Dünən Qafqaz Universitetində növbəti aylıq seminar keçirildi. Seminarın budəfəki qonağı Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Masamitsu Oki olmuşdur. Səfir universitetin müəllim və tələbə heyəti qarşısında “Yaponiyanın xarici siyasəti və Yaponiya–Azərbaycan münasibətləri” mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Tədbirdə çıxış edən natiq ölkələrimiz arasında yaranmış mədəni, elmi, iqtisadi əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirmişdir.
Tədbirin ikinci hissəsində Qafqaz Universitetində “Yaponiya günü” keçirildi. Bu tədbir çərçivəsində universitetdə Yaponiya dövlətinə həsr olunmuş film və sərgi nümayiş olundu.

Gülşən Hüseynova,
“Respublika”.

http://www.respublica-news.az/2010/04/24/9701/