İyunun 18-də Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetində (QU) olmuşdur.

İyunun 18-də Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetində (QU) olmuşdur.
Milli Məclis deputatlarının, tanınmış alimlərin, təhsil işçilərinin, tələbələrin iştirak etdikləri görüşdə Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç, “Çağ” Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən çıxış edərək Azərbaycan ilə Türkiyənin mehriban qardaşlıq münasibətlərindən danışmışlar.
“Çağ” Öyrətim İşlətmələri Şirkətinin ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrinin, o cümlədən Qafqaz Universitetinin fəaliyyəti barədə ətraflı məlumatlar verən natiqlər müasir avadanlıq və texnologiyalar ilə təchiz edilmiş bu ali məktəbdə qazanılan nailiyyətləri diqqətə çatdırmış, onun beynəlxalq əlaqələrinin ildən-ilə genişləndiyini bildirmişlər.
Sonra Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında səmərəli xidmətlərinə görə Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptana Qafqaz Universitetinin fəxri doktoru adının verildiyi bildirildi.
Təhsil naziri Misir Mərdanov müstəqil dövlətimizin memarı və yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin elm və təhsilimizin inkişafına daim böyük əhəmiyyət verdiyini, ulu öndərimizin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini vurğulamışdır.
Azərbaycan ilə Türkiyənin təhsil əlaqələrindən bəhs edən nazir bu sahədə əməkdaşlığın genişlənməsində Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın mühüm rolu olduğunu bildirmişdir.
Türkiyə Böyük Millət Məclisinin sədrinə Qafqaz Universitetinin fəxri doktoru mantiyası, diplom və hədiyyələr təqdim edilmişdir.
Öz ölkəsi ilə Azərbaycanın tarixi birliyi və geniş əlaqələri olduğunu qeyd edən Köksal Toptan bu əlaqələrin inkişafında görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna xidmətlərini vurğulamış, ulu öndərin “Biz bir millət, iki dövlətik” kəlamını xatırlatmışdır. O, ölkələrimiz arasında təhsil sahəsində genişlənən əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırmışdır. Türkiyə Böyük Millət Məclisinin sədri yüksək ada – Qafqaz Universitetinin fəxri doktoru adına layiq görüldüyü üçün məmnun olduğunu qeyd etmiş, təşəkkürünü bildirmişdir.
Bu il Türkiyədə keçirilmiş VI Beynəlxalq Türkcə Olimpiadasının qalibi olan və medallara layiq görülən azərbaycanlı tələbə və şagirdlərə mükafatlar təqdim edilmiş, xatirə şəkilləri çəkdirilmişdir.
Nümayəndə heyəti universitetin tədris şəraiti ilə də tanış olmuşdur.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır