Aprelin 2-də Təhsil Nazirliyində II Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadası (İNEPO-EUROASİA) iştirakçıları ilə görüş keçirilib.

Aprelin 2-də Təhsil Nazirliyində II Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadası (İNEPO-EUROASİA) iştirakçıları ilə görüş keçirilib.
Görüşdə təhsil naziri Misir Mərdanov olimpiada iştirakçılarını Azərbaycanda görməkdən məmnun olduğunu deyərək onları səmimi salamlayıb.
Ekologiya və təbiəti mühafizə problemlərinin araşdırılmasına, onların həlli yollarına həsr edilən bu olimpiada da 30-dan çox dünya ölkəsi nümayəndələrinin iştirak etdiyini qeyd edən nazir ötən il belə bir tədbirin təşkil olunduğunu və onun əhəmiyyətini diqqətə çatdırıb. Eyni zamanda II Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasının uğurla keçiriləcəyinə əmin olduğunu açıqlayıb. Nazir, həmçinin olimpiadanın "Çağ" Öyrətim İşlətmələri Şirkətinin təşkilatçılığı ilə həyata keçirildiyini vurğulayaraq bu şirkətin görüşdə iştirak edən rəhbərliyinə təşəkkür edib.
Tədbirdə Misir Mərdanov olimpiada iştirakçılarına Azərbaycanın tarixi, milli mədəniyyəti, təhsil sistemi, son illər qazanılan uğurlar barədə ətraflı məlumat verib.
Sonda iştirakçılar xatirə şəkli çəkdiriblər.
Görüşdə Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Adəm Ünal, “Çağ” Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən iştirak edib.

http://edu.gov.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF