“Gördüklərim "Cağ" liseyləri haqqında eşitdiklərimi təsdiq etdi”

Türkiyənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç “Çağ” Öyrətim Şirkətini ziyarət edib.
Qonağı “Çağ” Öyrətim Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Adəm Önal, “Araz” Kursları Baş İdarəsinin rəisi Arif Gömləksiz və digər şəxslər qarşılayıblar. Ziyarətini Bakı Özəl Türk Liseyinin tədris binasını gəzməklə başlayan səfirə bu təhsil ocağının fəaliyyət haqda geniş məlumat verilib. Sinif otaqları və laboratoriyalardakı şəraitlə yaxından tanış olan səfir Hulusi Kılıç öz təəssüratlarını bölüşərkən deyib ki, hər bir millətin tərəqqisi təhsillə başlayır. Təhsil inkişafın, mədəniyyətin, dünya ilə bütünləşmənin açarıdır”. Daha sonra o deyib: “Çağ” Öyrətim Şirkətinin Azərbaycanda əldə etdiyi nailiyyətlər barədə çox eşitmişdim. Bakı Özəl Türk Liseyini ziyarət edərkən isə mən bu uğurların şahidi oldum. “Gördüklərim "Cağ" liseyləri haqqında eşitdiklərimi təsdiq etdi”. Azərbaycanın inkişafı üçün təhsildə böyük dəstək olan və onları dünya ilə bütünləşdirən xidmətlərinə görə “Çağ”a dərin minnətdar olduğumu səmimiyyətimlə ifadə etmək istəyirəm”. Hulusi Kılıç sabiq səfir Hüseyin Avni Karslıoğlunun bu şirkətin fəailiyyətini yaxından izlədiyini xatırladaraq sələfinin bu ənənəsini davam etdirməyi vurğulayıb.

Hulusi Kılıç şirkətimizi ziyarət etdi
Türkiyənin Azərbaycana yeni təyin olunmuş Fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç şirkətimizi ziyarət etdi. Qonağı "Çağ" Öyrətim Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Adəm Önal, "Araz" Kursları Baş İdarəsinin rəisi Arif Gömləksiz və digər heyət qarşıladılar. Ziyarətini Bakı özəl türk liseyinin tədris binasını gəzməklə başlayan səfiri şagirdlər gül-çiçək dəstələri ilə qarşladılar. Burada qonağa liseyin fəaliyyət tarixi haqda geniş məlumat verildi. Sinif otaqları və laboratoriyalardakı şəraitlə yaxından tanış olan səfir Hulusi Kılıç bu mədəniyyət ocağında yüksək təhsil verildiyindən əmin olduğunu söyləyərək öz təəsüratlarını belə dilə gətirdi: "Bir millətin tərəqqesi təhsillə başlayır. Təhsil inkişafın, mədəniyyətin, dünya ilə bütünləşmənin açarıdır. Bu mənada "Çağ" Öyrətim Şirkətinin Azərbaycandakı nailiyyətlərini əvvəllər çox eşitmişdim. Bakı özəl türk liseyini gəzərkən gördüklərim eşitdiklərimin doğruluğunu bir daha təsdiqləmiş oldu. Azərbaycanın inkişafı üçün təhsildə böyük dəstək olan və onları dünya ilə bütünləşdirən xidmətləri üçün "Çağ" Öyrətim Şirkətinə dərin minnətdar olduğumu səmimiyyətimlə ifadə etmək istəyirəm. "Çağ" Öyrətim Şirkətinin bu xeyirli və son dərəcə insani olan təhsil xidmətlərində uğurlu davamiyyətinin ən dərin arzularımdan biri olduğunu dilə gətirmək istəyirəm" Hulusi Kılıç sabiq səfir Hüseyin Avni Karslıoğlunun bu şirkətin failiyyətlərini yaxından izlədiyini xatırladaraq özünün də eyni yolu davam etdirəcəyini və şirkətin fəaliyyətində kömək edəcəyini də qeyd etdi. Ziyarətin sonunda xatirə fotoları da çəkildi.
Elmir İmanlı
www.cag.edu.az



Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır