İnformatika üzrə Ümumrespublika Olimpiadasının 2-ci mərhələsi yekunlaşıb

Aprel ayının 5-də ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasının 1-ci mərhələsi keçirilib. Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan bu Olimpiada Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən birgə keçirilir. 4 region komandası daxil olmaqla, ölkənin 14 təhsil müəssisəsindən 33 komandanın iştirak etdiyi 1-ci seçim mərhələsində balların 30 faizini toplamış 13 komanda (Azərbaycan Dövlət Neft Akademiyasının 2, Qafqaz Universiteti ilə Bakı Dövlət Universitetinin hərəsinin 4, Azərbaycan Texniki Universiteti, Bakı Özəl Türk Litseyi və Elitar Gimnaziyanın hərəsinin1 komandası) 2-ci mərhələyə keçib. Olimpiadanın final mərhələsi bu il mayın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək. Qeyd edək ki, ilk dəfə ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası ötən il keçirilib. 23 komandanın iştirak etdiyi bu Olimpiadada Qafqaz Universitetini təmsil edən komanda qalib gəlmişdi.
Pərvanə FƏRHADQIZI
www.525.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır