Professor Əjdər Ağayevin 70 illiyi Qafqaz Universitetində qeyd olunub

Dünən Qafqaz Universitetində çağdaş Azərbaycan pedaqoji elminin görkəmli nümayəndəsi, şair və nasir-publisist professor Əjdər Ağayevin 70 illik yubileyi münasibətilə tədbir təşkil edilib. Yubiley tədbirində ilk öncə Əjdər Ağayevin həyat və yaradıcılıq fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, Ə.Ağayev son 47 il ərzində Azərbaycanda təhsilin inkişafı üçün ən səmərəli fəaliyyət göstərən şəxsiyyətlərdən biridir. Qeyd edək ki, Ə.Ağayev "Təhsil islahatı və təhsil haqqında" Qanunu hazırlayan işçi qrupunun üzvüdür. Onun əsərləri ingilis, rus, ukrayn, belorus, başqırd dillərində, Türkiyə türkcəsində çap olunub. 40-dan artıq monoqrafiya, kitab, kitabça, proqram və tədris vəsaitinin, 600-dən artıq qəzet-jurnal məqaləsinin, onlarca şeir və hekayənin müəlifidir. Onun sözlərinə 100-dən artıq mahnı yazılıb. Daha sonra tədbir iştirakçılarına alimin həyat və yaradıcılığını tam əks etdirən foto və videomateriallar göstərilib. Yubiley tədbirində çıxış edən ziyalılar Ə.Ağayevə öz ürək sözlərini və xoş arzularını çatdırıblar. Tədbirin sonunda Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç Ə.Ağayevə hədiyyələr təqdim edib.
S.QARAYEVA
www.525.az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır