AMEA-nın İnformatika Texnologiyaları İnstitutunda İnformatika üzrə Ümumrespublika olimpiadasının final mərhələsi keçirilib

AMEA-nın İnformatika Texnologiyaları İnstitutunda İnformatika üzrə Ümumrespublika olimpiadasının final mərhələsi keçirilib. Nəticədə, finalda iştirak edən 13 komandadan 1-ci yeri Qafqaz Universitetinin “Qafqaz Şahinləri”, 2-ci və 3-cü yerləri isə müvafiq olaraq Bakı Dövlət Universitetinin “İNF 14” və “ENG 1” komandaları tutub. Bu barədə məlumatı AZADİNFORM-a AMEA-nın İnformatika Texnologiyaları İnstitutundan veriblər. Finalda seçmə mərhələsində bütün balların 30%-ni toplayan 13 komanda iştirak edib. Məktəblilərdən ibarət komanda bu yarışda müsabiqədən kənar iştirak etdiyi üçün rəsmi olaraq yer qazanmasa da, balların ümumi nəticəsinə görə qaliblər sırasına daxil olub. Bunların arasında birinci pillədə “Oil school 1’ komandası yer alıb. İnformatika üzrə Ümumrespublika olimpiadası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən birgə keçirilib. Ümumilikdə Olimpiadada 4 region komandası daxil olmaqla, ölkənin 14 təhsil müəssisəsindən ibarət komandalar iştirak edib
www.azadinform.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF