Qafqaz Universitetinde Əmək Sərgisi



Emek Sergisi 30.05.2008
Respublika Prezidenti İlham Əliyev hələ 2003-cü ildə Azərbaycanda yoxsulluğun və işsizliyin aradan qaldırılması üçün 5 il ərzində 600 min yeni iş yerinin açılacağını bəyan etmişdi.Azərbaycan Statistika Komitəsinin verdiyi məlumata görə, 2003-cü il oktyabr ayının 1-dən bu günədək, yəni 4 il yarımda respublikamızda açılmış yeni iş yerlərinin sayı artıq 671 min 840-a çatıb ki, onların da ümumilikdə 479 min 396-sı daimidir. Həmin iş yerlərinin 80,1 faizi regionların payına düşür. Bu, yerli istehsalın get-gedə güclənməsinə, qeyri-neft sektorunun daha sürətli inkişafına, son nəticədə ölkəmizin iqtisadi qüdrətinin artmasına və əhalinin sosial vəziyyətinin nəzərəçarpacaq dərəcədə yaxşılaşmasına əyani sübutdur. Təkcə bu ilin birinci rübündə Azərbaycanda 28 min 487 yeni iş yeri açılıb ki, bunun da 21 min 380-i daimi iş yeridir. Hazırda Azərbaycanda işləmək imkanına malik, müxtəlif ixtisas sahibi olan 4 milyon 302 min nəfər əhali var ki, onların da 4 milyon 25 mini fəaliyyətdədir. Həmin əhalinin 372,1 min nəfəri müxtəlif müəssisələrdə və təşkilatlarda, həmçinin 22,3 faizi istehsal sektorunda, 14 faizi sənaye müəssisələrində, 5 faizi tikintidə, 3,3 faizi aqrar sahədə və meşə təsərrüfatında çalışır, balıqçılıq və ovçuluqla məşğul olur. Yeni iş yerlərinin açılması sahəsindəki uğurlar tezliklə Azərbaycanda işsizlik probleminin tamamilə aradan qaldırılacağına böyük inam yaradır.
Qafqaz Universitetidə Prezident İlham Əliyevin bu təşəbbüsünə qoşularaq 2003-cü ildən başlayaraq hər il universitetdə əmək sərgisi təşkil edir. Yeni açılan iş yerlərində universitet məzunlarının müxtəlif peşələr üzrə çalışmasında Universitetdə təşkil olunan bu əmək sərgisinin də öz dəstəyi vardır. Qafqaz Universiteti 2007-2008-ci tədris ili işgüzar tədbirləri silsiləsindən olan, Ümummilli lider H.Əliyevin 85 illiyinə həsr olunmuş “ƏMƏK SƏRGİSİ” 30 may 2008-ci il tarixində universitetin Daimi İnkişaf və Karyera Planlama Mərkəzi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə universitet şəhərciyində keçirilmişdir. Sərginin keçirilməsində məqsəd tələbə və məzunların, öz sektorlarında uğurla fəaliyyət göstərən şirkətlər haqqında ətraflı məlumat almalarına şərait yaratmaq, iş dünyasındakı yeniliklərlə onları tanış etmək və ixtisaslarına uyğun praktika-iş imkanları ilə təmin etməkdir. Bu məqsədlə sərgidə 80 dən çox şirkət tərəfindən irəli sürülən 350 vakant yerin nümayişi nəzərdə tutulmuşdur.
Rəcəb Rzayev

http://www.qafqaz.edu.az/

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF