Gəncə şəhərində növbəti seminar keçirilib

17.01.10 15:47 tarixə olan xəbər

Gəncə şəhərində növbəti seminar keçirilib
Bu gün Gəncə “Araz” hazırlıq kursunda təhsil alan şagirdlərin valideynləri ilə Qafqaz Universitetinin müəllimləri arasında görüş keçirilib. Kurs təşkilatçılarının dəvəti ilə baş tutan seminarın əsas məqsədi valideynləri maarifləndirmək və onları ali təhsil almaq istəyən övladlarına düzgün seçim etməkdə yardımçı olmağa səsləmək olub.

Zaqatala, Qax, Naxçıvan, Mingəçevir, Lənkəran bölgələrindən sonra Gəncədə baş tutan seminarın əsas məqsədi haqda universitetin valideynlərlə əlaqə şöbəsinin müdiri İslam Hüseyinov danışıb.

İslam Hüseyinov- Qafqaz Universitetinin valideynlərlə əlaqə şöbəsinin müdiri: “Əsas məqsədimiz valideynlərin psixoloji seminar ilə yanaşı, övladlarının qəbul olacağı universitetdi. Bu universitetin müasir olması eyni zamanda tələbəlik zamanı övladlarına fərqlilik qazandırması, bu universitetdə dünya təhsil sisteminə uyğun olaraq dərs sisteminin keçirilməsi kimi məsələlər valideynlərə məlumat verilir”.

Universitetdə dərslərin keçirilməsi ilə yanaşı, tələbələrin ictimai fəaliyyətlərinin daha da artırılmasında universitetin bilavasitə rolu olduğunu xatırladan İslam Hüseyinov müəlimlə tələbə arasında qarşılıqlı münasibətin əsas olduğunu bildirdi.

İslam Hüseyinov- Qafqaz Universitetinin valideynlərlə əlaqə şöbəsinin müdiri: “Universitetdə ən əsas məqsəd müəllim-tələbə ideal münasibət adlandırdığımız münasibətdir. Bu da daha çox müəllimimizin universitetdə ikinci valideyn obrazında hər zaman tələbənin yanında rol almasıdı. Universitet həyatında müəllimin yaranan problemlərin həllində tələbənin yanında bilavasitə iştirak etməsidir”.

Qeyd edək ki, Qafqaz Universiteti imtahanlar zamanı açıq qapı elan edir. Yəni gələcək tələbələr valideynləri ilə birlikdə universiteti gəzib, təhsil müəssisəsi ilə bağlı istədiyi məlumatı ala bilər.

Xaliq Qurbanov
http://www.kepeztv.az/arxiv/2010/yanvar/xeber/17/araz.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır