Qafqaz Universitetində Koreya Azərbaycan əlaqələri mövzusunda seminar keçirilib

Qafqaz Universitetində "Koreyada iqtisadi inkişaf və Koreya Azərbaycan əlaqələri" mövzusunda seminar təşkil olunub. Seminarda çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic deyib ki, universitetdə mütəmadi olaraq müxtəlif mövzulu seminarlar keçirilir. Seminarlarda tələbələrlə yanaşı yüksək ixtisaslı mütəxəssislər də iştirak edir. Bu kimi seminarların təşkili isə orada müzakirə edilən mövzular haqqında tələbələrin daha ətraflı məlumat almasına şərait yaradır. Onun sözlərinə görə, Qafqaz Universitetinin Koreyanın Hanq Yanq Universiteti ilə qarşılıqlı əməkdaşlıq əlaqələri mövcuddur: "Bu əməkdaşlıq gələcəkdə daha da möhkəmlənəcək". Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lev Kvang-Chul isə Koreyanın 60-cı illərdən sonrakı inkişafı yolundan danışıb. Səfir Azərbaycan Koreya münasibətlərinə də toxunaraq bildirib ki, hər iki dövlət arasında iqtisadi, mədəni və təhsil sahələri üzrə qarşılıqlı əməkdaşlıq əlaqələri mövcuddur. Seminarın sonunda səfirə universitetin fəxri plaketi təqdim olunub.
S.QARAYEVA

www.525.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF