“Qafqaz” “Troy”la əməkdaşlıq edəcək

Qafqaz Universiteti və ABŞ-ın Troy Universiteti beynəlxalq proqramlar əsasında biznesin təşkili və idarə olunması, eləcə də iqtisadiyyat sahələrində kadrların hazırlanması üçün müqavilə bağlayacaq. Qafqaz Universitetinin aspirantura və doktrontura şöbəsinin müdiri Səlim Özdəmirin verdiyi məlumata görə, bu əməkdaşlıq çərçivəsində təhsil alan tələbələrə hər iki universitetin tanıdığı diplom veriləcək. Bu diplom dünyanın hər bir nöqtəsində qəbul ediləcək və bu da öz növbəsində bizim gənc kadrlarımıza bu sahələr üzrə dünyanın hər hansı bir dövlətində işləməyə imkan verəcək. Troy Universitetinin biznesin təşkili və idarə edilməsi fakültəsinin dekanı dr. Don C. Hines bu əməkdaşlığın Azərbaycan təhsilinə öz töhfəsini verəcəyini əminliklə dilə gətirib. http://www.zaman.az/



Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF