Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasının birinci mərhələsi keçirildi

Qafqaz Universitetində ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasının birinci mərhələsi keçirildi. Ölkənin, o cümlədən regionların 14 təhsil müəssisəsindən 33 komanda birinci mərhələdə iştirak etmək üçün ərizə veriblər. Komanda üzvlərinin ümumi sayı 118 nəfər təşkil edir. İki mərhələ üzrə keçiriləcək Olimpiadanın birinci mərhələsi seçim mərhələsidir. Olimpiadanın Əsasnaməsinə əsasən seçmə mərhələsində balların 30%-ni toplamış komandalar final mərhələsində iştirak etmək hüququ qazanır. Final mayın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək. Qeyd edək ki, Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən birgə keçirilir. Bu barədə məlumatı AZADİNFORM-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən veriblər.
www.azadinform.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF