29 Ocak 2009 Perşembe

Türkiyeli tehsil resmileri "Çağ" Öyretim Şirketinde oldular.

Türkiye Cümhuriyyetinin Tehsil Nazirinin müavini Sadettin Sabaz ve onu müşayiet eden nümayende heyeti bu gün "Çağ" Öyretim Şirketinde oldular. Nümayende heyetinin terkibine Türkiyenin Xarici Tehsil Şöbesinin müdiri Hesen Kaplan, Emine Kırac, Hüseyin Acır, Nezir Kahraman, Türkiyenin Azerbaycandakı tehsil müşaviri Halis Koyuncuoğlu, Azerbaycanın Türkiyedeki sefirliyinin tehsil müşaviri Necibe xanım Nesibova, Azerbaycan Respublikası Tehsil Nazirlyinin bir çox mesul işçileri de daxil idi. Qonaqları "Çağ" Öyretim Şirketi İdare Heyetinin sedri Enver Özeren, Azerbaycan-Türkiye Özel Liseyleri Baş İdaresinin reisi Adem Önal "Araz" Kursları Baş İdaresinin reisi Arif Gömleksiz ve s. qarşıladılar. Türkiyeli qonaqlar ilk olaraq Bakı Özel Türk Liseyinin tedris binasına baş çekdiler, fenn kabinetlerinde, laboratoriyalarda oldular. Bakı Özel Türk Liseyinin müdiri Abdullah Akça Liseyin fealiyyete başladığı ilden bu güne kimi keçdiyi şerefli yol, tehsil uğurları, ali mekteblere qebul göstericileri, respublika ve dünya olimpiadalarında qazandıqları medallar baresinde S. Sabaza ve qonaqlara etraflı melumat verdi. S.Sabaz gördüklerinden ve eşitdiklerinden memnunluğunu ifade ederek dedi: "Burada her addımda nailiyyet gördüm. Liseyin Azerbaycan tehsil sistemindeki şöhretli yerini görmek bizi olduqca sevindirdi. Liseyde oxuyan şagirdlerin dünya olimpiadalarındakı iştirakı ve getirdikleri medallar son derece ferehli haldır. Bu liseylerin qurulmasında, ümumiyyetle, nailiyyetlerin elde olunmasında emeyi olan her kese teşekkür edirem, uğurlarınızın davamını dileyirem". Sonra qonaqlar Bakı Özel Türk Liseyinin yeni tedris binasında oldular. Şirketin İdare Heyetinin sedri Enver Özeren yeni tikilen binanın müasir standartlara uyğun qurulduğunu ve burada quraşdırılan sistemin en qabaqcıl texniki sistem olduğunu diqqete çatdırdı. Enver Özeren Türkiyenin tehsil resmilerini bir daha emin etdi ki, biz bele tedris binasında daha böyük nailiyyetlere imza atacağıq. Görüşden sonra qonaqların şerefine ziyafet verildi. ----------"Çağ"-Xeber

Alma-Ata şeherinde keçirilen V Beynelxalq Fizika-Riyaziyyat Olimpiadasında 5 Medal

Olimpiada meridianlarında izimiz ve ya növbeti 5 medal
Azerbaycan-Türkiye Özel Liseylerinde oxuyan şagirdlerin dünya bilik yarışmalarında -Beynelxalq olimpiadalarda özünemexsus şerefli bir yeri var. Şagirdlerimiz dünyanın dörd bir yanında keçirilen bu yarışmalarda Azerbaycanı leyaqetle temsil edir, her birimize fexaret, ucalıq getirirler. Budur, Cenubi Koreya olimpiadasının sevincleri üstüne Qazaxıstandan daha bir sevinc elave olundu. Alma-Ata şeherinde keçirilen V Beynelxalq Fizika-Riyaziyyat Olimpiadasında Bakı Özel Türk Liseyinin şagirdi İlqar Ramazanlı qızıl, Lenkeran Özel Türk Liseyinin şagirdi Reşadet İsmayılzade gümüş, Quba Özel Türk Liseyinin şagirdi Vüsal Orucov gümüş, Gence Özel Türk Liseyinin şagirdi Elvin Alıyev bürünc, Sumqayıt Özel Türk Liseyinin şagirdi Emil Ceferov bürünc medallar qazanaraq dünya olimpiadalarında qazanılan medallarımızın sayını 297-ye çatdırdılar. Şagirdlerimizi, onlara zehmet çeken valideynleri, müellimleri, her bir azerbaycanlını bu möhteşem nailiyyet münasibetile tebrik edirik.-------------"Çağ"-Xeber

16 Ocak 2009 Cuma

Qafqaz Takvim

Qafqaz Takvim

Qafqaz Takvim

Qafqaz Takvim

5 Ocak 2009 Pazartesi

Beraber yürüdük biz bu yollarda...

31 Mart Azerbaycanlıların soyqırımı günü erefesinde Azerbaycanda Atatürk Merkezinde ermenilerin xalqımıza qarşı töretdikleri soyqırım aktlarından behs eden “Beraber yürüdük biz bu yollarda...” toplusunun teqdimat merasimi oldu. “Çağ” Öyretim Şirketinin ve Azerbaycanda Atatürk Merkezinin neşr etdirdiyi kitabın tertibçisi tedqiqatçı-pedaqoq Nazim Ekberovdur. Resmi qurumların temsilçilerinin, millet vekillerinin, tanınmış ziyalıların ve media nümayendelerinin toplaşdığı merasimi giriş sözü ile açan Atatürk Merkezinin direktoru, millet vekili, AMEA-nın müxbir üzvü Nizami Ceferov yeni neşrin hedefi olan XX esrde ermenilerin türk soyuna ve müselman xalqlara qarşı heyata keçirdikleri soyqırımları beşeri cinayet kimi seciyyelendirdi. “Çağ” Öyretim Şirketinin prezidenti Enver Özeren beynelxalq imperializme nökerçilik eden ermeni milletçi-terrorçularının Türkiyede ve Azerbaycan torpaqlarında töretdikleri qetliamlardan, xalqlarımızın bu qırğınlara qarşı birge mübarizesinden danışdı, ermeni terrorunu, tecavüzünü ve qondarma soyqırım iddialarını bütün dünyada ifşa etmeyin zeruriliyini vurğuladı. Millet vekili Fettah Heyderov, soyqırım tarixinin araşdırıcılarından Mehriban Elekberzade, Rüfet Hüseynzade, Mehmet Rıktım kitabın ermenilerin töretdiyi qetliamların aydın menzeresini yaratmaqla qan yaddaşımızı oyatmaq, düşmenin yeni cinayetlerinin qarşısını almaq işinde deyerli menbe olduğunu söylediler. Toplunun tertibçisi Nazim Ekberov Anadoluda ve Qafqazda milyonlarla insanı yalnız türk-müselman olduqlarına göre mehv etmiş quldur, vehşi xisletli ermenilerin qanlı emellerinin bir hissesini çağdaş oxucuya çatdıran bu neşrin işıq üzü görmesine yardımçı olmuş Atatürk Merkezinin ve “Çağ” Şirketinin xidmetini qeyd etdi, bu işde zehmeti olanlara teşekkürünü bildirdi. “Beraber yürüdük biz bu yollarda...” kitabını neşr etmiş qurumların rehberleri qezetimiz üçün müsahibelerinde aşağıdakıları bildirdiler. Nizami Ceferov: — XX esrde töredilmiş ermeni vehşilikleri haqqında heqiqet yalnız ümummilli lider Heyder Eliyevin prezidentliyi dövründe üze çıxdı ve ölkemizde siyasi qiymetini aldı. Onun serencamı ile 31 Mart Azerbaycanlıların soyqırımı günü elan edildi ve tarixin bu acı sehifeleri dünya ictimaiyyetine çatdırıldı. Bu, tekce 31 Mart faciesine deyil, bütövlükde milli tariximizin facieli sehnelerine münasibetde tarixçilere, edebiyyatçılara, sosioloqlara, diplomatlara yeni ruh verdi, onları cesaretlendirdi ve tariximizin toz basmış sehifeleri açılmağa başladı. Bu kitabda meqsedimiz ne facienin xronikasını vermek, ne de onun teferrüatlarından behs etmekdir. Oxuculara teqdim edilen bu kitab müasir oxucuya bir qeder gecikmiş kimi görünse de, daha çox gelecek nesillere baxan yönü ile böyük ehemiyyet daşıyır. Bu gün bele kitablara çox ehtiyac vardır — kin ve nifreti oyatmaq üçün yox, yaddaşımızı tezelemek üçün, yaşadığımız problemin sehnearxasını daha aydın göre bilmemiz ve düzgün qerarlar qebul ede bilmemiz üçün, gelecekde bele facielerin tekrar edileceyi ehtimalını nezerden qaçırmamaq üçün. Eger sovet dövründe tariximizi düzgün öyrenseydik, bu gün menzere başqa cür olardı. Kitabın teqdirelayiq xüsusiyyetlerinden biri ve en başlıcası Qafqaz İslam Ordusunun Azerbaycanın XX esr tarixinde oynadığı evezsiz rola işıq salmasıdır. Tarixin bu şanlı sehifesi oxuculara az melumdur. Bakıda “Şehidler xiyabanı” adını daşıyan and yerimizde 20 Yanvar şehidleri ile yanaşı uyuyan şehid türk esgerlerine ucaldılan abidenin menasını anlamaq baxımından elimizde kifayet qeder tarixi-edebi eserlerin olmadığını etiraf etsek, onda oxuculara teqdim edilen bu kitabın ehemiyyeti daha aydın nezere çarpır, kitab heqiqi deyerini qazanmış olur. “Beraber yürüdük biz bu yollarda...” adlanan bu kitabda professor Vaqif Arzumanlının tedqiqatları, tarix elmleri doktoru Anar İskenderovun, merhum Eli Eliyevin xatireleri, diger oçerk ve meqaleler esrin evvellerinde baş veren hadiseleri tarixi-xronoloji tehlil baxımından günün telebatını cavablandırır, sabaha xidmet edir. İster Osmanlı dövletinin, isterse de Mustafa Kamal Atatürkün qurduğu genc Türkiye Cümhuriyyetinin Azerbaycanın taleyinde oynadığı evezedilmez, fedakar rol tarixi faktların dili ile tesvir edildiyinden maraqlıdır, hem de ürekağrıdandır, en ehemiyyetlisi, tekzibedilmezdir. Bu cür kitabların sayca çox olması azdır, oxucularının da çox olması gerekdir. İnanırıq ki, kitab ictimaiyyet terefinden reğbetle qarşılanacaq, maraqla oxunacaq, buradakı heqiqetlerden lazımi netice çıxarılacaqdır. “Beraber yürüdük biz bu yollarda...” kitabını çapa hazırlamış “Çağ” Öyretim İşletmeleri Şirketine geldikde ise onun emeyini xüsusi qeyd etmek lazımdır. Kitabı vereqledikce, yaxın tariximize sehayet etdikce şirketin öz seleflerine, Azerbaycana, onun xalqına ne qeder sedaqetli olduğu bir daha aydın olur. Buna göre men en evvel bir oxucu, bir ziyalı kimi “Çağ” Öyretim Şirketine ve onun çoxsaylı kollektivlerine, bu kitabın tertibatçılarına teşekkür edir, gelecek fealiyyetlerinde onlara uğurlar arzulayıram. Enver ÖZEREN: — 31 Mart Azerbaycanlıların soyqırımı günüdür. Bu tarixi dövlet seviyyesinde resmileşdiren Azerabycan xalqının ümummilli lideri, türk dünyasının qeyretli, cesur oğlu, esl vetenperver Heyder Eliyev olmuşdur. Beli, uzun illerden sonra mehz o, dünya ermeni lobbisinin tesiri ile dünyanın bir sıra neheng dövletlerinin bu işe hansı münasibet besleyeceyini ve Azerbaycan diplomatiyası qarşısında hansı problemlerin çıxacağını derk ede-ede, çekinmeden heqiqetin gözüne dik baxdı ve hamını da bu cesarete devet etdi. Bu gün ermenilerin soyqırım yalanından en çox eziyyet çeken Türkiyedir. Ermeni lobbisi, diasporu var gücü ile öz cinayetini Türkiyenin boynuna qoymağa, dünyanı onun eleyhine qaldırmağa çalışır, bezi dövletlerin qanunverici orqanları saxta ermeni soyqırımını tanıyırlar. Heyder Eliyevin bu cesareti ise onlara Azerabycandan endirilen en ağır zerbe oldu. Bu, eyni zamanda Türkiyeni, edaleti müdafie aktıdır. Şirketimiz özünün Azerbaycanda fealiyyete başlamasının 15-ci ildönümünü qeyd etmeye hazırlaşdığı bir dövrde Nazim Ekberovun hazırladığı bu kitab ümummilli liderimizin irsine sedaqetin bir remzi olmaqla yanaşı, hem de bizim fealiyyetimizin meqsedini izah baxımından çox ehemiyyetlidir. Bu gün Azerbaycan hele de bir esrlik tecavüzün ağırlığını yaşayır. Torpaqların qesb olunmasından behs ederken möhterem Prezident İlham Eliyev demişdir: “Tarixi Azerbaycan torpaqları olan Qarabağ ve Zengezura XIX esrin evvellerinden başlayaraq ermeni ehalisinin yerleşdirilmesi, demoqrafik veziyyetin zorla deyişdirilmesi, 1905, 1918-ci illerde azerbaycanlı ehalini qorxutmaq ve qovmaq meqsedi güden kütlevi qırğınlar, 1920-ci illerde Zengezurun Ermenistana verilmesi, 1948 —1953-cü illerde yüz minlerle azerbaycanlının indiki Ermenistan erazisindeki ezeli yurdlarından köçürülmesi xalqımıza qarşı ermeni tecavüzünün qanlı sehifeleridir”. Şirketimizin Azerbaycanda fealiyyetinin 15-ci ildönümünü qeyd etdiyimiz bu günlerde oxuculara teqdim edilen bu kitab Azerbaycanla Türkiye arasında tarixi qardaşlığın müsteqillik, azadlıq uğrunda birge axıdılan qanlar, çekilen eziyyetler, iztirablar üzerinden keçdiyini sübut edir. Böyümekde olan nesiller, şübhesiz, bu kitabda ve diger neşrlerde toplanmış melumatlardan özleri üçün ibret alacaq, ecdadlarımızın hansı imtahanlara meruz qaldıqlarını öyrenecek ve bu yaddaşı özlerinden sonra gelecek nesillere ötürecekler.
Tahir AYDINOĞLU, “Xalq qezeti”

1 Ocak 2009 Perşembe

Yeni İliniz Mübarek!