TQDK sədri:Azərbaycanda özəl və dövlət ali məktəbləri arasında rəqabət artır

Azərbaycanda özəl və dövlət ali məktəbləri arasında rəqabət artır –  TQDK sədri

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir T.Hacıyev/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri hesab edir ki, artıq Azərbaycanda dövlət və özəl ali məktəblər arasında rəqabət mühiti artıb. Trend-in məlumatına görə, bu barədə cümə günü keçirdiyi mətbuat konfransıda TQDK-nın sədri Məleykə Abbaszadə deyib.
Abbaszadə bildirib ki, bu il magistraturaya keçirilən imtahanların nəticələrinə görə, dövlət hesabına magistraturaya qəbul Bakı Dövlət Universitetində 50%, Azərbaycan Dövlət Neft Akademiyasında 32%, Texniki Universitetdə 22%, Memarlıq və İnşaat Universitetlində 18%, Tibb Universitetində 100%, Pedaqoji Universitetdə 23%, İqtisad Universitetində 25%, Azərbaycan Dillər Universitetində 73%, Slavyan Universitetində 18%, Prezident yanında İdarəçilik Akademiyasında 46,9%, Musiqi Akademiyasında 63%, Milli Konservatoriyada 62%, Mədəniyyət və İncəsənət Universitetində 9,5 %, Rəssamlıq Akademiyasında 36%, Turizm İnstitutunda 33%, Bədən Tərbiyəsi və İdman Akademiyasında 100% təşkil edir.

Özəl universitetlərdən Qafqaz Universitetində 42%, Xəzər Universitetində 6%, Qərb Universitetində 8% magistr dövlət hesabına təhsil alacaq.

Komissiya sədri bildirib ki, ilk dəfə olaraq magistrlər özəl ali məktəblərdə dövlət hesabına təhsil alacaqlar.

"Valideynlər də uşaqlarının özəl ali məktəblərə düşəcəyindən narahat olmayacaqlar. Bu yaxşı haldır və inanırıq ki, mexanizm ildən-ilə təkmilləşəcək", - Abbaszadə vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend@trend.az

http://az.trend.az/news/society/education/1714318.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır