“İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya” məzuniyyət proqramı

“Qafqaz Universiteti ümumimilli lider Heydər Əliyevin əsəridir. O uca insan Türkiyə üniversitet modelini Azərbaycana gətirmək üçün 1993-cü ildə bu universitetin fəaliyyətə başlamasına təkan vermişdir” – bu sözləri dünən Qafqaz Universitetinin XIII buraxılış, 2009-2010-cu tədris ili məzunlarına həsr olunmuş “İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya” adlı məzuniyyət proqramında çıxış edən universitetin rektoru Ahmet Saniç söylədi. O, bir dünya universiteti olma yolunda sürətlə inkişaf edən Qafqaz Universitetinin 32 fəqrli ölkədə işləyən və təhsil alan gəncləri ilə qürü duyduğunu dilə gətirdi.

Təhsil Nazirinin müavini Elmar Qasımov öz çıxışında universitetin professor və müəllim kollektivinə öz təşəkkürünü bildirərək üzünü məzunlara tutaraq bunları qeyd etdi: “İnanıram ki, bitirdiyiniz bu təhsil ocağı sizin həyatınızda unudlmayacaq izlər buraxıb. Dünyanın hansı bölgəsində olursunuzsa olun öz universitetinizi yaddan çıxartmayın”.

Çağ Öyrətim Şirkətinin prezidenti Ənvər Özərən isə universüitetdən indiyəcən məzun olmuş gənclərin işlədiyi müəssisələrdən hər zaman gözəl xəbərlər eşitdiyini söyləyərək bu ilki məzunlara ölkəmizin gələcəyi üçün əlindən gələni əsirgəməyən, müasir, bilikli, insanlığa faydalı olmalarını arzu etdi.

Onu da qeyd edək ki, bu il universitet mühəndislik 79, Hüquq 74,iqtisadiyyat 208 və pedoqoji fakültəsindən 205 olmaqla cəmi 566 tələbəsini məzun edir.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır