27 Eylül 2008 Cumartesi

Mehmet Ali Şahin: “Qafqaz Universiteti Azerbaycanın en yaxşı tehsil ocağıdır”


Azerbaycanda resmi seferde olan Türkiyenin edliyye naziri Mehmet Ali Şahin dünen Qafqaz Universitetinde müellim ve telebelerle görüşüb.

Türkiyenin edliyye nazirini ve onu müşayet eden nümayende heyetini Qafqaz Universitetinin rektoru Ehmed Saniç qarşılayaraq, rehberlik etdiyi tehsil ocağı barede qonağa etraflı melumat verib. Daha sonra universitetin konfrans zalında Mehmet Eli Şahin müellim ve Telebelerin qarşısında çıxış edib: “Bu Universitetin elde etdiyi neticelerle tanış olandan sonra bu qenaete geldim ki Azerbaycanın en yaxşı tehsil ocağı Qafqaz Universitetidir. Men bu universitetin fedakar müellimlerine teşekkür edirem”. M. A. Şahin, hemçinin bildirdi ki, Qafqaz Universitetinin mezunlarına neinki Azerbaycanın, eyni zamanda, Türkiyenin de ehtiyacı var. “Yaxın vaxtlarda Qafqaz Universitetinin diplomları ile Türkiye universitetlerinin diplomları arasında heç bir ferq olmayacaq. Bu universitetin mezunları rahatlıqla Türkiyede iş tapa bilecekler”,- deyen Türkiyenin edliyye naziri daha sonra telebelerin suallarını cavablandırdı. M. A. Şahin Türkiye Prezidenti Abdullah Gülün Ermenistan seferi barede danışaraq bildirdi ki, Türkiyenin atdığı bütün addımlar Azerbaycanın maraqları namine atılır.
Allahverdi Ceferov

26 Eylül 2008 Cuma

Türkiyenin Adliyye Naziri Mehmet Ali Şahin Qafqaz Universitetini ziyaret etti

26.09.2008-ci il tarihinde saat 17-00`da Türkiyenin Adliyye Naziri Mehmet Ali Şahin Qafqaz Universitetini ziyaret ederek Akt zalında müellim ve talebeler qarşısında öz teessüratlarını paylaşti.

23 Eylül 2008 Salı

Hayırhah insanlara alkış


Universitetimizin müellimi Ejder Ağayevin üreyinde cerrahiye emeliyyatı aparılıp

kaynak:"təhsil ve zaman" gazeti

22 Eylül 2008 Pazartesi

“Çağ”ın bu ilki mezunlarının 98 faizi ali mekteblere qebul olub

"Qebul imtahanlarının neticelerine esasen, mezunların 464 neferi, yeni sened verenlerin 98 faizi telebe adını qazanıb".
"Qebul imtahanlarının neticelerine esasen, mezunların 464 neferi, yeni sened verenlerin 98 faizi telebe adını qazanıb. Onlardan 268 neferi (63 faizi) respublikamızın ali mekteblerine, 175 neferi (37 faizi) ise xarici universitetlere qebul olunub".
“Öten illerde olduğu kimi, 2008-ci il de “Çağ” Öyretim Şirketi üçün uğurla başa çatıb. Bele ki, bu il Azerbaycan-Türkiye özel liseylerini 477 şagird bitirib ve onların hamısı respublikamızın ve xarici ölkelerin müxtelif universitetlerine sened verib”.
Bu barede qezetimize “Çağ” Öyretim Şirketinin Azerbaycan-Türkiye Özel liseyleri Baş İdaresinin reisi Adem Önal melumat verdi. Adem beyin sözlerine göre, qebul imtahanlarının neticelerine esasen, mezunların 464 neferi, yeni sened verenlerin 98 faizi telebe adını qazanıb.
Adem Önal elave etdi ki, onlardan 268 neferi (63 faizi) respublikamızın ali mekteblerine, 175 neferi (37 faizi) ise xarici universitetlere qebul olunub: “Respublikamızın ali mekteblerine qebul olan lisey mezunlarının 144 neferi 500-den, o cümleden 70 neferi 600-den yuxarı bal toplayıb. Mezunlarımızın çoxu Dövlet İqtisad Universitetine, Qafqaz Universitetine, Bakı Dövlet Universitetine ve Dövlet Neft Akademiyasına qebul olub. Quba Özel Türk liseyinin mezunu Anar Keremov ise 700 bal toplayaraq IV qrup üzre respublika birincisi olub”.Hemsöhbetim “Çağ”ın mezunlarından 7 neferinin bu il prezident teqaüdüne layiq görüldüyünü bildirdi.
Xarici universitetlere qebul olunanların sayına gelince, Adem Önal: “Mezunlarımızdan 8-i ABŞ, 1-i Almaniya, 1-i BEE (Dubay), 5-i İngiltere, 5-i Kanada, 6-sı Rusiya, 3-ü Sinqapur, 1-i Cenubi Koreya, 3-ü Ukrayna, 2-si Qazaxıstan, 2-si Hollandiya, 1-i Çin, 137-si ise Türkiyenin müxtelif ali mekteblerine qebul olublar”, - deye qeyd etdi. Müsahibimiz universitetlere qebul imtahanlarında yüksek bal toplayan telebelere verilen pul mükafatının mebleğini de açıqladı. Onun sözlerine göre, qebul imtahanlarında ölke birincisi olanlara 3000 manat pul mükafatı verilib: “Qatıldığı qrup üzre birinci olan abituriyente 2000, ikinci olan abituriyente 1200, üçüncü olan abituriyente ise 1000 manat pul mükafatı verilir. Bundan elave, imtahanlarda 600-649 arasında bal toplayan abituriyentler 300, 650-den çox bal toplayanlar ise 500 manat mükafat alır”.
Adem bey 2008-ci ilin beynelxalq fenn ve layihe olimpiadalarında qazanılan medalların sayına göre de “Çağ” üçün uğurlu olduğunu dedi: “Şagirdlerimiz beynelxalq fenn ve layihe olimpiadalarında bu il 56 medal qazanıblar. Dünya fenn olimpiadalarında birinci olan her bir şagirde 2000, ikinci olanlara 1500, üçüncü olanlara ise 1000 ABŞ dolları mebleğinde pul mükafatı verilib. Bundan elave, çoxlu sayda mükafatlarımız var”.
Müsahibim “Çağ” Öyretim Şirketinin uğurlarının davamlı olacağını, seviyyeli müellim heyeti ile bu nailiyyetlerin ehate dairesini daha da genişlendirmeye çalışacaqlarını dedi: “Çağ” Öyretim Şirketinin elde etdiyi istenilen uğur Azerbaycan tehsilinin uğurudur. Bu uğurun davamlı olması üçün, bize gösterilen etimadı doğrultmaq üçün her bir addımı atacağıq”.
Nicat İntiqam
http://www.zaman.az/

Qafqaz Universiteti dünya tecrübesini tetbiq eden ilk ali tehsil ocağıdır

Ali mekteblerin şeher daxilinde yerleşmesi tehsilin keyfiyyetine menfi tesir gösterir
Her bir ölkenin inkişafında tehsilin, xüsusen de ali tehsilin böyük ehemiyyeti vardır.
İnkişaf etmiş ölkelerin elde etdikleri uğurlar birbaşa tehsilin keyfiyyetinden ve tehsil müessiselerinin maddi-texniki bazasının seviyyesinden asılıdır. Tehsilin keyfiyyetine tesir eden başlıca amillerden biri ise, tehsil müessiselerinin yaşayış menteqelerinden kenarda yerleşmesidir. Ele inkişaf etmiş ölkelerin ali tehsil müessiseleri de ehalinin sıx olduğu böyük şeherlerden kenarda yerleşir. Ölkemizde ise bunun eksine olaraq, ekser ali mektebler paytaxtın merkezi rayonlarında, iş yerlerinin ve insanların sıx olduqları erazilerde fealiyyet gösterir. Bu ise tedrisin keyfiyyetine nece tesir edir? Sualın cavabına aydınlıq getirmek üçün bezi ali tehsil müessiselerinin mesul şexslerine müraciet etdik.
Neft Akademiyasının qarşısında her gün izdihamdır
Ölkenin aparıcı ali tehsil müessiselerinden olan ve minlerle telebenin tehsil aldığı Neft Akademiyasının tedris işleri üzre prorektoru Zaur Ehmedovla telefon vasitesile elaqe saxlamağa cehd etsek de, alınmadı. Tekidlerimizden sonra, nehayet, Zaur müellimle danışa bildik. Sualımıza Neft Akademiyasının tedris işleri üzre prorektorunun verdiyi cavab ise bele oldu: “Sizin sualınıza cavab vere bilmeyeceyem. Menim işim-gücüm var, men ne bilim etrafdakı ses-küyün, gürultunun tehsile hansı tesiri var”. Akademiyanın giriş qapısı ile Azadlıq prospekti arasında cemi 2 metr mesafe olduğunu nezere alsaq, minlerle telebenin binaya daxil olmaq ve çıxmaq üçün her gün qarşılaşdığı problemleri tesevvür etmek olar. Demek olar kı, bu tehsil ocağının qarşısında her gün böyük izdiham yaşanır. Anar adlı bir telebenin dedikleri ise problemin ne derece ciddi olduğunu gösterir: “Men evden buraya 10 deqiqeye gelirem, amma qapıdan içeri daxil olmağa düz 5 deqiqe vaxt lazımdır. Dersden sonra ise küçeye çıxmaq üçün 10 deqiqe vaxtımız gedir. Mesele 5-10 deqiqede deyil, sadece, bu izdiham adamın eseblerine tesir edir”.
BDU-nun telebesi: “Buranın universitet olduğunu ancaq sinif otaqlarında hiss edirik”
Ölkenin en qocaman ali tehsil ocaqlarından olan Bakı Dövlet Universitetinin tedris işleri üzre prorektoru Vüset Efendiyevle ise elaqe saxlamağımız qeyri-mümkün oldu. Özünü metbuat xidmetinin emekdaşı kimi teqdim eden ve adını demek istemeyen bir xanım bize bildirdi ki, universitet rehberliyi metbuata ancaq yazılı formada cavab verir. Cavid adlı bir telebe universitetin qarşısında duran bahalı maşınları bize göstererek bildirdi ki, bunların ekseriyyeti ne telebelerin, ne de müellimlerindir: “Demek olar kı burada kenar şexslerle telebelerin arasında her gün dava düşür. Keçen il bir telebe bu cür dalaşmaların birinde öldürülüb. Universitetin heyetinde çayxana açılıb, amma orada oturanların çoxu telebe deyil. Yoldan keçen her kes bu çayxanaya gelir. Eger universitetler şeherden kenarda olarsa, bu cür hallar baş vermez. Buranın universitet olduğunu ancaq sinif otaqlarında, ders zamanı hiss etmek olur”.
Qafqaz Universiteti dünya tecrübesini tetbiq eden ilk ali tehsil ocağıdır
Ali tehsil ocaqlarının şeherden kenarda yerleşmesi tecrübesi son illere qeder bizde mövcud olmayıb. Bu tecrübeni ölkemizde ilk defe tetbiq eden ali tehsil ocağı Qafqaz Universitetidir. Universitetin şeherin kenarında yerleşmesinin müsbet tereflerinden behs eden bu tehsil ocağının rektoru, professor Ehmed Saniç bildirdi ki, inkişaf etmiş ölkelerin tehsil müessiseleri yaşayış menteqelerinden kenarda telebe şehercikleri kimi fealiyyet gösterir: “Universitetlerin şeherden kenarda yerleşmesi imkan verir ki, daha geniş eraziye malik olasan. Bu zaman çoxmertebeli binalar tikmeye ehtiyac qalmır. Tecrübe gösterir ki, çoxmertebeli tedris binaları tehsil üçün münasib deyil. Bundan elave, telebelerin asude vaxtlarını semereli keçirmelerinde, ses-küyden uzaq olmalarında ve telebeler arasında daha semimi münasibetlerin yaranmasında şehercik faktoru böyük rol oynayır”.
Allahverdi Ceferov

www.zaman.az

“Azerbaycan ve Türkiyenin qarşılıqlı desteyi hemişe davam edecek”



“Tarix keçmişin aynasıdır. Biz bu aynada 1918-ci il hadiselerini, Azerbaycan-türk qardaşlarının kürek-küreye dayanıb bir mücadile apardığını, 1918-ci ilde bu torpaqları kimlerin işğal etmek istediyini görürük”.
Bu açıqlamanı Türkiyenin Azerbaycandakı sefiri Hulusi Kılıç dünen Milli Azerbaycan Tarixi Muzeyinde açılan “Qafqaz İslam Ordusu ve Bakının azad edilmesi” adlı sergi ile tanışlıqdan sonra deyib. Türkiyenin Azerbaycandakı sefiri Hulusi Kılıç serginin gözel hazırlandığını ve burada Azerbaycan-Türkiye qardaşlığının tarixinin eks olunduğunu bildirib. Daha sonra o deyib: “Türkiye-Azerbaycan qardaşlığına hele şübhe edenler varsa, buyurub, bu sergiye baxsınlar. Onlar görecekler ki, bizim qardaşlığımız Çanaqqala savaşında, Azerbaycan torpaqlarının qurtuluşundan sonra Türkiyedeki istiqlal savaşında qarşılıqlı şekilde davam edib. İndi de bele yardımlar Dağlıq Qarabağ ve diger meselerde davam etdirilir ve davam etdirilecek. “. Qeyd edek ki, sergide Qafqaz İslam Ordusunun tarixi, döyüşlerine dair melumatlar, esgerlerinin geyimleri, silahları nümayiş olunub. Muzeyin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Naile Velixanlı sergide 200-ye yaxın eksponatın nümayiş etdirildiyini deyib. Onun sözlerine göre, nümayiş etdirilen bütün eksponatlar Tarix Muzeyine mexsusdur. O hemçinin muzeyin sergi zalının ilk açılışının da bu güne tesadüf etdiyini vurğuladı. Qeyd edek ki, Qafqaz Universiteti, Qafqaz Araşdırmaları İnstitutunun muzeyle birge hazırladığı bu sergide yenice çapdan çıxmış Mehman Süleymanovun “Nuru Paşa”, Qaimmaqam Rüştü Türkerin “Qafqaz Türk İslam Ordusu Bakı yollarında” kitabları da iştirakçılara teqdim edilib.
Güler Tapdıq

20 Eylül 2008 Cumartesi

Azərbaycanın 1918-ci ildə Qafqaz islam Ordusu tərəfindən azad edilməsinin 90 illiyinə həsr edilər sərgi keçirilir

Türkiyənin Azərbaycandakı səfirliyi və Azərbaycan Milli Tarix Muzeyi bu gün Azərbaycanın 1918-ci ildə Qafqaz islam Ordusu tərəfindən azad edilməsinin 90 illiyinə həsr edilən sərgi təşkil edib. Səfir Hülusu Klıç sərgi ilə tanış olduqdan sonra çıxışında bildirib ki, Qafqaz İslam Ordusunun göstərdiyi şücaətləri əks etdirən tarix 90 il bundan əvvəl baş verənlərin yeni nəslə çatdırılmasında böyük rol oynayacaq. «Hər kəsin bu sərgiyə baxması vacibdir. Hər kəs yaxınlarını, qonum-qonşusunu bu eksponatları görmək üçün dəvət etməlidir. Nuru Paşanın və Türk ordusunun Azərbaycan xalqı uğrunda apardığı mübarizə bu sərgidə tamamiilə öz əksini tapıb. Bu sərgi gerçəkdən məni duyğulandırdı. Ümüdvaram ki, bu cür sərgilərin tez-tez düzənləməsi üçün hər kəs əlindən gələni əsirgəməyəcək». Daha sonra səfir Qafqaz İslam Ordusunun Azərbaycan naminə göstərdiyi xidmətləri unutmadığına görə Azərbaycan xalqına və Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
Muzeyin direktoru Nailə Vəlixanlı isə çıxışında bildirib ki, sərginin ərsəyə gəlməsində Azərbaycanda fəaliyyət göstərən Qafqaz Universitetinin və Qafqaz Araşdırmaları İnstitunun böyük xidmətləri olub. «Sərgidə Qafqaz İslam Ordusunun keçdiyi yolu əks etdirən 200-dək eksponat nümayiş etdirlir. Onların arasında Azərbaycan və Türk ordusunun əsgər və zabitinin ovaxtkı görünüşünü əks etdirən maketi, onların istifadə etdiyi silah-sursat nümunələri və şəxsi əşyaları var». Çıxışlardan sonra Mehman Süleymanovun müəllifi olduuğu «Nuru Paşa» və Qaimməqam Rüştü Türkərin 1934-cü ildə yazdığı və tərcümə olunaraq yenidən nəşr edilən «Qafqaz İslam Ordusu Bakı yollarında» kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə tanınmış tarixçi alimlərdən Nəsiman Yaqublu, Firdovsiyyə Əhmədova və digər şəxslər iştirak ediblər.
Gülnaz Qənbərli \ANSPRESS\

700 tam puan toplayan abituriyentlerden...

2008-2009-cu tedris ili üçün ölkenin ali mekteblerine keçirilen qebul imtahanlarında 6 nefer en yüksek netice göstererek, 700 bal toplayıb. Bu, indiye qeder elde edilen en yüksek neticedir.
İmtahanda rekord netice gösterib 700 bal toplayan abituriyentlerden biri Sumqayıt şeherinde fealiyyet gösteren Tebiet elmleri temayüllü gimnaziyanın mezunu Elvin Dadaşovdur. E.Dadaşov Prezident Yanında İdareetme Akademiyasının inzibati idareetme fakültesine daxil olub ve gösterdiyi yüksek neticeye göre prezident teqaüdüne layiq görülüb. Bununla yanaşı, hazırda yataqxanada meskunlaşan E.Dadaşovun ailesinin yaşayış şeraitinin yaxşılaşdırılması meqsedile onlara prezident İlham Eliyev terefinden Sumqayıt şeherinin merkezinde yeni inşa edilen yaşayış binasında ikiotaqlı menzil hediyye olunub. Teqaüdçünün atası Vaqif Dadaşov İctimai İaşe Xidmetinde çalışır, anası Nane Dadaşova ise evdar qadındır. E.Dadaşovun sözlerine göre, qebul imtahanlarında yüksek bal toplayıb arzuladığı ali mektebe daxil olacağına ve prezident teqaüdüne layiq görüleceyine inanırmış. Ancaq 700 bal toplayacağına yüz faiz emin olmayıb: "Bir il özümü, demek olar ki, bütünlükle oxumağa hesr etdim. Bu müddet erzinde oxumaqdan savayı heç bir işle meşğul olmadım, özümü her şeyden tecrid etdim. Gimnaziyaya gedib derslerde iştirak edir ve mektebden qayıdandan sonra yeniden hazırlaşırdım. Çox zehmet çekdim ve ne yaxşı ki, eziyyetim heder getmedi. İmtahanlarda yüksek netice göstereceyime emin idim. Ancaq 700 bal toplayacağıma o qeder de inanmırdım. Üstelik, gösterdiyim neticenin prezident terefinden evle mükafatlandırılması menim üçün gözlenilmez oldu". E.Dadaşov deyir ki, imtahanda yüksek neticeye nail olmaq üçün ilk növbede mekteb vaxtı derslere hazırlaşmaq ve öyrenilenleri mütemadi tekrar etmek lazımdır. Ders oxuyarken intensiv yol seçmek gerekdir. Yeni hedden artıq ve ya hedden az oxumağın semeresi ele de yüksek ola bilmez.
700 bal toplayan abituriyentlerden bir de Nurlan Ehmedovdur. Şirvan şeherinde anadan olan N.Ehmedov ele hemin şeherde de fealiyyet gösteren 18 saylı orta mektebi bitirib. Atası Cesaret Ehmedov sürücü, anası Afet Ehmedova ise müellimdir. N.Ehmedov Bakı Dövlet Universitetinin beynelxalq iqtisadi münasibetler fakültesine daxil olub. Prezident teqaüdçüsünün dediyine göre, orta mektebi elaçı şagird kimi bitirib. Bakı Dövlet Universitetine daxil olmaq üçün ise iki il ciddi hazırlaşıb: "İmtahanlarda uğur qazanmaq üçün ciddi ve ezmle çalışırdım. Repetitor kömeyinden istifade etmeyim işimi bir qeder asanlaşdırdı. Çünki imtahanlara repetitor kömeyi ile hazırlaşmaq ele de çetin olmur. Ancaq bu, o demek deyil ki, repetitor yanına getmeden ali mektebe daxil olmaq ve ya yüksek bal toplamaq qeyri-mümkündür". N.Ehmedov qeyd edib ki, qebul imtahanlarına 10 ve 11-ci siniflerden yox, aşağı siniflerden başlayaraq hazırlaşmaq lazımdır. 10-11-ci siniflerde ise bu hazırlıq daha intensiv hal almalıdır. Ümumiyyetle, ali mektebe hazırlaşan abituriyentlerin 11-ci sinifde dersden başqa bir işle meşğul olmaları doğru deyil. Çünki başqa meşğuliyyetler fikrin cemleşdirilmesine mane olur.
Repetitor yanına getmeden ferdi qaydada hazırlaşan, 700 bal toplayaraq Bakı Dövlet Universitetinin beynelxalq münasibetler fakültesine daxil olan Emil Eliyev ise Naxçıvan Türk Liseyini bitirib. Atası Memmedhüseyn Eliyev beden terbiyesi müellimi, anası Rena Eliyeva hekimdir: "Ali mektebe adi qaydada hazırlaşmışam. Hazırlıq prosesinde qeyri-adi bir üsuldan istifade etmemişem. Ancaq derslerime ve imtahana hazırlığa kifayet qeder ciddi yanaşırdım. Demek olar ki, boş vaxtım olmayıb. Bütün diqqetimi hazırlıq prosesine yöneltmişdim".
700 bal toplayaraq Qafqaz Universitetinin kompyuter mühendisliyi fakültesine daxil olan Rüfet Babayev Nizami rayonunda yerleşen 70 nömreli pilot mekteb-liseyi bitirib. Atası Yaşar Babayev Deniz Gemiçiliyi Reqistrinde mühendis-inspektor vezifesinde çalışır. Anası Yaqut Babayeva ise evdar qadındır. Liseyi yüksek qiymetlerle bitirdiyini deyen R.Babayevin sözlerine esasen, hazırlıq ve bilik seviyyesine güvendiyi üçün imtahanlarda yüksek netice göstereceyine emin olub: "İki il hazırlıq kursuna getmişem. Bundan evvel xüsusi olaraq ali mektebe hazırlaşmamışam. Ümumiyyetle, liseyde tehsil alarken bütün fenlere eyni cür yanaşırdım. Ele bir ders olmayıb ki, men ona hazırlıqsız gedim".
700 bal toplayan abituriyentlerden biri de Reşad Mirzeyevdir. Nerimanov rayonundakı 39 saylı orta mektebin mezunu olan R.Mirzeyev Prezident Yanında İdareetme Akademiyasının beynelxalq münasibetler fakültesine daxil olub. Atası Refael Mirzeyev hüquq mühafize sisteminde çalışır, anası Terane xanım ise elmi tedqiqatla meşğuldur. Prezident teqaüdçüsü deyir ki, abituriyentlerin qebul imtahanlarına semereli hazırlaşması üçün indi her cür şerait var. 5-11-ci sinifler üçün elmi-metodiki materiallar - test tapşırıqları, müxtelif fenler üzre ekspert şerhleri, elmi-statistik tehliller, sınaq imtahanları, elektron vesaitler mövcuddur. Bütün bunlar şagirdlerin biliklere daha derinden yiyelenmesine kömek edir. İmtahana hazırlaşan her bir abituriyent bu şeraitden maksimum istifade etmelidir: "Düzgün vaxt bölgüsü, mesuliyyet, möhkem irade, ciddi hazırlıq uğura teminat verir. Sadalanlara emel eden her bir abituriyent qebul imtahanlarında yüksek netice göstere ve hetta 700 bal da toplaya biler". R.Mirzeyev bildirib ki, abituriyent qebul imtahanına hem intellektual, hem de psixoloji cehetden hazır olmalıdır. Bezi abituriyentler imtahan zamanı heyecandan bildikleri suallara bele cavab yaza bilmediklerini deyirler. Onlar psixoloji cehetden imtahana hazır olmayan abituriyentlerdir: "İmtahan erefesinde mende de bir az heyecan vardı. Amma qebul imtahanlarına yüksek seviyyede hazırlaşdığımı bildiyim üçün heyecanı özümden uzaqlaşdıra bildim".
700 bal qazananlardan Anar Keremov Tibb Universitetinin müalice işi fakültesinde tehsil alır. O, Qubadakı Özel Türk Liseyini bitirib. Xaçmaz rayonunda anadan olan prezident teqaüdçüsünün atası Ebülfez Keremov ali tehsil almayıb, anası Gülşen Keremova evdar qadındır. Elm ve tehsile hele uşaq yaşlarından böyük maraq gösterdiyini deyen A.Keremovun söylediyine göre, bilik ve intellektual seviyyesine göre liseyde ferqlenen şagirdlerden olub. Liseyi ela neticelerle bitirib. Bütün fenleri liseyde derinden öyrendiyi üçün repetitor yanına getmeyib: "Qarşıya konkret meqsed qoyub proqramlı şekilde çalışanda, Telebe Qebulu üzre Dövlet Komissiyasının neşr etdiyi elave materiallardan, test tapşırıqlarından bacarıqla istifade edende qebul imtahanlarına hazırlaşmaq nisbeten asan olur. Men Tibb Universitetine daxil olmağı qarşıma meqsed qoyub gece-gündüz hazırlaşdım. Deyirler, zehmet çeken behresin görer. Bele de oldu. Universitete, özü de arzuladığım müalice işi fakültesine daxil oldum".
Sevinc QARAYEV
www.525.az

16 Eylül 2008 Salı

BU İL QAFQAZ UNİVERSİTETİNE QEBUL OLUNAN GENCLERDEN 118 NEFERİ QEBUL İMTAHANLARINDA 600-DEN ÇOX BAL TOPLAMIŞDIR

Bu il qafqaz universitetine qebul olunan genclerden 118 neferi qebul imtahanlarinda 600-den çox bal toplamişdir

AzerTAc xeber verir ki, sentyabrın 15-de Qafqaz Universitetinde 2008-2009-cu tedris ilinin başlanması ve Bilik günü ile bağlı tenteneli tedbir keçirilmişdir. Universitetin rektoru, professor Ehmed Saniç Azerbaycan ile Türkiyenin mehriban qardaşlıq münasibetlerinin ehemiyyetini vurğulamışdır. Rehberlik etdiyi ali mektebde tehsilin inkişafı üçün heyata keçirilen tedbirlerin uğurlu neticelerini qeyd eden rektor bu il universitete qebul olunan genclerden 118 neferinin ali tehsil müessiselerine qebul imtahanlarında 600-den çox bal topladığını, onlardan 9-nun Prezident teqaüdüne layiq görüldüyünü bildirmişdir. Çıxış eden diger natiqler de müellim ve telebelere tehsilde uğurlar arzulamışlar. Yüksek ballarla universitete qebul olunmuş genclere qiymetli hediyyeler verilmiş, telebelerin ifasında maraqlı konsert proqramı nümayiş etdirilmişdir.

Qafqaz Universitetində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib

Dünən Qafqaz Universitetində yeni tədris ilinin başlanması ilə əlaqədar tədbir təşkil edilib. Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic deyib ki, 1993-cü ildən fəaliyyətə başlayan universitet 1998-ci ildə ilk məzuniyyətini, 2008-ci ildə isə 10-cu məzuniyyətini keçirib. Onun sözlərinə görə, bugünədək ali təhsil müəssisəsindən 1500-ə yaxın tələbə məzun olub: "Məzunların saylarının bu həddə çatmasına baxmayaraq, tədris müddəti ərzində tələbələrinə hər cəhətdən yüksək qayğı göstərən universitet məzun olduqdan sonra da onlara diqqət və qayğısını əsirgəmir. Məzun verməyə başladığı müddətdən etibarən universitetin nəzdində Daimi İnkişaf və Karyera Mərkəzi fəaliyyətə başlayıb. Bu mərkəz məzunların karyera qurmaqda yaşadıqları problemləri, sıxıntıları həll etməkdə onlara köməklik göstərir". A.Sanic qeyd edib ki, bu il keçirilən qəbul imtahanlarında universitetə 600-dən yuxarı bal toplayan 118 tələbə qəbul olub. Bu da Qafqaz Universitetinin bir ali təhsil müəssisəsi kimi reytinqinin yüksək olmasından xəbər verir. Ümumilikdə isə universitetdə 2500 tələbə təhsil alır: "Qafqaz Universiteti tələbələrə təhsil verməklə yanaşı onların asudə vaxtlarını səmərəli keçirməsi üçün dərnəklər yaradıb. Hazırda universitetdə 24 tələbə dərnəyi fəaliyyət göstərir ki, tələbələrin 65 faizi bu dərnəklərin üzvüdür". A.Sanic bildirib ki, hazırda Amerika və Avropanın bir sıra nüfuzlu ali təhsil müəssisələri Qafqaz Universitetindəki tədris sistemini, tədrisin müasir standartlara uyğun yüksək ixtisaslı mütəxəssislər tərəfindən aparıldığını nəzərə alaraq universitetlə partnyorluq əlaqələri qurmağı təklif edir: "Biz hazırda bu təklif üzərində düşünürük. Sözügedən ölkələrin universitetləri bizə 50 faiz güzəştlə tələbələrimizin bu ali təhsil müəssisələrində təhsillərini davam etdirmələrini təklif edir. Sonda isə tələbələrə həm Qafqaz Universitetinin, həm də təhsil aldığı digər xarici universitetin diplomu veriləcək. Xarici ölkələrin nüfuzlu universitetləri ilə əməkdaşlıq əlaqələri qurub tələbə mübadiləsi aparmaq tələbələrimizin seçdiyi ixtisas üzrə sözün əsl mənasında bir mütəxəssis kimi yetişməsinə şərait yaradacaq". Tədbirin sonunda qəbul imtahanında yüksək balla Qafqaz Universitetinə qəbul olan tələbələrə kompyuter və digər qiymətli hədiyyələr təqdim edilib.
S.QARAYEVA

En yahsi ozel universitet


15 Eylül 2008 Pazartesi

Qafqaz Üniversiteti yeni tedris ilinde

Respublikamızın bir sıra tedris müessiselerinde olduğu kimi, Qafqaz Universitetinde de 15 Sentyabr Bilik Günü ve yeni ders ilinin başlanması münasibetile tenteneli merasim keçirildi. Merasimi giriş sözü ile açan universitetin rektoru, tibb elmleri doktoru, professor Ehmet Saniç tehsil ocağının telebe-müellim kollektivini salamlayaraq, qeyd etdi ki, türk dünyasının böyük oğlu, Azerbaycanın ümummilli lideri Heyder Eliyevin siyasi kursunun uğurla davam etdirilmesi neticesinde ölke süretle yükselir, E. Saniç onu da qeyd etdi ki, Prezidentimiz İlham Eliyev cenabları Türkiyeden gelen dövlet adamlarına Qafqaz Üniversitetinin uğurlarından behs etmekdedir. Azerbaycan xalqı da en qiymetli övladlarını Qafqaz Üniversitetine göndermek üçün bir-birileri ile yarışmaqdadır. Bu bize böyük bir mesuliyyet vermekdedir. Bizden evvelkiler etimada sedaqetle Qafqaz Bayrağını ireliye aparmaq üçün cox işlediler, qeyret gösterdiler; bizler de daha irelilere, hetta dünyanın qabaqcıl universitetlerini de keçecek şekilde irelilere aparmağı qarşımıza meqsed qoymuşuq. Müsteqil Azerbaycanın yükselişi ile birlikde, burada da tehsilin dünya standartları seviyyesine çatdırılması mühüm ehemiyyete malikdir. Bu çerçivede ümummilli lider Heyder Eliyevin xeyir-duası ile 1993-cü ilden fealiyyete başlayan Qafqaz Universiteti yüksek hazırlığa malik vetenperver kadrların hazırlanması istiqametinde fealiyyetini uğurla davam etdirir. Burada tehsil dünya standartları seviyyesinde aparılır, bezi fakültelerde ise tedris ingilis dilindedir.

Çıxışının sonunda rektor universitetin telebe-müellim kollektivini yeni ders ilinin başlanması münasibeti ile bir daha tebrik etdi, onlara uğurlar diledi.

Qafqaz Universitetin prorektoru Profesor Niftalı Qocayev çıxışında Qafqaz Universitetinin tehsil sahesinde böyük uğurlar qazandığını qeyd etdi. Dedi ki, bu ali tehsil müessisesinde oxumaq isteyen genclerin sayı ilbeil artır. Bu il universitete 400 telebe qebul olunub ki, bunların da 118 neferi qebul imtahanlarında 600-den çox bal toplayıb. Çıxışının sonunda Niftalı Qocayev tehsil müessisesine yeni-yeni uğurlar diledi ve növbeti tedris ili münasibeti ile tedbir iştirakçılarını tebrik etdi. Daha sonra üç en yüksek bal toplamış telebeye dizüstü kompüter hediyye olundu.

Açılış tedbiri bedii hissede Qafqaz Universiteti folklor kollektivinin maraqlı çıxışları ile sona çatdı.

Recep Rza

14 Eylül 2008 Pazar

“Qafqaz”da təhsilin səviyyəsi digərlərindən fərqlənir.

"Ən yüksək vəzifə könüllərdə qurulan taxtdır, bundan daha yüksək məqam yoxdur"

Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç bir neçə gün əvvəl qəzetimizin “Redaksiya qonağı” rubrikasının qonağı oldu.

Onunla çox mövzulardan danışdıq. Suallarımızı bəzən səfir kimi cavablandırdı, bəzən sadə Türkiyə vətəndaşı kimi, bəzən də sadəcə olaraq dost kimi. Azərbaycanı çox sevdiyini deyir, burada işləməyi Vaşinqtonda, Parisdə, Londonda işləməkdən üstün tutur. “Bir millət, iki dövlət” prinsipinə ən səmimi duyğuları ilə inandığını və hər kəsin də bu prinsipə inanmalı olduğunu söyləyir.

- Cənab səfir, artıq 6 aydan çoxdur ki, Azərbaycandasınız. Təəssüratlarınız necədir?
- Son gəlişimdən əvvəl Azərbaycanda dörd dəfə olmuşam. Ancaq bu səfərlərim qısamüddətli olduğu üçün Azərbaycanı, onun bölgələrini və insanlarını yaxından tanıya bilməmişdim. Artıq 6 aydan çoxdur ki, buradayam. Gözlədiyimdən daha yaxşı Azərbaycanla qarşılaşmışam. İnsanlar çox istiqanlıdır. Ölkə də çox inkişaf edib. Geniş yollar salınıb, hündür və müasir binalar tikilib.

- Azərbaycanda sizi təəccübləndirən nəsə oldumu?
- Əvvəllər dil problemi ilə qarşılaşacağımı zənn edirdim. Ancaq bu, belə olmadı. İstər rəsmi yerlərdə, istərsə də sadə vətəndaşlarla ünsiyyətdə hər hansı problem yaşamadım. Rahat ünsiyyət qurmağımda mənim Anadoluda doğulmağım da böyük rol oynayır. Çoxlu ortaq sözlərimizin olduğunu gördüm. “Əlimi yudum”, “sən get, mən sənə çataram”, “dərədə çimdim” kimi ifadələri mən kəndimizdə istifadə edirdim. Bunlar mənim üçün xoş sürprizlər oldu.
Bir də Azərbaycanı mən özüm seçdim. Vaşinqton, Paris, London desəydilər, yenə Bakı deyərdim. Azərbaycanda səfir olmaq mənim üçün bir röya idi, o da gerçəkləşdi. 10 il əvvəl bu ancaq ağlıma gəlirdi.

- Bəs 6 aylıq diplomatik fəaliyyətinizi necə dəyərləndirirsiniz?
- Çox ağır iş rejimində işləyirik. Azərbaycandakı heç bir səfirliyin bizim qədər işlədiyini zənn etmirəm. Bunu da təbii qarşılayıram. Ölkələrimiz arasındakı münasibətlər çox yüksək səviyyədə olduğu üçün qarşılıqlı səfərlərin çox olması da normaldır. Yaxın münasibətlərdən doğan qarşılıqlı səfərlər də səfirliyin iş rejiminə təsir edir. Sadəcə, son bir neçə ayda prezident və baş nazir səviyyəsində bir neçə qarşılıqlı səfər reallaşdı. Dövlət və hökumət başçılarından başqa, ayrı-ayrı qurumları təmsil edən heyətlərin də səfərləri olur.

- Ramazan ayındayıq. Bu ayı necə dəyərləndirirsiniz?
- Ötən şənbə ilk iftar dəvətimizi verdik. Şeyxülislam Hacı Allahşükür Paşazadə qonağımız idi. Önümüzdəki günlərdə isə millət vəkilləri, jurnalistlər və digərləri üçün iftar süfrəsi açacağıq. Vaxt imkan verdikcə iftar dəvətlərimizi çoxaldacağıq.

- Uzun illər dövlət işlərində müxtəlif vəzifələrdə çalışmısınız. Rəsmi terminologiyada “dövlət tərbiyəsi” anlayışı var. Bu nə deməkdir?
- Dövlət tərbiyəsi, təbii ki, insanlarla bağlı anlayışdır. Dövlət tərbiyəsi vəzifəsindən asılı olmayaraq, dövləti ən yaxşı şəkildə təmsil etmək, dövlətin sirlərini qorumaq, insanlarla insan kimi davranmaq, nizam-intizamlı olmaqdır. Qısası, dövləti ən gözəl şəkildə təmsil etməkdir.

- Ailə tərbiyəsi ilə dövlət tərbiyəsinin üst-üstə düşmədiyi anlar olurmu?
- Hər iki tərbiyə bir-birini tamamlamalıdır. Bunları bir-birindən ayırmaq olmaz. Yaxşı ailə tərbiyəsi alan insan dövlət tərbiyəsinə də tez uyğunlaşır.

- Azərbaycandakı fəaliyyətinizdə prioritet hesab etdiyiniz sahə varmı?
- Azərbaycan-Türkiyə münasibətlərində bütün sahələr prioritetdir: iqtisadiyyat, təhsil, sosial sahələr. Ancaq mənim üçün qardaşlıq ən prioritet sahədir. Hələ də qardaşlığımızı bilməyən xeyli insan var. Mərhum Prezident Heydər Əliyev “Bir millət, iki dövlət”, Prezident İlham Əliyev isə “Bir millətin iki diasporu olmaz” dediyi halda, hələ də bəzi insanlar bu prinsiplərdən kənarda hərəkət etməyə çalışırlar. Dünyanın ikinci belə cütlüyü yoxdur ki, bizim kimi yaxın münasibətlərə malik olsun.

- Bu prinsiplərin anlaşılmaması üçün hər hansı səbəb varmı?
- Təbii ki, yoxdur.

- Azərbaycan iqtisadiyyatı ilə hər halda yaxından maraqlanırsınız. Sizcə, çatışmazlıqlar nələrdir?
- Burada sərgi sektoru az inkişaf edib. Türkiyədə bu işlə məşğul olan tanınmış bir firmanın təmsilçisini Azərbaycana dəvət etmişdik. O, İqtisadi İnkişaf Nazirliyində görüşlər keçirdi. Qarşıdakı illərdə burada sərgilər təşkil edəcək. Bu sərgilərdə, xüsusilə, Türkiyədə istehsal olunan mallar nümayiş etdiriləcək. İstehsalçı firmaların Azərbaycanda fəaliyyət göstərmələri üçün çalışmalarımız da olacaq.
Burada çatışmayan cəhətlərdən biri də turizm sektoru ilə bağlıdır. Bu sahənin inkişafı üçün böyük potensial olsa da, buna kifayət qədər nail olunmayıb.
Aqrar sektorun da inkişafına ehtiyac var. Azərbaycanda əkinə yararlı sahələr çox olsa da, bu sektora maraq azdır. Bu sektor inkişaf etdirilsə, bazarlarda qiymətlər xeyli aşağı düşər. Türk iş adamlarını aqrar sektora da istiqamətləndirəcəyik.

- Azərbaycanın hansı bölgələrində olmusunuz?
- Qubada, Gəncədə, Naxçıvanda və Bakıətrafı kəndlərdə olmuşam. Azərbaycanın çox gözəl və zəngin təbiəti var. Buralar cənnət kimidir.

- Tanımadığınız bir qapını döyərək, “Allah qonağıyam” deyib içəri girmisinizmi? Sadə vətəndaşların suyunu, çayını içmisinizmi?
- Olmadı, təəssüf ki. Ancaq Nuru Paşanın qonağı olduğu ailədə olmuşam.

- Demək ki, hələ Azərbaycanı tam tanımamısınız.
- İnşallah, onu da edərik. Sizinlə birlikdə gedərik (əməkdaşımız Əli Çərkəzoğlunu dəvət etdi). Özü də sizin avtomobilinizlə.

- Cənab səfir, indiyə qədərki səfirlərin böyük əksəriyyəti yüksək vəzifələrə təyin olundular. Siz necə, yüksək vəzifə gözləyirsinizmi?
- Ən yüksək vəzifə könüllərdə qurulan taxtdır. Bundan daha yüksək məqam yoxdur. Məndən əvvəlki səfirlərin yüksək vəzifələrə təyin olunmalarını isə əməyin qiymətləndirilməsi kimi başa düşürəm.

- Xobbiniz varmı?
- Fotoqrafçılığı sevirəm, ancaq bu işlə çox məşğul ola bilmirəm. Qəzet, jurnal oxuyuram. Vaxt çatışmazlığından çoxsəhifəli kitabları oxuya bilmirəm. Hazırda Nuru Paşa ilə bağlı məlumatları mütaliə edirəm.

- Yeri gəlmişkən, Nuru Paşa ilə bağlı tədbirlər planı hazırlanırdı. Bununla bağlı vəziyyət nə yerdədir?
- Məncə, məndən əvvəlki səfir Hüseyn Avni Karslıoğlunun da dediyi kimi, Nuri Paşanın heykəlinin Azərbaycanın bütün rayonlarında ucaltmaq lazımdır.

- Nuru Paşa ilə bağlı hansısa iş görülürmü?
- Biz hər zaman hazırıq. Nə zaman istəsələr, biz bu işi görməyə hazırıq.

- Sentyabr ayının 15-də geniş bir tədbirin keçirilməsi planlaşdırılırdı.
- Önümüzdəki illərdə bu, baş verəcək, inşallah. Bu, bizdən asılı deyil.

- Media ilə münasibətiniz necədir?
- Mən də mediaya önəm verirəm. Mənim üçün media sağlam keçilməli olan körpüdür. Bu körpü olmadan məsafə qət etmək mümkün deyil. Bununla belə, mediada görünmək üçün mediaya çıxmaq da istəmirəm. Düşünürəm ki, media məsuliyyətli olmalı və insanlara doğru-dürüst xəbər çatdırmalıdır. Azərbaycanda xoşuma gəlməyən hal isə jurnalistlərin rəsmi qəbullarda mikrofon uzatmalarıdır. Bu, rəsmi qəbulların proqramını pozur. Onsuz da müsahibə üçün mənə müraciət edən jurnalistləri səfirlikdə qəbul edirəm.

- Türkdilli ölkələrin zirvə toplantısı keçirilməli idi. Ancaq təxirə salındı.
- Bu, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin proqramında baş verən dəyişikliklə bağlı təxirə salındı. Yəni tamamilə texniki məsələdir. Ola bilsin ki, toplantı noyabr ayının sonunda Bakıda baş tutsun.

- Türkdilli ölkələrin bir araya gəlməsi ilə bağlı çox fikirlər söylənilir. Sizin şəxsi qənaətiniz nədir?
- Bu, hamımızın istədiyi məsələdir. Ancaq bəzi ölkələrdə müəyyən problemlər var. Həmin problemlər həll olunduqdan sonra bu, baş tutacaq. Fransızca, ingiliscə, portuqalca danışan ölkələrin zirvəsi varkən, türkdilli ölkələrin zirvəsi niyə olmasın ki? Qarşıdakı illərdə bu olacaq.

- Bəlkə bu, türkcə danışsaq da, türkcə düşünə bilməməyimizdən qaynaqlanır?
- Xeyr. Onda problem yoxdur. Sadəcə olaraq, liderlər bununla bağlı qərar verməlidirlər.

- Özbəkistan həmişəki destruktiv mövqeyində qalmaqdadır?
- Bəli.

- Prezident Abdullah Gülün belə bir sözü vardı: “Çindən Adriatikə qədər böyük Türküstan qurmaq kimi sözdən ibarət arzulardan əl çəkək. Ortada BTC, BTƏ, BTAQ kimi işlər görülürsə, sözdən işə keçmiş olarıq”. Sizcə də, sözdən işə keçmək lazım deyil?
- Tamamilə razıyam. Bu istiqamətdə müəyyən işlər görülsə də, yavaş gedir. İş planla görülmür. Nizam-intizam, konkret və aktiv fəaliyyət planı olmasa, ciddi iş görmək olmaz. Görmək istədiyin işi gündəminə salmalısan.
Türkdilli ölkələrin Parlament Assambleyası ideyası var. Bununla bağlı artıq üçüncü toplantı keçiriləcək. Digər ideya Daimi Katibliyin qurulması ilə bağlıdır və bu istiqamətdə müəyyən işlər görülür. Bununla bağlı müqavilə Qırğızıstanda keçiriləcək toplantıda imzalanacaq. Bu katiblik qurulduqdan sonra daha konkret işlər görmək mümkün olacaq.

- Cənab səfir, bir qədər də ailəniz barədə məlumat verməyinizi xahiş edirik.
- İki övladım var: oğlum və qızım. Oğlum diplomatdır. Hazırda Brüsseldədir. Peşə seçimində ona müəyyən tövsiyələrim olub, onu bu peşəyə mən təşviq etmişəm. Qızım isə öz peşəsini özü seçib. Onun ixtisası qrafik-layihələndirmədir.

- Ailədə kimin sözü keçir?
- Qərarlarımızı xanımımla ortaq qəbul edirik.

- Yumruğunuzu masaya vurduğunuz anlar olurmu?
- Olur bəzən (gülür). Bu hər yerdə olur. Xanımım da bu müsahibəni oxuyacağı üçün bu mövzunu burada kəsək (gülür).

- Hansı yeməyi xoşlayırsınız?
- Təzə lobya.

- Bəs Azərbaycan mətbəxindən?
- Azərbaycanın plovu çox gözəldir. Bir də burada tərəvəzlər çox təbiidir. Mürəbbələri də çox xoşlayıram.

- İşiniz çox olur hər halda. Ailənizə kifayət qədər vaxt ayıra bilirsinizmi?
- Kifayət qədər vaxt ayırdığımı iddia edə bilmərəm.

- Sizə elə gəlmirmi ki, ailələrdə müəyyən deformasiyalar baş verir?
- Bu, qloballaşmanın mənfi təsiridir. Başqa ölkələrdə təhsil alan gənclər xarici təsirlərə məruz qalırlar. Ancaq kənd yerlərində adət-ənənələrə hələ də riayət olunmaqdadır. Hətta Türkiyədə bəzi kəndlərdə gəlin iki il böyüklərinin yanında yaşmaqla gəzir, danışmır. Şəhərləşmə genişləndikcə belə dəyərlər itir. Media vasitəsilə qeyri-əxlaqi münasibətlərin təbliğ olunması da buna təsir edir. Bunun da sonradan çox böyük fəsadları ortaya çıxır.

- Təbii ki, müəyyən dəyişikliklər baş verir. Ancaq dəyişməməli dəyərlər nələrdir, sizcə?
- Sayğı, sevgi və hörmət. Bu dəyərlər itmədiyi müddətcə ailənin dağılmasından söhbət belə gedə bilməz.

- Uşaqlığınız barədə məlumat verməyinizi xahiş edirik.
- 1956-cı ildə Tokat rayonunun Rəşadiyyə qəsəbəsinin Köklü kəndində anadan olmuşam. Kəndimizdə məktəb belə yox idi. Yaxınlıqdakı qəsəbəyə məktəbə getdim. Çalışqan şagird idim. İndi də onun bəhrəsini görürəm. Orta məktəbi fərqlənmə qiymətləri ilə başa vurmuşam. Liseyi birinciliklə qurtarmışam. İki universitet bitirmişəm.

- Heç dərsdən qaçmısınızmı?
- Xeyr. Çalışqan olduğum üçün dərsdən qaçmağa ehtiyac olmurdu. Heç kimin bilmədiyini mən bilirdim. Hətta elə olurdu ki, bütün sinifə kömək edirdim.

- Diplomat peşəsini seçməyinizin özəl bir səbəbi varmı?
- Uşaqlıqda ziraət mühəndisi olmaq istəyirdim. Mühəndis olub aqrar problemləri həll etmək istəyirdim. Bir vaxtlar isə meşə mühəndisi olmaq belə könlümdən keçib. Hər halda kənd yerində yaşadığım üçün belə ixtisaslara meyil edirdim. Ancaq sonradan nədənsə fikrimi dəyişdim və diplomat oldum.

- Azərbaycanda həm Türkiyə dövlətinə məxsus, həm də iş adamlarının təşəbbüsləri ilə açılan özəl türk liseyləri fəaliyyət göstərir. Bu liseylər barədə fikirlərinizi bilmək istəyirik.
- Bunlar Azərbaycan üçün bir zənginlikdir. Onlar özləri ilə illərin təcrübəsini gətiriblər. Məsələn, Qafqaz Universiteti ilə digər ali məktəbləri müqayisə edin. Təəssüf ki, başqa universitetlər haqqında xoşagəlməz şeylər eşidirik. “Qafqaz”da təhsilin səviyyəsi digərlərindən fərqlənir. Bu, təcrübədən irəli gəlir. Təsadüfi deyil ki, bu gün hər kəs övladını türk liseylərində oxutmaq istəyir.

- Uşaqların vətənpərvər ruhda böyüdülməsində məktəblərin rolu nədir?
- Bu, çox gərəklidir. Himni hamı bilməlidir. Ölkə, vətən sevgisi uşaqlara aşılanmalıdır. Yalnız bu halda “Torpaq, əgər uğrunda ölən varsa, vətəndir” prinsipinə riayət ediləcək. Vətən üçün lazım gəlsə, ölmək gərəkir. Türkiyədə əsgərliyə zurna-balabanla yola salınır. Dünyanın heç bir ölkəsində belə bir şey yoxdur. Hər gün şəhid veririk. Ancaq analar bundan şikayətçi deyil. Azərbaycanda da bu sahədə böyük işlər görülür.

- İdmanla məşğul olursunuz?
- Gəncliyimdə futbol, tennis oynayırdım, çayda üzürdüm. Ancaq ən yaxşı idmanın yürümək olduğuna inanıram. Müntəzəm olaraq gündə 1-1,5 saat gəzirəm. “Fənərbağça” komandasının fanatıyam. Belə bir söz var: Hamı “Fənərbağça”lı olaraq dünyaya gəlir, sonradan kənar təsirlərlə komandasını dəyişir (gülür).

- Futbol sahəsində Azərbaycan ilə Türkiyə arasında əlaqələr kifayət qədər inkişaf etməyib. Bu sahədə ölkələr arasında səfirlik vasitəsilə körpü qurmaq mümkündürmü?
- Türkiyədə idmana dövlət qarışmır. Komandalar müstəqil fəaliyyətlə məşğuldur. Ona görə də Türkiyə komandalarında oynamaq istəyənlər fərdi olaraq futbol klublarına müraciət edə bilərlər.

Natiq Pənahlı
www.zaman.az

4 Eylül 2008 Perşembe

“Qafqaz Universitetinə bu il qəbul olunanların 1/3-i imtahanlar zamanı 600-dən yuxarı bal toplayanlardır”


1993-cü ilde Azerbaycanda fealiyyete başlayan ve xalqlarımız arasında tehsil sahesinde qardaşlıq, dostluq ve elm mebedine çevrilen Qafqaz Universiteti qısa müddetde tekce Azerbaycanda deyil, hem de bütün dünyada tanına bilib. Bes Qafqaz Universitetinin qazandığı bu uğurlara sebeb nedir? Bizi maraqlandıran bu ve diger suallara cavab almaq üçün Qafqaz Universitetinin rektoru Ehmed Saniçe müraciet etdik.

- Ehmed bey, Qafqaz Universitetinin Azerbaycanda fealiyyete başlaması olduqca çetin ve ziddiyyetli bir dövrde baş verdi. O vaxt Azerbaycanda müharibe gedirdi ve bele bir veziyyetde Qafqaz Universitetinin fealiyyete başlaması hansı maraqlardan doğdu?

- Bilirsiniz, bizler Azerbaycanın müsteqilliyini elde etmesini 70 il gözlemişik ve bu müddetde bu ölkeye qarşı üreyimizde böyük sevgi, hesret olub. SSRİ dağılandan sonra 70 illik hesretimize son qoyuldu. Amma o dövr olduqca mürekkeb bir dövr idi ve Azerbaycan Ermenistanın tecavüzüne meruz qalmışdı. Bele bir veziyyetde biz Azerbaycana yardım etmek qerarına geldik. Bizim yardımımız tehsil sahesinde oldu. Çünki her bir milletin geleceyi onun tehsilinin, elminin inkişaf etmesinden asılıdır. Bu qaye ile de bize doğma olan bir yurda geldik. Geldik ve peşman olmadıq, geleceye uzanan en müqeddes bir elm körpüsünün, xalqlarımızın geleceyinin esasını qoyduq. Qafqaz Universitetinin meqsedi Azerbaycanın elmi-medeni inkişafına öz töhfesini vermekdir ve düşünürem ki, buna da nail olub. Fürsetden istifade ederek, o ağır günlerde bizim teşebbüsümüzü alqışlayan ve bu işde yardım elini uzadan bütün insanlara, dövlet resmilerine teşekkürlerimizi çatdırıram.

- Bes bu gün Qafqaz Universitetinin Azerbaycanın ali mektebleri arasında tutduğu mövqeni nece deyerlendirerdiniz?

- Qafqaz Universitetinde tehsil dünyanın tanınmış ali mekteblerinin proqramlarına uyğun şekilde qurulub, hetta bezi göstericilerine göre tanınmış universitetlerin bezilerini bele üsteleyir. Tesadüfi deyil ki, tehsil sahesinde elde etdiyimiz uğurlara, tehsilimizi müasir teleblere uyğun şekilde qurmağımıza göre tehsil naziri Misir Merdanov universitetimizi pilot universitet adlandırdı. Yeni Azerbaycanda beynelxalq standartlara cavab veren tehsil sistemi tetbiq etdik ve bu da uğurlarımızın esasını qoydu. Bildiyiniz kimi, Azerbaycanda dövlet ali mekteblerine inam daha böyükdür. İlk dövrlerde özel universitetlere xalq arasında münasibet yaxşı deyildi. Oxşar bir durumu vaxtile biz de Türkiyede yaşadıq. Bilkend Universiteti açılanda insanlar buna şübhe ile yanaşırdılar. Amma universitetimiz qısa müddetde özünü tanıda, sevdire bildi. Bir faktı deyim ki, bu il Qafqaz Universitetine qebul olunan telebelerin 1/3-i qebul imtahanları zamanı 600-den yuxarı bal toplayanlardır. Bu, bizim universitetimizin Azerbaycanda en yüksek reytinqe malik ali mekteb olduğunu bir daha sübut edir. - Universitetinize xarici ölkelerden telebe qebulu nece heyata keçirilir?- Bizim universitetimiz esasen Azerbaycan üçün qurulub ve bu baxımdan xarici ölkelere açılmağımız, oradan telebe qebul etmeyimiz müeyyen serhedler çerçivesindedir. Universitetimizde Azerbaycandan 2000, Türkiyeden ise 400 telebe tehsil alır. Rusiya, Hindistan, Moldova, Qazaxıstan, Qırğızıstan ve diger ölkelerden olan daha 60 telebemiz var. Bununla bağlı daha geniş planlar heyata keçirmek isteyirik. Bize gelmek, bizde tehsil almaq isteyenlerin sayının çox olmasına baxmayaraq, onların hamısını qebul ede bilmirik. Çünki bu meselede müeyyen hedd ve telebler var. - Yeni buraya oxumaq üçün xarici ölkelerden gelen telebeler müeyyen şertlere emel etmelidirler, ele deyilmi?- Qeyd etdiyimiz kimi, Azerbaycandan olan telebeler çox yüksek balla universitetimize daxil olurlar. Ona göre de Türkiyeden gelen telebelerin de tehsil sahesinde yüksek biliklere malik olmasını, uğur qazanmasını isteyirik. Biz universitetimizde oxumaq isteyenlerle evvelceden elaqe qururuq. Türkiyeden universitetimize telebe qebul ederken, ilk növbede, Azerbaycan-Türkiye qardaşlığının daha da genişlendirilmesini nezere alırıq. Bu il Türkiyede qebul imtahanlarında 165-den yuxarı bal yığan abituriyentler universitetlere qebul edilib. Biz de Türkiyede 165-den yuxarı bal toplayanları universitetimize qebul edirik. Yeni bu hedd bizim üçün de yeterlidir. Bizim en böyük üstünlüklerimizden biri de abituriyente istediyi sahe üzre tehsil almasına imkan yaratmağımızdır. Bu il universitetimize Türkiyeden 100 telebe qebul etmişik.

- Burada ali tehsil alanların Türkiyeye dönüşü zamanı hansısa problemlerle üzleşmesi mümkündürmü?

- Bizim universitetimiz dünya miqyasında tanınan bir universitetdir. Bu baxımdan universitetimizi bitirenleri her yerde hevesle işe götürürler. Xüsusile, Azerbaycanda fealiyyet gösteren beynelxalq şirketler mezunlarımızı tereddüdsüz işe qebul edirler. Türkiyede de mezunlarımızı özel müessiselerde işe qebul ederken problem olmur. Dövlet müessiselerine qebul zamanı ise bezi problemler var ve bunu da yaxın vaxtlarda aradan qaldırmaq niyyetindeyik. Diplomların tanınması ile bağlı da hazırda fealiyyetimizi davam etdiririk ve bununla bağlı problemi çöze bileceyimize inanıram. Biz Türkiyeden telebe qebul ederken orada diplomlarımızın tanınmadığı barede onlara melumat veririk. Amma bununla bağlı ortaya çıxan ve sırf texniki xarakter daşıyan problemleri aradan qaldıracağımıza eminem. Qeyd etdiyim kimi, bizim telebeler yüksek biliklere malik olmaqla beraber, geniş dünyagörüşlüdürler, terbiyelidirler, medenidirler. O baxımdan bizim ali mektebi bitirenlerin iş problemi olmayacağı önceden de aydındır.- Universitetinizin xarici ölke universitetleri ile elaqeleri nece qurulub?- Tebii, biz özel universitetik ve telebelerimizin de bizden gözledikleri çox şeyler var. Biz de onların gözlediklerini qarşılamağa mecburuq. Meselen, biz öten il ABŞ-ın Troya Universiteti ile bir anlaşma imzaladıq. Anlaşmaya göre üç il bizde, 2 il de Troya Universitetinde oxuyan telebeler iki diplom alacaqlar. Troya Universiteti nümayendeleri burada oldular, veziyyeti öyrendiler. Tehsil nazirinin iştirakı ile imzaladığımız hemin anlaşmaya göre, buradan tehsil almağa geden telebeler ABŞ-lı telebelerle eyni statusa malik olacaq ve onlar ödeyen qeder de tehsil haqqı ödeyecekler. Bildiyiniz kimi, Amerikada tehsil alan xarici telebeler yerli telebelerle müqayisede tehsil haqqını ikiqat ödeyirler. Amma universitetimizin xetti ile ABŞ-a geden telebe ABŞ-lı telebelerle beraber statusa malik olacaqlar. Eyni mezmunlu anlaşmanın Massaçusets Universiteti ile de imzalanması istiqametinde işler görülür. Onlardan iki nümayende gelib universitetimizle ve tehsil proqramımızla, tedrisimizle yaxından tanış olub. Ayova Universiteti ile de müvafiq anlaşma imzalamaq erefesindeyik. Bundan elave, Avropanın diger universitetleri ile de anlaşma imzalamaq üçün tedbirler heyata keçiririk. - Universitetinizin magistr hazırlığı ile bağlı ne deye bilersiniz?- Türkiyede tehsil alan telebe bizde magistr proqramı üzre oxuya bilir. 15 ferqli bölüm üzre magistr hazırlayırıq, iqtisadi, bilgisayar mühendisliyi, senaye mühendisliyi kimi sahelerde yüksek seviyyeli kadrlar hazırlanır. Türkiyeden de gelib burada müxtelif bölümlerde tehsil ala bilirler. Bizde magistr tehsili görenler bir il de Amerika universitetlerinde tehsil ala bilecekler.

- Öten il universitetinizin yeni binasının temelatma merasiminde Türkiye Prezidenti Abdullah Gül de iştirak etdi. O vaxt universitetiniz barede “Qafqazın Harvard”ı ifadesi işlendi. Siz bunu nece deyerlendirerdiniz? Bu bir hedefdir, yoxsa ona yaxın bir durumdasınız?

- Universitetimizin 15 yaşı var. Hazırda bölgede en qabaqcıl bir universitetik ve dünyada tanınırıq. Amma Qafqaz Universitetinin “Qafqazın Harvard”ı olduğunu Abdullah Gül deyil, tehsil nazirimiz, cümhurbaşqanı yardımçısı ve diger resmiler söylediler. Prezidentle görüşde de bu fikirler seslendi. Çünki onlar fealiyyetimizden memnun qalmış, yolumuzu davam etdirmeyimizi, işimizi daha da güclendirmeyimizin vacibliyini demişdiler. Harvard olmaq meselesini fealiyyetimizle tanış olandan sonra söyleyirler. Meselen, ABŞ universitetinden gelirler ve tehsil nazirinin yanında Qafqaz Universitetinin simasında bele bir universitetle üzleşeceklerine inandıqlarını deyirler. Ona göre de bizim Harvard Universiteti ile müqayise edilmeyimiz de bele amillerden doğur.

- Evvelki illerde universitetinizde beynelxalq ehemiyyetli konfranslar keçirmisiniz. Bu il de eyni enene davam etdirilecekmi?

- Evveller ilde en azı bir defe bele konfrans keçirirdik. Amma son illerde ilde azı iki bele konfrans keçiririk. Bu il türk dili ve edebiyyatı ile bağlı oktyabr ayında beynelxalq konfrans keçireceyik. Türkiyeden bu konfransa 170 akademik qatılacaq. Ümumiyyetle, konfransın işinde iştirak etmek üçün azı 240-a yaxın tanınmış elm adamına devetname göndereceyik. Bundan sonra iş hüququ ile bağlı beynelxalq konfrans keçirmek niyyetindeyik.
http://www.zaman.az/