Ahmet Sanic: "Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməyə başlayıb"

Qafqaz Universitetində "Modernizasiya və dayanıqlı inkişaf fəlsəfəsi: XXI əsrdə Azərbaycanın iqtisadi inkişaf imperativləri" mövzusunda seminar təşkil olunub. Seminarda çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic deyib ki, müstəqillik əldə etdikdən sonra Azərbaycanın iqtisadiyyatı dirçəlməyə və sürətlə inkişaf etməyə başlayıb. Aparılan məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadi cəhətdən qüdrətli bir ölkəyə çevrilib. A.Sanic vurğulayıb ki, universitetin tələbələrinə yüksək səviyyədə bilik verməklə yanaşı onların bu səpkili seminarlarda iştirakı vacibdir. Milli Bankın icraçı direktoru Xaqani Abdullayev qeyd edib ki, 1993-cü ilə qədər Azərbaycanda sosial-iqtisadi böhran, hərbi siyasi xaos hökm sürüb. Ancaq 1995-ci ildə başlayaraq ölkədə ictimai-siyasi sabitlik bərqərar olub. 2003-cü ildən etibarən isə ölkədə iqtisadi müstəqillik əldə edib, rifah yüksəlişi, hərbi qüdrət artıb. Beynəlxalq nüfuz sürətlə yüksəlib və Azərbaycanda modernizasiya dövrü başlayıb. Modernizasiya isə innovasiyalı iqtisadiyyatı formalaşdırır. X.Abdullayev bildirib ki, 2007-ci ildə ölkədə ümumi daxili məhsul 1990-cı il səviyyəsini 81 faizi üstələyib. 81 faiz artım sürətli inkişafın göstəricisidir. Baş direktor çıxışı zamanı developmentalizim konsepsiyası, Azərbaycanda transformasiya və inkişaf spefikası, iqtisadi inkişafa riyazi yanaşma, iqtisadi inkişafa institusional yanaşma məsələlərinə də toxunub. Daha sonra X.Abdullayev universitet tələbələrinin çoxsaylı suallarını cavablandırıb.
S.QARAYEVA
www.525.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF