“Qafqaz”ı bitirənlərin 90 faizi ixtisası üzrə işlə təmin olunur”

Mayın 20-də Musiqili Komediya Teatrında Qafqaz Universitetinin məzuniyyət proqramı keçirilib.
Tədbirdə təhsil naziri Misir Mərdanov, dövlət və hökumət nümayəndələri, millət vəkilləri iştirak ediblər. Mərasimdə çıxış edən Qafqaz Universitetinin rektoru Ahmet Saniç hazırda bu təhsil ocağında 2400-ə yaxın tələbənin təhsil aldığını bildirib. “Qafqaz”ın tətbiq etdiyi yeniliklərdən danışan A. Saniç: “1993-cü ildən universitetimizdə kredit sistemi tətbiq olunur. 2007-ci ildən isə təhsil sistemini tamamilə boloniya sisteminə uyğunlaşdırmışıq”,- deyib. A. Saniçin sözlərinə görə, “Qafqaz”ı bitirənlərin 90 faizi ixtisası üzrə xarici şirkətlərdə və yerli müəssisələrdə işlə təmin olunur.Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov isə “Çağ” Öyrətim Şirkətinin fəaliyyətini dəstəklədiyini bir daha bəyan edib: “Kənardan baxanlara “Çağ” Öyrətim Şirkətinin gördüyü işlər, bəlkə də, asan görünə bilər. Ancaq min bir əziyyət hesabına olsa da bu şirkət Azərbaycan təhsilinin inkişafı üçün çox işlər görüb və görməkdə davam edir. Başda prezidentimiz İlham Əliyev olmaqla biz “Çağ” Öyrətim Şirkətinin fəaliyyətini alqışlayır və dəstəkləyirik”. “Çağ”ın İdarə Heyətinin sədri Ənvər Özərən isə Azərbaycan təhsilinin inkişafı üçün məqsədyönlü fəaliyyətlərini bundan sonra da davam etdirəcəklərini bildirib.Tədbirin sonunda təhsil naziri Misir Mərdanov “Çağ” Öyrətim Şirkətinə bağlı “Araz” ali məktəblərə hazırlıq kurslarının beynəlxalq fənn olimpiadalarında fərqlənən və yer tutan şagirdlərinə qiymətli hədiyyələr təqdim edib.
Nicat İntiqam

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF