Ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadası

Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş «Ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadası» Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən birgə keçirilimişdir.
Olimpiadanın I mərhələsi 05.04.2008-ci il tarixində Qafqaz Universitetində, final mərhələsi isə 03.05.2008-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun Tədris Mərkəzində keçirilmişdir.
Olimpiadada aşağıdakı üniversitetilərdən 33 komanda iştirak etmişdir.

Qafqaz Universiteti
Bakı Dövlət Universiteti
Azərbaycan Dövlət Neft Akademiyası
Azərbaycan Texniki Universitet
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Naxçıvan Dovlət Universiteti
Naxçıvan Özəl Universiteti
Azərbaycan Turizm İnstitutu
Qərb Universiteti
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
Sumqayıt Dövlət Universiteti
Mingəçevir Politexnik İnstitutu

Müsabiqədən kənar (məktəblilər)

Bakı Özəl Türk Liseyi
Elitar Gimnaziya


33 komandanın (hər komandada 3 tələbə) iştirak etdiyi olimpiadanın birinci mərhələsində 13 komanda finala vəsiqə qazanmışdır. Bu müsabiqədə Qafqaz Universiteti 7 komanda ilə təmsil olunmuşdur. Qafqaz Şahinləri və Qafqaz U2, Qafqaz U3, Qafqaz U4 komandalarımız finala vəsiqə qazanmışlar.
FİNAL MƏRHƏLƏSİNDƏ
03.05.2008
QAFQAZ
ŞAHİNLƏRİ
komandası
Faiq Babayev (Kompüter Mühəndisliyi 4)
Əfqan Abbasov (Maliyə Kredit 3)
Əsgər Cavadov (Sənaye Mühəndisliyi 2)

Respublika birincisi olmuşdur
17 may 2008 tarixində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində təntənəli mükafatlandırma mərasimi keçiriləcəkdir.
QEYD: 2 və 3- yerləri Bakı Dövlət Universitetinin komandaları qazanmışlar. QAFQAZ U3 komandası 4-cü yerlə kifayətlənmişdir.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır