mənəvi memarı olaraq qəbul etmişik.
- Heydər Əliyev sizin liseyləriniz haqda tez-tez fəxrlə danışır, sizi nümunə göstərirdi.

- Əlbəttə, Heydər Əliyev cənabları uzaqgörən siyasətçi idi. Sovet hökuməti dağılanda, Azərbaycanda yeni iqtisadi siyasətə ehtiyac duyulurdu. Həmin dövrdə təhsil sahəsində də islahatlar aparmaq zərurəti ortaya çıxmışdı. Təhsil ölkənin gələcəyinə qoyulan sərmayədir. Ona görə də Əliyev cənabları öz dəstəyini bizdən əsirgəmədi, bizi daim ruhlandırdı. Heç unutmaram: 2002-ci ildə İndoneziyada keçirilən beynəlxalq fizika olimpiadasında şagirdlərimiz 3 qızıl və 1 gümüş medal qazanaraq, 69 ölkə arasında 3-cü yeri tutdular. Cənab Əliyev bunu “əfsanəvi qələbə” adlandırmışdı.
- Qafqaz Universiteti bu gün Azərbaycanın özəl universitetləri arasında xüsusi yerə sahibdir. TQDK-nın hesabatlarında “Qafqaz” ən yüksək reytinqə malik təhsil ocağı hesab edilir.

- Qeyd edim ki, ciddiyyət və məsuliyyət bizim fəaliyyətimizin əsas prinsipləridir. Builki şüarımız “Etimada sədaqətlə 15 il”dir. Qafqaz Universitetini açarkən biz belə bir söz vermişdik ki, burada Harvard və Oksford kimi məşhur bir təhsil ocağı quracağıq. Sonrakı illərdə onun göstərişi ilə Abşeron rayonu ərazisində bizə ayrılmış ərazidə universitet şəhərciyi salmağa başladıq. Bu gün də orada işlərimiz davam edir və qürurla deyə bilərik ki, Türkiyənin bir çox universitetlərində olmayan şəraiti biz “Qafqaz”da qura bilmişik. Universitetimizdə yüksək tələblərə cavab verən, Türkiyə, Avropa və ABŞ-da elmi dərəcələr almış kadrlar çalışırlar. Bizim kadrlarımız bəşəri və milli dəyərlərə sahib, millətini, dövlətini sevən, azərbaycançılığı əsas tutan insanlardır. Universitetimiz yerli universitetlərlə yanaşı, Türkiyə və Amerikanın ali təhsil ocaqları ilə də əlaqələr qurub.
- “Qafqaz”ın məzunları iş tapmaqda çətinlik çəkmirlər ki?

- Tələbələrimiz yüksək təhsil aldıqları və əsl mütəxəssis kimi yetişdikləri üçün hələ məzun olmadan yerli və xarici şirkətlər onlara təqaüd ayıraraq, işə dəvət edirlər. Məzunlarımızın səksən faizindən çoxu bu gün yerli və xarici şirkətlərdə, dövlət sektorunda çalışır. Xarici ölkələrdə magistratura və doktorantura təhsili alan məzunlarımız da var. Onu deyə bilərəm ki, “Qafqaz”ın məzunları işsiz qalmırlar. Bu işdə universitetimizin iş dünyası ilə əlaqələri də böyük rol oynayır. Biz iş adamları ilə birlikdə seminarlar keçirir, onlarla bir araya gəlib, fikir mübadiləsi aparırıq.
- Universitetinizlə bağlı planlarınız nələrdir?

- Universitet şəhərciyimizdə beynəlxalq yarışların keçirilə biləcəyi böyük bir idman salonu tikməyi planlaşdırırıq. Ən böyük düşüncəmiz isə rayonlardan gəlib, Bakıda mənzil problemi ilə üzləşən tələbələrimizin həyat şəraitini asanlaşdırmaq üçün böyük yataqxanalar tikməkdir.
- Liseylərinizdə təhsil alan şagirdlər, demək olar ki, hər il beynəlxalq olimpiadalarda iştirak edərək, Azərbaycanın bayrağını ucaldırlar. Bu uğurları necə əldə edirsiniz?

- Düşünürəm ki, öz vətənini sevən hər bir türkiyəli Azərbaycanı da eyni duyğularla sevməlidir. Şagirdlərimizin hər dəfə Azərbaycan bayrağını göylərə ucaltması bizə misilsiz fərəh hissi yaşadır. Çünki dövlətə bağlılıq, vətən və bayraq sevgisi tərbiyədə çox önəmli amillərdir və biz həmişə bu mövzulara həssaslıqla yanaşırıq. 1994-cü ildən bu günə qədər şagirdlərimiz 40-dan çox olimpiadaya qatılıblar və Azərbaycana 43-ü qızıl olmaqla, 200-dən çox medal gətiriblər.
- Liseylərinizdə ingilis dilinə önəm verilməsi nə ilə bağlıdır?

- Belə bir söz var, iki dil bilən iki adamdır, üç dil bilən üç adamdır. Biz də çalışırıq ki, yetişdirdiyimiz insanlar daha çox insanlar olsunlar. Onlar gələcəkdə Azərbaycanı beynəlxalq miqyasda təmsil edəcəklər. Ona görə də biz şagirdlərimizin xarici dillərə yiyələnməsi məsələsinə xüsusi əhəmiyyət veririk. Amma bir məqamı həmişə öndə tuturuq: şagirdlərimiz Azərbaycanı sevəcəklər, öz dilini sevəcəklər, xalqını, bayrağını, millətini, dövlətini sevəcəklər.
- Təhsil Nazirliyi ilə münasibətləriniz necədir?

- Yüksək səviyyədə. Bizim şirkətimiz Azərbaycan şirkətidir. Biz Azərbaycan Təhsil Nazirliyinin təsdiq etdiyi proqramla dərs keçirik. Uzun illərdən bəri iş prosesi zamanı mən təhsil naziri cənab Misir Mərdanovun nə qədər geniş dünyagörüşünə sahib olduğunu gördüm və deyim ki, bu cür insanla işləmək həqiqətən böyük xoşbəxtlikdir. Bu zamana qədər mən Misir müəllimin kiminsə dalınca danışdığını görmədim. Təkcə bu fakt özlüyündə çox şey deyir.
- Şirkətinizdə işləyən müəllimlərin keyfiyyətlərini necə xarakterizə edərdiniz?

- Biz savadlı, səliqəli, məsuliyyətli, pis vərdişləri olmayan, vətənini, millətini, bayrağını sevən, dedi-qodu etmək əvəzinə gördüyü qüsurü düzəltməyə çalışan insanlarla işləyirik. Söhbət təkcə müəllimlərdən getmir, bizim bütün əməkdaşlarımız bu tələblərimizi yaxşı bilirlər. Yəni bizim sürücümüz də dediyi hər sözə diqqət yetirir, şagirdlərin yanında nalayiq hərəkətlərə yol vermir.
- Bu gün Azərbaycanda dünyanın müxtəlif ölkələrindən gəlmiş iş adamları yaxşı pul qazanırlar. Bu düsturu sizin müəllimlərinizə də şamil etmək olarmı?

- İnsanlar çox pul qazana bilərlər, amma çox pul qazanmaq hələ zəngin olmaq demək deyil. Mən həmişə müəllimlərimizə deyirəm: “Siz təhsili özünüzə sənət seçmisiniz. Sizin zənginliyiniz budur”. Onu da söyləyim ki, müəllimlərimizin bura gəlmələri də fədakarlıqdır. Onlar bura pul qazanmaq üçün gəlməyiblər. Bu duyğunu pul ilə ölçmək mümkün deyil. Yenə Türk İslam Ordusunu xatırlatmaq istəyirəm. Onları bu torpaqlara çəkib gətirən hansı duyğular idisə, bizim türkiyəli müəllimlərimizi də həmin hisslər bura gətirib. Onlar da tarix yazdılar, bizim fədakar müəllimlərimiz də tarix yazırlar, qardaşlığımızı sözə çevirmirlər, yaşayır və hər kəsə də göstərirlər.
- Bu gün dünyamız narkotika, alkoqol, əxlaqsızlığın törətdiyi xəstəliklərlə savaşır. Eşitdiyimə görə, nəinki şagirdlərinizin, məzunlarınızın arasında belə, narkotika bir tərəfə qalsın, siqaret çəkənlər yox deyiləcək qədər azdır.

- Biz şagirdlərimizin ailələri ilə mütəmadi əlaqə saxlayırıq. Onları evlərində ziyarət edirik. Uşağın ailədəki həyatını, davranışlarını yaxından izləyirik. Məktəbdə isə müdir də, müəllimlər də, xidmət personalı da bir sözlə, hər kəs ədəb-ərkanla davranırlar. Uşaq da tərbiyəni gördüklərindən götürür.
- Bütün bu fədakarlıqlarınıza, uğurlarınıza baxmayaraq, zəhmətinizə kölgə salmaq istəyənlər, haqqınızda iftira yazanlar da tapılır.

- Mən hər kəsi təhsil müəssisələrimizə dəvət edirəm. Jurnalistlər kimlərdənsə eşitdikləri yalanları yazmamalıdırlar. Məktəblərimizi gəzsinlər, şagirdlərimizi tanısınlar, tədris prosesimizlə maraqlansınlar, sonra da vicdanlarının səsinə qulaq asıb yazsınlar. Bizim əxlaqımız kimsənin arxasınca danışmağı qəbul etmir. Ona görə də haqqımızda yazanlar barəsində bircə onu demək istəyirəm ki, bizim gördüyümüz işlər hamımız üçündür, Azərbaycan və Türkiyə üçündür, sabahımız üçündür. Nailiyyətlərimiz qardaşlığımızın qazancıdır. Ona görə də bu cür dəyərlərə kölgə salmasınlar.

Əli Çərkəzoğlu

3 Mayıs 2007 Perşembe

BEYNƏLXALQ KONQRES ÖZ İŞİNƏ BAŞLAMIŞDIR

"QLOBALLAŞMA PROSESİNDƏ QAFQAZ VƏ MƏRKƏZİ ASİYA” MÖVZUSUNDA İKİNCİ BEYNƏLXALQ KONQRES ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
May ayının 2-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Təhsil, Sənaye və Energetika, İqtisadi İnkişaf nazirliklərinin, Türkiyə Respublikası Nazirlər Kabineti Türk Əməkdaşlıq və İnkişaf İdarəsi (TİKA) Bakı Əlaqələndirmə Mərkəzinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Azərbaycan-Türk Sənayeçi və İş adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB), Azərbaycan Turizm İnstitutunun və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya (iqtisadi və beynəlxalq münasibətlər)” mövzusunda İkinci Beynəlxalq Konqres öz işinə başlamışdır.Konqresin işində Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən xarici diplomatik korpusun nümayəndələri, dünyanın müxtəlif ölkələrindən gəlmiş çoxsaylı alim və mütəxəssislər iştirak edirlər.
Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç Konqres iştirakçılarını salamlayaraq bildirmişdir ki, müasir dünyada bir zərurət kimi qarşıya çıxan qloballaşma prosesində beynəlxalq və regional münasibətlərin təhlili böyük əhəmiyyət kəsb edir. Dünyadakı təbii resurslardan bütün insanlığın optimal istifadəsinin təmin olunması, fərqli mədəniyyətlər arasındakı dialoq və tolerantlığın artması üçün qloballaşmanın əhəmiyyətinin daha yaxşı dərk olunması vacibdir.
Tarixən dövlətlərin və mədəniyyətlərin təşəkkül məskəni olan Mərkəzi Asiya və Qafqaz regionu geostrateji mövqeyi, malik olduğu təbii sərvətləri və hazırda sürətli inkişafı baxımından dünya ictimaiyyətinin diqqətini daha çox cəlb edir. Bu səbəbdən qloballaşan dünyada qeyd olunan regionun yerini və rolunu elmi cəhətdən təhlil etmək xüsusi əhəmiyyətə malikdir. Məhz bu səbəbdən Qafqaz Universiteti ənənəsini davam etdirərək ikinci Beynəlxalq Konqresin keçirilməsi təşəbbüsünü irəli sürmüş, təklif təşkilatçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
Rektor Ə.Saniç nəzərə çatdırmışdır ki, Konqresə 200-ə yaxın məruzə təqdim olunmuş, həmin materiallar 3 cildlik kitab şəklində çap olunaraq nümayəndələrə təqdim edilmiş, universitetin veb saytına yerləşdirilmişdir. Ümumi həcmi 1400 səhifəni aşan bu kitablarda 20-dən artıq xarici ölkə alimlərinin məqalələri də yer almışdır.
Konqresin açılışında ASK sədri Ələkbər Məmmədov, TÜSİAB idarə heyətinin sədri Batacar Baysal, təhsil naziri Misir Mərdanov, Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə və başqaları çıxış edərək iştirakçıları salamlamış, müzakirəyə çıxarılmış mövzunun beynəlxalq əhəmiyyətindən danışmışlar.
Plenar iclasda Türkiyənin Doqquz Eylül Universitetinin professoru Coşqun Can Akdanın, Sofiya Dövlət Universitetinin professoruTatyana Dronzinanın, Bağçaşəhər Universitetinin professoru Əsər Qaraqaşın məruzələri dinlənilmişdir.
Konqres mayın 3-də bölmə iclaslarında işini davam etdirəcəkdir.
Mayın 5-dək davam edəcək Konqresin işində 5 bölmədə 200-dək məruzənin dinləniləcəyi nəzərdə tutulmuşdur.
Rəcəb Rzayev