Türkiyənin Əmək və Sosial müdafiyə naziri Qafqaz Universitetində

Ölkəmizdə səfərdə olan Türkiyənin Əmək və Sosial müdafiyə naziri və onun başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetinin tələbə və müəllim kollektivi ilə görüşüb. Qeyd edək ki, nazir Faruk Çelik və onun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın Əmək və social müdafiyə naziri Fizuli Ələkbərovun dəvəti ilə Azərbaycana gəlib. Görüş zamanı türkiyəli qonaqlara Qafqaz Universiteti barədə ətraflı məlumat verən Universitetin rektoru professor Ahmet Sanic deyib ki, bu təhsil müəssisəsi 1993-cü ildə fəaliyyətə başlayıb. Onun sözlərinə görə, Universitet Türkiyə və Azərbaycanın elmi-texniki və pedaqoji potensialını birləşdirərək yüksək səviyyəli mütəxəssislər hazırlayır. Avropada geniş istifadə olunan Boloniya sisteminin tətbiq edildiyi universitetdə dərslər Azərbaycan dilində keçilir. Bəzi fənlər isə türk və ingilis dillərində tədris olunur. A.Sanic vurğulayıb ki, Qafqaz Universitetində mühəndislik, iqtisadiyyat və idarəetmə, hüquq, filologiya fakültələri nəzdində avtomatlaşdırılan sistemlərin və hesablama texnikasının proqram təminatı, hesablama maşınları, kompleksləri, sistem şəbəkələri, riyaziyyat, biznesin təşkili və idarə edilməsi, beynəlxalq münasibətlər, beynəlxalq hüqüq ixtisasları üzrə mütəxəssislər hazırlanır.Sonra söz nazir Faruk Çelike verildi.O bildirdi ki, Türkiyə ilə Azərbaycan arasında sıx dostluq qardaşlıq əlaqələri mövcuddur: "Mən Dunyanın bir çox ölkələrində olmuşam dost və qardaş Azərbaycan mənim üçün əzizdir. Azərbaycanda olmaqdan böyük bir həyəcan və sevinc içindəyəm hələ Qafqaz unversiteti kimi bir yerde olmak Turk dunyasına açılan qabının kürsüsündə durub sizlərə nitq söyləməm mənə ayrı qürur və xoşbəxtlik verir.. Bu Universitet Türküyə Cunhuriyətinin Cunhur Başkanı hörmətli Abdullah Gülün dediyi kimi Qafqaz universiteti Qafqasların Harvartı olacağına mən əminliklə inanıram .Görüşün sonunda Faruk Çelikə Qafqaz Universitetinin xatirə plaketi və "Çağ" Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Ənvər Özərən tərəfindən "Heydər Əliyev və Çağ öyrətim" kitabı təqdim edildi.
Recep Rza

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır