Qafqaz Universiteti Həmrəylik gününü qeyd etdi

Dünən Abşeron Rayon Mədəniyyət Evində Qafqaz Universitetinin təşkilatçılığı ilə Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibəti ilə tədbir keçirilib. İlk öncə çıxış edən universitetin rektoru Ahmet Saniç tədbir iştirakçılarını yeni il münasibəti ilə təbrik edib. O vurğulayıb ki, Dünya azərbaycanlılarının həmrəylik günü dünyada yaşayan 50 milyonluq azərbaycanlıların hamısının bayramıdır: "Məhz bu gün dünyada yaşayan bütün azərbaycanlılar həmrəylik nümayiş etdirərək haqq səslərini birgə ucaltdılar". Rektor Həmrəylik günündən danışarkən Azərbaycan və Türkiyənin diaspor təşkilatlarının son illərdə birgə fəaliyyət göstərməsinə də toxunıb. Bildirib ki, hər iki ölkənin rəhbərliyi bu istiqamətdə mühüm işlər görüb. Artıq Türkiyə və Azərbaycan problemlərinin dünyaya çatdırılmasında diaspor təşkilatları ayrı-ayrılıqda yox, birlikdə hərəkət edirlər. Tədbirə Dünya Azərbaycanlıları Konqresinin sədri Qulamrza Səbri Təbrizi də qatılıb. Mərasim daha sonra bədii proqramla davam etdirilib.
Sevinc QARAYEVA
http://www.525.az/

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır