28 Şubat 2008 Perşembe

British Council və Qafqaz Universiteti: “FameLab” müsabiqəsini təqdim edir.


“FameLab” müsabiqəsi Beautiful Science - Gözəl Elm layihəsi çərçivəsində keçirilir.
FameLab
Şöhrət Laboratoriyası


Sizin yaşınız 18-35 arasıdır?
Yarışmanın əsas məqsədi elmi sinif otağı çərçivəsindən çıxarıb
əyləncəyə çevirmək, eləcə də elm və texnologiyaya böyük həvəsi olan
cavanları öz maraqlarını ictimaiyyətlə bölüşməyə ruhlandırmaqdır.

Yarışmanın şərtləri:
İştirakçılara, münsiflər heyətinə PowerPoint
proqramından istifadə etmədən Azərbaycan
dilində elmi fikri təqdim etmək üçün cəmi
üç dəqiqə vaxt verilir. Yalnız ən yaxşı
iştirakçılar növbəti tura keçəcək.


İştirak etmək üçün əsas şərtlər:
Dəqiq elm, mühəndislik və ya riyaziyyatı sənaye, yaxud iş sahəsinə tətbiq edən şəxslər;
Dəqiq elm, mühəndislik və ya riyaziyyat sahəsində mühazirəçilər;
Dəqiq elm, riyaziyyat və ya mühəndislik sahəsində oxuyan universitet tələbələri;
Tətbiqi elm, texnologiya və ya riyaziyyat sahəsində çalışan insanlar;
Artıq mövcud olan tədqiqat və ya meta-tədqiqatlarla məşğul olan tədqiqatçılar;
Dəqiq elm, mühəndislik və ya riyaziyyatı silahlı qüvvələrdə yaxud hakimiyyət orqanlarında tətbiq edən şəxslər.


Yarışmada iştirak etmək istəyən şəxslər qeydiyyat formasını www.britishcouncil.azsəhifəsindən yükləyib, 03 mart 2008-ci il tarixinə qədər beautiful.science@britishcouncil.az internet ünvanına göndərməlidirlər.

Qafqaz Universitetində soyqırım qurbanlarının xatirəsi anılıb

Dünən Qafqaz Universitetində Qaçqın və Məcburi Koçkün Gənclər Təşkilatı, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyi, Qafqaz Universiteti, Gənc Akademiya Klubu, Teatr Dərnəyi və "Çağ" Öyrətim İşlətmələrinin dəstəyi ilə 26 fevral - Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic deyib ki, 1992-ci ildə Ermənistan ordusu və rus hərbi birləşmələri tərəfindən Xocalı sakinlərinə qarşı törədilən soyqırım 20-ci əsrin ən böyük faciəsidir. Xocalı faciəsinin üzərindən 16 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı bu dəhşətli soyqırımı, onun qurbanlarını unutmur və hər il qanlı 26 fevral tarixini böyük hüznlə yad edir: "Xocalı faciəsi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına, xocalılara qarşı törədilən qanlı soyqırımdır. Hər bir azərbaycanlı bu soyqırımı unutmamalı və gələcək nəslin hər bir üzvünü bu faciə barədə məlumatlandırmalıdır". Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Ələkbərli bildirib ki, Xocalı rayonu 4 ay ermənilər tərəfindən mühasirədə saxlanıldıqdan sonra işğal olunub: "Bu 4 ay ərzində dəfələrlə rayon atəşə tutulsa da, çox az insan Xocalını tərk edib. İnsanlar bununla da mənfur düşmənə mərdliklərini, qorxmazlıqlarını sübut ediblər. Soyqırım zamanı ermənilər tərəfindən yüzlərlə qoca, qadın, uşaq qətlə yetirilib. Bu həqiqətləri gələcək nəslin bilməsi üçün isə təbliğat işi aparılmalı, faciənin ildönümü hər il qeyd edilməlidir". Mərasim zamanı Seyidağa Mövsümovun "Əsrin faciəsi" adlı sənədli filmi nümayiş olunub. Tədbirin sonunda Qafqaz Universitetinin tələbələrinin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirilib:
Mərasimdə eyni zamanda Qafqaz Universitetində fəaliyyət göstərən Qafqaz Araşdırmalar İnstitutu tərəfindən hazırlanan "Qarabağ savaşı" adlı kitabın təqdimatı da keçirilib.
S.QARAYEVA
http://www.525.az/






Karabağ savaşı” təqdim olundu

Qarabağ mövzusunda yazılmış kitablar sırasına bu günlərdə yeni biri də daxil olub.
“Karabağ savaşı” adlı həmin kitab Kafkasya Araştırmaları Enstıtüsü Yayınlarının nəşridir. Srağagün Qafqaz Universitetində bu kitabın təqdimatı keçirilib. Dr.Osman Nuri Aras, Dr.Bilal Dedeyev, Dr.Reha Yılmaz və Dr.Vefaddın İbayevin qələmə aldıqları “Karabağ savaşı” bu günədək bu mövzuda yazılmış kitablardan öz orijinallığı ilə fərqlənir. Belə ki, müəlliflər Qarabağ hadisələrini təkcə təsvir etməklə kifayətlənməyərək, baş vermiş olayları siyasi, hüquqi və iqtisadi aspektlərdən də analiz ediblər. Kitab Türkiyə türkcəsində oxuculara təqdim olunub.
Gülər Rəsul
www.zaman.az

21 Şubat 2008 Perşembe

6.Türkçe Olimpiyatları Azerbaycan Finali Videoları

6.Türkçe olimpiyatları Azerbaycan seçmelerinin finali 16 Şubat 2008 tarihinde Bakü'de yapıldı. Bu programın videolarını aşağıdaki linklerden seyredebilirsiniz:

Türkiye'deki Olimpiyatlara şarkı dalında katılmaya hak kazanan eser: Hadice Alizade>>>>>>>>>>>>>>>>>>>>>>>

6.Türkçe olimpiyatları Azerbaycan finali sunucu Reha Yeprem'in okuduğu şiir.>>>>>>>>>>>>>>>>>>>>


6.Türkçe olimpiyatları Azerbaycan finalinde Uğur Işılak'a ait bir parça okuyan yarışmacı>>>>>>>>>>>>>>>>>>>>

6. Türkçe olimpiyatları Azerbaycan finalinde şiir dalında yarışan eserler.Birici sıradaki "şehit" şiiri Türkiyede yapılacak olimpiyatlara katılmaya hak kazandı>>>>>>>>>>>>>>>>>>>>

6-cı Beynəlxalq Türkcə Olimpiadalarının Azərbaycanda keçirilən seçmə-final mərhələlərində kövrək və səmimi anlar yaşanıb.

Türkcə dünya dilləri sırasına qoşulur
6-cı Beynəlxalq Türkcə Olimpiadalarının Azərbaycan və Ukraynada keçirilən seçmə-final mərhələlərində kövrək və səmimi anlar yaşanıb.
Orta məktəb şagirdlərinin söylədikləri şeir və mahnılar mərasim iştirakçılarının gözlərini yaşardıb. Azərbaycanın təhsil naziri Misir Mərdanov türk dilinin beynəlxalq dilə çevrilmək yolunda olduğunu, Türkiyənin XİN başçısı Əli Babacan isə: “Bir ölkənin dilini öyrənmək əslində o ölkənin mədəniyyətini, tarixini öyrənməkdir”, - deyiblər. 6-cı Beynəlxalq Türkcə Olimpiadalarının Azərbaycan və Ukraynada keçirilən seçmə-final mərhələlərində kövrək və səmimi anlar yaşanıb. Orta məktəb şagirdlərinin söylədikləri şeir və mahnılar mərasim iştirakçılarının gözlərini yaşardıb. Azərbaycanın təhsil naziri Misir Mərdanov türk dilinin beynəlxalq dilə çevrilmək yolunda olduğunu, Türkiyənin XİN başçısı Əli Babacan isə: “Bir ölkənin dilini öyrənmək əslində o ölkənin mədəniyyətini, tarixini öyrənməkdir”, - deyib.Ötən şənbə Musiqili Komediya Teatrında 6-cı Beynəlxalq Türkcə Olimpiadalarının Azərbaycan üzrə finalı keçirilib. Finalda bu ilin may ayında Türkiyədə keçiriləcək yarışmada ölkəmizi təmsil edəcək komandanın tərkibi müəyyənləşib.Olimpiadada Azərbaycanı təmsil edəcək komanda 140 məktəbdən 5 min şagird arasında seçilib. Komandanın tərkibinin müəyyənləşdirilməsi üçün hazırlıq işlərinə hələ ötən ilin sentyabr ayından başlanılıb. Səkkiz nəfərdən ibarət komandanın heyəti tam formalaşıb. Şagirdlər şeir, mahnı, qramatika, nitq və xüsusi qabiliyyət kateqoriyaları üzrə müəyyənləşdirilib. Məktəblilərdən 5-i şeir söyləməklə öz bacarığını nümayiş etdirib. Müsabiqədə iştirak edən 6 məktəbli isə mahnı oxumaqla məharətini göstərib. İncəsənət ustaları və mütəxəssislərdən ibarət münsiflər heyətinin qərarı çox ləngimədi. Əvvəlcə şeir söyləmək üzrə qalib elan olundu: Lamiyə Şərifova. Qalibi Azərbaycanın təhsil naziri Misir Mərdanov təbrik etdi. Şagirdlərin söylədiyi hər bir şeirdən təsirləndiyini bildirən M. Mərdanov tədbirin əhəmiyyətindən danışdı: “Bu cür tədbirlər təhsil sisteminin inkişafına təkan verməklə yanaşı, ölkələrimiz arasında əlaqələrin genişlənməsinə də zəmin yaradacaq. Finalda iştirak etmək üçün Türkiyədən mötəbər qonaqların gəlməsi də olimpiadaya bu ölkədə mühüm əhəmiyyət verilməsinin göstəricisidir”. ”Türk dili beynəlxalq dilə çevrilməlidir”, - deyən təhsil naziri yarışmanın bu istiqamətdə atılmış mühüm addım olduğunu vurğuladı. Bütün namizədləri dinlədikdən sonra münsiflər heyəti məharətli mahnı ifaçısını da müəyyən etdilər. Münsiflər heyətinin seçiminə əsasən, ən yaxşı mahnı ifaçısı Xədicə Əlizadə oldu. Mahnı ifaçılarına hədiyyəni Türkiyə Parlamentinin Təhsil komissiyasının sədri, millət vəkili Mehmet Sağlam təqdim etdi. Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov isə 6-cı Beynəlxalq Türkcə Olimpiadasının 120 ölkə arasında həm də mədəni əlaqələrin inkişafına səbəb olacağını dedi.Türkiyənin ölkəmizdəki səfiri Hüseyn Avni Karslıoğlu da final mərhələsinin Azərbaycanda təntənəli şəkildə keçirilməsini yüksək qiymətləndirdi.”Çağ” Öyrətim Şirkətinin İdarə Heyətinin sədri Ənvər Özərən isə çıxışında Azərbaycanda ümummilli lider Heydər Əliyevin xeyir duası ilə fəaliyyətə başladıqlarını xatırlatdı. “Fəaliyyətimizi prezident İlham Əliyevin dəstəyi ilə davam etdiririk. Azərbaycanın təhsil sisteminin inkişafı üçün bundan sonra da əlimizdən gələni edəcəyik”, - deyə o, qeyd etdi. Yeri gəlmişkən, Ukraynada da 6-cı Beynəlxalq Türkcə Olimpiadalarında bu ölkəni təmsil edəcək komanda üzvlərinin seçmə mərhələsi keçirilib. Tədbirin açılış mərasimində çıxış edən Türkiyənin xarici işlər naziri Əli Babacan olimpiadaya hazırlaşan şagirdlərlə bir araya gəlməkdən məmnun olduğunu bildirib. O, olimpiadaya marağın ildən-ilə artmasına diqqət çəkib: “Bir ölkənin dilini öyrənmək əslində o ölkənin mədəniyyətini, tarixini öyrənməkdir. Nə qədər çox dostunuz türk dilini bilsə, ölkələrimiz bir-birinə o qədər yaxınlaşar. Bu mənada dilimizə marağın artması bizləri çox sevindirir”.

Nicat İntiqam
www.zaman.az

17 Şubat 2008 Pazar

Prof. Dr. Mehmet Sağlam “Türkiyədə ali təhsil” mövzusunda seminar verdi


VI Beynəlxalq Türk Dili Olimpiadalarının Azərbaycan üzrə Seçmə Mərhələsi münasibətilə Bakıda olan Türkiyə Cümhuriyyəti Millət vəkili, sabiq YÖK Başqanı, Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyası Başqanı Prof. Dr. Mehmet SAĞLAM Qafqaz Universitetinde “Türkiyədə ali təhsil” mövzusunda seminar vermişdir.

4 Şubat 2008 Pazartesi

Yenilikçi təhsil ocağı:Çinar Jurnalı

Azərbaycan pedaqoji ictimaiyyətinə yenilikçi təhsil ocağı kimi tanınmış "Çağ" Öyrətim İşlətmələri Şirkətinin yeni mətbu orqanı olan "Çinar" jurnalının nəşrə başlaması mühüm pedaqoji, həmçinin elmi hadisədir. Məktəb pedaqoqikası və psixologiyasının aktual problemlərinin həllinə yardım etməyi qarşısına məqsəd qoymuş kollektivi çoxsaylı təhsil işçiləri adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm. Vəzifələrimiz aydındır. Bu vəzifələri Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev müəyyənləşdirmişdir və onun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. Biz isə bu müqəddəs ideyaların, tapşırıqların və tövsiyələrin gerçəkləşməsində ləyaqətlə çalışmalı, yeni Azərbaycana layiq yeni insanlar yetişdirməliyik. Yeni insan isə müasir elmi biliklərə yiyələnmiş, bu biliklər əsasında bacarıq və vərdişlər qazanmış, bilik, bacarıq və vərdişlərini mənsub olduğu xalqın mənafeyi, insanlığın mənafeyi naminə sərf edə bilən insandır. Bu insanın yetişməsində dövlətimizin başçısı cənab İlham Əliyevin atdığı addımları bütün xalqımız alqışlayır. Xüsusilə bugünkü gənclik öz prezidentinin qayğısını, diqqətini hər an duyur, hiss edir, görür və məmnunluqla qarşılayaraq qiymətləndirir. "Çinar" jurnalı özünün yeni fəaliyyətini bu istiqamətə yönəltmiş, valideynləri pedaqoqika, psixologiya, yaş fiziologiyası, hətta sağlıq və tibbi biliklərə maarifləndirməyi qarşısına məqsəd qoymuşdur. İnanırıq ki, Azərbaycan-Türkiyə özəl liseyləri bu yeni təşəbbüsü ilə Azərbaycan və Türkiyə maarifçiləri arasında daha bir körpünün salınmasına xidmət edəcəkdir.
Misir MƏRDANOV Azərbaycan Respublikasının Təhsil naziri

Azerbaycan Respublikası


Azerbaycan Cumhuriyetinin bayrağı, milli marşı, tarihi günleri ve bayramları hakkında bilmek istedikleriniz... Aşağıdaki linkten indirebilirsiniz.


http://cag.edu.az/Azerbaycan-Respublikasi.pdf

Azərbaycan-Türkiyə Özəl Liseylərinden Yeni Nailiyyət: Qazaxıstan


14-21.Yanvar 2008-ci il tarixlərində Qazaxıstan Respublikasının Alma-Ata şəhərində riyaziyyat-fizika fənlərindən IV Beynəlxalq Jautıkov olimpiadası keçirilmişdir. 2006 və 2007-ci illərdə iştrak etdiyimiz kimi bu il də iştirak etdiyimiz bu olimpiada da 20-dən çox ölkə iştirak etmiş və şagirdlərimiz 1 gümüş
3 bürünc medal əldə ediblər.

Olimpiada Komandası

Ümid Babaşov - Rəhbər
Sərxan Bədirli - İştrakçı ( riyaziyyat) ( Gəncə Özəl Türk Liseyi ) , Gümüş medal
Ruslan Müslümov - İştrakçı ( riyaziyyat) ( Quba Özəl Türk Liseyi ) , Bürünc medal
Vüsal Orucov - İştrakçı ( fizika) ( Quba Özəl Türk Liseyi) , Bürünc medal
Mirnahid Məmmədli - İştrakçı (fizika) ( Lənkəran Özəl Türk Liseyi) , Bürünc medal

www.cag.edu.az

ARDNŞ-in prezidenti Rövnəq Abdullayev olimpiada qaliblərini qəbul etdi

Dekabrın 30-da Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev "Çağ" Öyrətim Şirkəti Azərbaycan -Türkiyə özəl liseylərində oxuyan beynəlxalq fənn olimpiadalarında medallar qazanmış şagirdləri qəbul etdi. "Çağ" Öyrətim Şirkətinin prezidenti Ənvər Özərən, Azərbaycan -Türkiyə Özəl liseyləri Baş İdarəsinin rəisi Adəm Önalın rəhbərliyi ilə təşrif buyuran qonaqları salamlayan Rövnəq Abdullayev görüşdə iştirak edən tələbələri və beynəlxalq fənn olimpiadasında medallara layiq görülmüş şagirdləri ürəkdən təbrik etdi, onlara "Yeni il" hədiyyələri və mükafatlar təqdim etdi. O, həmçinin yola saldığımız 2007-ci ilin Azərbaycan dövləti və Dövlət Neft Şirkəti üçün uğurlu olduğunu bildirərək ölkədəki sosial-iqtisadi yüksəliş, qlobal enerji layihələri üzrə işlərin uğurlu gedişi, neft -qaz sənayesi infrastrukturunun inkişafı, habelə Şirkətin həyata keçirdiyi "Qaz proqramı" çərçivəsində qazanılmış uğurlar barədə qonaqlara məlumat verdi. ARDNŞ tərəfindən 30-dan artıq tələbənin dünyanın bir sıra tanınmış universitetlərində təhsil almağa göndərildiyini vurğulayan Rövnəq Abdullayev Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə həyata keçirilən "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən, azərbaycanlı gənclərin 2007-2015-ci illərdə xarici ölkələrdə təhsili üzrə Dövlət proqramının əhəmiyyətini xüsusi qeyd etdi. Azərbaycanın son zamanlar qoşulduğu qlobal layihələrin həyata keçirilməsində yeni kadrlara ehtiyac yarandığını, yüksək təhsilli gənclərin dövlətimizin gücü olduğunu qeyd edən R. Abdullayev həmin tələbələrdən 2 nəfərinin artıq təhsillərini başa vuraraq, ARDNŞ-də çalışmağa başladığını da nəzərə çatdırdı. "Çağ" Öyrətim Şirkəti İdarə heyətinin sədri Ənvər Özərən çıxış edərək Ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin "Çağ" Öyrətim" Şirkətinə və bütövlükdə təhsilimizə göstərdiyi diqqət və qayğıdan bəhs edərək Azərbaycan-Türkiyə özəl liseylərində oxuyan şagirdlərin 1994-cü ildən indiyə qədər müxtəlif ölkələrdə keçirilmiş beynəlxalq fənn olimpiadalarında 51-i qızıl olmaqla 234 medal qazandıqlarını bildirdi. Ənvər Özərən şagirdlərin bu olimpiadalarda iştirakına yüksək səviyyədə şərait yaratdığına görə R. Abdullayev başda olmaqla ARDNŞ rəhbərliyinə minnətdarlığını bildirdi. Görüşün sonunda ARDNŞ prezidenti iştirakçıları bir daha "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və "Yeni il" münasibətilə təbrik etdi, xatirə şəkilləri çəkdirildi.
www.cag.edu.az




Azərbaycan-Türkiyə Özəl Liseyləri yeni bir uğura imza atdı

01-09 dekabr 2007-ci il tarixlərdə Tailandın Bankonq şəhərində 21 ölkədən 126 nəfərin təmsil olunduğu Beynəlxal IOAA- Astronomiya və Astrofizika olimpiadasındanOrxan Kərimov - Qızıl medal, Qafqaz Özəl gimnaziyasıMirnahid Məmmədzadə - Gümüş medal, Lənkəran Özəl türk liseyivə02-11 dekabr 2007-ci il tarixlərdə Tayvanın Taypey şəhərində 46 ölkədən 266 şagirdin iştirak etdiyi Beynəlxalq IJSO təbiət fənnləri olimpiadasından Orxan Bağırlı - Bürünc medal, Dədə Qorqud Özəl türk liseyiAtaxan Nəcəfov - Bürünc medal, Quba Özəl türk liseyiVüsal Orucov - Bürünc medal, Quba Özəl türk liseyi qələbələrlə dönmüşlər.