Aprelin 15-də təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatları Troy Universitetinin dekanı cənap Filip Lyonu qəbul edib.

Qafqaz” Universitetinin bir qrup tələbəsi 2 il bu ali məktəbdə, 2 il isə ABŞ-da təhsil alacaq. Bu razılıq amerikalı tələbələrə də şamil olunacaq. Proqramı başa vurmuş tələbələrə hər 2 universitetin biznes bakalavrı dərəcəsi veriləcək.
Aprelin 15-də təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatları Troy Universitetinin biznesin təşkili və idarə edilməsi fakültəsinin dekanı cənab Don Hinesi və universitetin beynəlxalq proqramlar üzrə direktoru cənab Filip Lyonu qəbul edib.
Görüşdə “Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən, “Qafqaz” Universitetinin rektoru Əhməd Sanıc, nazirliyin müvafiq struktur bölmə rəhbərləri və digər şəxslər iştirak ediblər.
Qonaqları səmimi salamlayan təhsil naziri Misir Mərdanov onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib. Nazir Azərbaycanla ABŞ arasında müxtəlif proqramlar çərçivəsində geniş miqyasda əməkdaşlıq əlaqələrinin mövcud olduğunu diqqətə çatdırıb.
Misir Mərdanov yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin, xüsusilə ali təhsilin böyük rolundan bəhs edərək qonaqlara son illər ölkəmizdə bu sahədə görülən işlər və həyata keçirilən tədbirlər haqqında məlumat verib. Eyni zamanda Türkiyə ilə Azərbaycan qardaşlığının parlaq simvolu olan “Qafqaz” Universitetinin böyük uğurlarından söz açıb.
Sonra çıxış edən cənab Don Hines Azərbaycanda qarşıladıqları yüksək qonaqpərvərlik və səmimiyyətə görə təşəkkürünü bildirib. “Qafqaz”la Troy universitetinin Cənubi Qafqazda əməkdaşlıq edəcəyi ilk ali məktəb olduğunu deyən qonaq tədbir iştirakçılarına bu təhsil ocağı haqqında ətraflı məlumat verib.
Görüşdə “Qafqaz” Universitetinin rektoru Əhməd Sanıc və Troy Universitetinin dekanı cənab Don Hines beynəlxalq proqramlar əsasında biznesin təşkili və idarə olunması, eləcə də iqtisadiyyatın müxtəlif sahələri üçün kadrların hazırlanmasına dair qarşılıqlı əməkdaşlığa dair anlaşma sənədini imzalayıblar.
Məlumat üçün bildirək ki, müqaviləyə görə “Qafqaz” Universitetinin bir qrup tələbəsi 2 il bu ali məktəbdə, 2 il isə ABŞ-da təhsil alacaq. Bu razılıq amerikalı tələbələrə də şamil olunacaq. Proqramı başa vurmuş tələbələrə hər 2 universitetin biznes bakalavrı dərəcəsi veriləcək. Eyni zamanda biznes magistr proqramının həyata keçirilməsi də gözlənilir.
http://www.edu.gov.az/

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır