31 Ekim 2010 Pazar

Araz Kursları şaqirdə nə vəd edir?

www.araz.edu.az

Türkiyənin Azərbaycandakı Səfiri “Araz” Kurslarında

Türkiyənin Azərbaycandakı Səfiri “Araz” Kurslarında

Oktyabrın 21-də Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Hulusi Kılıç, eləcədə Ticarət, Emniyyet və Çalışma müşavirləri Qazi Bilgin, İsmayıl Çalışkan və Mustafa Gür “Araz” ali məktəblərə hazırlıq Kurslarında qonaq olublar. Qonaqları  “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Enver Özeren “Araz” Kurslarının Baş İdarə rəisi İrfan Uzundemir və bir qrup müəllim ziyarətə gələn heyəti səmimiyyətlə qarşılayıblar. Sonra İ. Uzundəmir qonaqlara bu təhsil ocağının fəaliyyətə başladığı vaxtdan bu günə qədər əldə etdiyi nailiyyətlər və yeniliklər barədə ətraflı məlumat verib. Daha Sonra Fövqəladə və Səlahiyyətli Səfir və müşavirləri “Araz” –ın fəaliyyətini özündə əks etdirən dərgiləri, eləcədə sinif otaqlarını, laboratoriyaları gəzərək buradakı təhsilin səviyyəsi və şagirdlər üçün hazırlanmış şəraitlə yaxından tanış olublar. Burada bir neçə qrup üzrə ali məktəblərə hazırlaşan məktəblilərlə səmimi söhbət ediblər. Qonaqlar müasir tələblərə cavab verən avadanlıqlarla təshiz olunmuş kursların sinif otaqlarından, eləcədə müəllim və şagirdlərin əldə etdikləri nailiyyətlərdən razı qaldıqlarını xüsusilə qeyd ediblər. Türkiyəli diplomatlar mövcud olan bu şəraitdən istifadə edərək şagirdlərin daha yüksək zirvələrə inamla irəliləyəcəyinə, gələcəyin ən yaxşı mütəxəssislərinin məhz, “ÇAĞ” Öyrətim İşlətmələrinin “Araz” Kurslarında yetişəcəyinə əmin olduqlarını bildiriblər.

  Sonda Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Hulusi Kılıç, “Araz” Kurslarının rəhbərliyinə xatirə hədiyyəsi təqdim edib.
http://www.cag.edu.az/haber.php?id=113
 



ürkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfirinin yeni təyin olunmuş mətbuat müşaviri Habib Kayan ile “Çağ” Öyrətim İşlətmələrində görüş

“Çağ” Öyrətim İşlətmələrində görüş

Oktyabrın 26-da “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Enver Özeren və Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfirinin yeni təyin olunmuş mətbuat müşaviri Habib Kayanı və “Zaman” qəzetinin Baş direktoru Süleyman Ünalı qəbul ediblər. Səmimi şəraitdə keçən görüşdə E. Özeren və A. Gömleksiz səfirliyin yeni təyin olunmuş mətbuat müşaviri H. Kayanı təbrik etdilər, ona gələcək, olduqca məsuliyyətli işlərində uğurlar dilədilər. 
     Sonra yeni təyin olunmuş mətbuat müşaviri H. Kaya və “Zaman” qəzetinin Baş direktoru S. Ünal, Bakı Özəl Türk Liseyini gəzərək liseyin tədris şəraiti və bir qrup müəllim heyəti ilə tanış olublar. Qonaqlar liseyin müəllim və şagirdləri üçün hazırlanmış şəraitdən razılıqlarını bildiriblər və Bakı ÖTL-nin kollektivinə yeni tədris ilində uğurlar diləyiblər.

  http://www.cag.edu.az/haber.php?id=114
 

Xalq Yazıçısı Anarla“Qafqaz” Universitetində görüş

Oktyabrın 21-də “Qafqaz” Universitetində Xalq Yazıçısı Anarla universitetinin professor- müəllim heyəti və tələbələrlə görüşü keçirilib. Görüşdə “Çağ” Öyrətim İşlətmələrinin İdarə Heyəti sədri Enver Özeren iştirak edib. Görüşü açıq elan edən “Qafqaz” Universitetinin prof. Akif  Hüseynov bildirib ki, Anar bütün dövrlər üçün sevilən və mütaliə edilən yazıçı, peşəkar ədəbiyyatşünas, yetkin kino xadimidir. Anar milli-mənəvi dəyərlərə sıx bağlı olan bir şəxsiyyətdir. Onun çoxşaxəli yaradıcılığı müasir Azərbaycan oxucusunun bədii-estetik zövqünün formalaşmasında əhəmiyyətli rol oynayıb. Anarın “Sizsiz”, “Mübarizə bu gün də var”, və s. əsərləri həm tədqiqat üsulu cəhətcə, həm də janrca yenidir. Bu əsərlərdə ustad şairimiz Rəsul Rza poeziyasının yeri, mövqeyi yüksək peşəkarlıqla ortaya qoyulub.

    A. Hüseynov çıxışında onu da bildirib ki, Anar haqqında çox danışmaq olar ona görə ki, müasir Azərbaycan ədəbiyyatını onsuz təsəvvür etmək mümkün deyil. O, zamanı özünə, özünü zamana hopduran, ciddi, səmimi yazıçıdır. Buna görə də onun əsərləri həmişə maraqla qarşılanır. Onun bu gün də, sabah da, gələcəkdə də oxunası əsərləri var. 
Olduqca maraqlı keçən görüşdə A. Rzayev universitetin professor- müəllim heyətini və tələbələri maraqlandıran sualları cavablandırıb.
Tədbirin sonunda xalq yazıçısı Anar maraqlı görüş üçün “Qafqaz” Universitetinin rəhbərliyinə və İçtimai Televiziyanin rəhbərliyinə bütün iştirakçılara öz dərin təşəkkürünü bildirib. Görüşdə respublikamızın Xalq artisti Flora Kərimova, Əməkdar artist Aygün Bəylər və bir çox tanınmış müğənnilər ifa etdikləri mahnılarla gecəyə başqa bir rəng qatıblar.Sonda, “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Enver Özeren Xalq yazıçısına xatirə hədiyyəsi təqdim edib.

 

26 Ekim 2010 Salı

“BARAMA” LAYİHƏSİNƏ QOŞULAN TƏLƏBƏLƏRƏ 2 HƏFTƏ VAXT VERİLİB

Qafqaz Universitetinin tələbələri “Barama” innovasiya mərkəzində araşdırmaya başlayıblar. 10 tələbə “Azercell”in təşəbbüsü ilə yaradılan “Barama” layihəsi çərçivəsində iqtisadi-analitik tədqiqat işi aparır. Şirkətlərin reallıqda üzləşdiyi məsələləri ətraflı tədqiq edən tələbələrə 2 həftə vaxt ayrılıb. Gənclər müxtəlif problemlərin yaranma səbəbləri, onların səviyyəsinə təsir edən amilləri aydınlaşdıracaq və həmin problemlərin qarşısının effektiv şəkildə alınması üçün həll yolları təklif edəcəklər. Hər biri 5 nəfərdən ibarət iki komandaya ayrılan tələbəıblar. Komanda üzvləri Qafqaz Universitetinin iqtisadiyyat, maliyyə, menecment və biznesin idarə edilməsi fakültələrini təmsil edirlər.
“Azercell”in təşəbbüsü və birbaşa qatqısı ilə gerçəkləşən “Barama” layihəsi İnformasiya Kommunikasiya Texnologiyaları sahəsinə marağı olan istedadlı gənclərə öz ideyalarını reallaşdırmaq imkanı qazandırır. Bu tədqiqat işini ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) də dəstəkləyir.

"Media forum"

Qafqaz Universitetinin tələbələri “Barama” innovasiya mərkəzində araşdırmaya başlayıblar.

 
 
Bu işdə onlara “Azercell” şirkətinin əməkdaşları yardımçı olurlar

Qafqaz Universitetinin tələbələri “Barama” innovasiya mərkəzində araşdırmaya başlayıblar. Bu ali təhsil ocağının 10 tələbəsi “Azercell”in təşəbbüsü ilə yaradılan “Barama” layihəsi çərçivəsində iqtisadi-analitik tədqiqat işi aparır.

“Barama” ofisindəki imkanlardan istifadə edərək strateji araşdırma aparan tələbələr həmçinin biznesin inkişaf etdirilməsi üzrə staj keçmiş olurlar. Proqramın unikallığı ondan ibarətdir ki, tələbələr layihə çərçivəsində həm praktik biliklər qazanır, həm də şirkətlərin reallıqda üzləşdiyi məsələləri ətraflı tədqiq edirlər. Bu işdə onlara “Azercell” şirkətinin əməkdaşları yardımçı olurlar.

Tədqiqat işi üçün tələbələrə 2 həftə vaxt ayrılıb. Gənclər verilən mövzu ilə bağlı hərtərəfli analiz aparacaq və mövzuya dair bir çox suallara cavab axtaracaqlar. Tələbələr müxtəlif problemlərin yaranma səbəbləri, onların səviyyəsinə təsir edən amilləri aydınlaşdıracaq və həmin problemərin qarşısının effektiv şəkildə alınması üçün həll yolları təklif edəcəklər. “Barama” layihəsində tələbələrin tam sərbəst fəaliyyət göstərməsinə şərait yaradılıb və onların işinə heç bir məhdudiyyət qoyulmayıb. Onlar üçün proqram çərçivəsində “Azercell” şirkətinin mütəxəssisləri tərəfindən təqdimatlar keçirilir, məlumat verilir və müxtəlif növ dəstək göstərilir. Məsələyə müxtəlif növ yanaşmanı təmin etmək üçün tədqiqatçı tələbələr hər biri 5 nəfərdən ibarət iki komandaya ayrılıblar. Komanda üzvləri Qafqaz Universitetinin iqtisadiyyat, maliyyə, menecment və biznesin idarə edilməsi fakültələrini təmsil edirlər.

Gənc istedadlar həftə içi hər gün “Barama”nın İçəri şəhərdə yerləşən, müasir avadanlıqla təchiz edilmiş ofisində işləyirlər. Oktyabrın 26-da yekunlaşacaq tədqiqatın sonunda hər iki komanda gəldiyi nəticələri əks etdirən təqdimat nümayiş edəcək.
“Azercell”in təşəbbüsü və birbaşa qatqısı ilə gerçəkləşən “Barama” layihəsi İnformasiya Kommunikasiya Texnologiyaları sahəsinə marağı olan istedadlı gənclərə öz ideyalarını reallaşdırmaq imkanı qazandırır. Bu tədqiqat işi “Azercell”lə yanaşı ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən də dəstəklənir. Proqram çərçivəsində araşdırma ilə məşğul olan tələbələrə məvacib də ayrılıb. Bu araşdırma proqramı Qafqaz Universiteti tələbələrində Barama layihəsinin məqsəd və məramları haqqında daha dolğun təsəvvür formalaşmasına yardım edəcək. Bundan əlavə, araşdırmanın nəticəsi şirkətin fəaliyyəti zamanı qərar vermə prosesində də nəzərə alınacaq. Odur ki, bu staj proqram özünü təsdiq etmək istəyən istedadlı gənclər üçün gözəl bir şans, bacarıqlarını artırmaq və nümayiş etdirmək üçün unikal bir təcrübədir.

  http://www.lent.az/news.php?id=46271

"Azercell"in "Barama"sı

Tələbələr bu layihə çərçivəsində staj proqramı keçirlər
Qafqaz Universitetinin tələbələri "Barama" innovasiya mərkəzində araşdırmaya başlayıblar. Belə ki, universitetin 10 tələbəsi "Azercell"in təşəbbüsü ilə yaradılan "Barama" layihəsi çərçivəsində iqtisadi-analitik tədqiqat işi aparır.
"Barama" ofisindəki imkanlardan istifadə edərək strateji araşdırma aparan tələbələr həmçinin biznesin inkişaf etdirilməsi üzrə staj keçmiş olurlar. Proqramın unikallığı ondan ibarətdir ki, tələbələr layihə çərçivəsində həm praktik biliklər qazanır, həm də şirkətlərin reallıqda üzləşdiyi məsələləri ətraflı tədqiq edirlər. Bu işdə onlara "Azercell"in əməkdaşları yardımçı olurlar.
Tədqiqat işi üçün tələbələrə 2 həftə vaxt ayrılıb. Gənclər verilən mövzu ilə bağlı hərtərəfli analiz aparacaq və mövzuya dair bir çox suallara cavab axtaracaqlar. Tələbələr müxtəlif problemlərin yaranma səbəbləri, onların səviyyəsinə təsir edən amilləri aydınlaşdıracaq və həmin problemərin qarşısının effektiv şəkildə alınması üçün həll yolları təklif edəcəklər. "Barama" layihəsində tələbələrin tam sərbəst fəaliyyət göstərməsinə şərait yaradılıb və onların işinə heç bir məhdudiyyət qoyulmayıb. Gənc istedadlar həftə içi hər gün "Barama"nın İçəri şəhərdə yerləşən, müasir avadanlıqla təchiz edilmiş ofisində işləyirlər. nzlubufn oktyabrın 26-da yekunlaşacaq.
 "Azercell"in təşəbbüsü və birbaşa qatqısı ilə gerçəkləşən "Barama" layihəsi İKT sahəsinə marağı olan istedadlı gənclərə öz ideyalarını reallaşdırmaq imkanı qazandırır. Bu tədqiqat işi "Azercell"lə yanaşı USAİD tərəfindən də dəstəklənir. Proqram çərçivəsində araşdırma ilə məşğul olan tələbələrə məvacib də ayrılıb. Bu araşdırma proqramı Qafqaz Universiteti tələbələrində "Barama" layihəsinin məqsəd və məramları haqqında daha dolğun təsəvvür formalaşmasına yardım edəcək. Bundan əlavə, araşdırmanın nəticəsi şirkətin fəaliyyəti zamanı qərar vermə prosesində də nəzərə alınacaq.  NƏRGİZ

"Azercell" tələbələrə "Barama" layihəsi çərçivəsində staj proqramı keçir

Qafqaz Universitetinin tələbələri "Barama" innovasiya mərkəzində araşdırmaya başlayıblar. Bu ali təhsil ocağının 10 tələbəsi "Azercell"in təşəbbüsü ilə yaradılan "Barama" layihəsi çərçivəsində iqtisadi-analitik tədqiqat işi aparır.

   "Barama" ofisindəki imkanlardan istifadə edərək strateji araşdırma aparan tələbələr, həmçinin, biznesin inkişaf etdirilməsi üzrə staj keçmiş olurlar. Proqramın unikallığı ondan ibarətdir ki, tələbələr layihə çərçivəsində həm praktik biliklər qazanır, həm də şirkətlərin reallıqda üzləşdiyi məsələləri ətraflı tədqiq edirlər. Bu işdə onlara "Azercell" şirkətinin əməkdaşları yardımçı olurlar. Tədqiqat işi üçün tələbələrə 2 həftə vaxt ayrılıb. Gənclər verilən mövzu ilə bağlı hərtərəfli analiz aparacaq və mövzuya dair bir çox suallara cavab axtaracaqlar. Tələbələr müxtəlif problemlərin yaranma səbəbləri, onların səviyyəsinə təsir edən amilləri aydınlaşdıracaq və həmin problemlərin qarşısının effektiv şəkildə alınması üçün həll yolları təklif edəcəklər. "Azercell"in təşəbbüsü və birbaşa qatqısı ilə gerçəkləşən "Barama" layihəsi İnformasiya Kommunikasiya Texnologiyaları sahəsinə marağı olan istedadlı gənclərə öz ideyalarını reallaşdırmaq imkanı qazandırır. Bu tədqiqat işi, "Azercell"lə yanaşı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən də dəstəklənir. Proqram çərçivəsində araşdırma ilə məşğul olan tələbələrə məvacib də ayrılıb. Bu araşdırma proqramı Qafqaz Universiteti tələbələrində Barama layihəsinin məqsəd və məramları haqqında daha dolğun təsəvvür formalaşmasına yardım edəcək. Bundan əlavə, araşdırmanın nəticəsi şirkətin fəaliyyəti zamanı qərar vermə prosesində də nəzərə alınacaq. Odur ki, bu staj proqram özünü təsdiq etmək istəyən istedadlı gənclər üçün gözəl bir şans, bacarıqlarını artırmaq və nümayiş etdirmək üçün unikal bir təcrübədir. 

http://baki-xeber.com/new/2010/10/15/get=50651

Tələbələr "Barama" layihəsi çərçivəsində staj proqramı keçirlər


Qafqaz Universitetinin tələbələri "Barama" innovasiya mərkəzində araşdırmaya başlayıblar. Bu ali təhsil ocağının 10 tələbəsi "Azercell"in təşəbbüsü ilə yaradılan "Barama" layihəsi çərçivəsində iqtisadi-analitik tədqiqat işi aparır. "Barama" ofisindəki imkanlardan istifadə edərək strateji araşdırma aparan tələbələr həmçinin biznesin inkişaf etdirilməsi üzrə staj keçmiş olurlar. Proqramın unikallığı ondan ibarətdir ki, tələbələr layihə çərçivəsində həm praktik biliklər qazanır, həm də şirkətlərin reallıqda üzləşdiyi məsələləri ətraflı tədqiq edirlər. Bu işdə onlara "Azercell" şirkətinin əməkdaşları yardımçı olurlar. Tədqiqat işi üçün tələbələrə 2 həftə vaxt ayrılıb. Gənclər verilən mövzu ilə bağlı hərtərəfli analiz aparacaq və mövzuya dair bir çox suallara cavab axtaracaqlar. Tələbələr müxtəlif problemlərin yaranma səbəbləri, onların səviyyəsinə təsir edən amilləri aydınlaşdıracaq və həmin problemərin qarşısının effektiv şəkildə alınması üçün həll yolları təklif edəcəklər. "Barama" layihəsində tələbələrin tam sərbəst fəaliyyət göstərməsinə şərait yaradılıb və onların işinə heç bir məhdudiyyət qoyulmayıb. Onlar üçün proqram çərçivəsində "Azercell" şirkətinin mütəxəssisləri tərəfindən təqdimatlar keçirilir, məlumat verilir və müxtəlif növ dəstək göstərilir. Məsələyə müxtəlif növ yanaşmanı təmin etmək üçün tədqiqatçı tələbələr hər biri 5 nəfərdən ibarət iki komandaya ayrılıblar. Komanda üzvləri Qafqaz Universitetinin iqtisadiyyat, maliyyə, menecment və biznesin idarə edilməsi fakültələrini təmsil edirlər. Gənc istedadlar həftə içi hər gün "Barama"nın İçəri şəhərdə yerləşən, müasir avadanlıqla təchiz edilmiş ofisində işləyirlər. Oktyabrın 26-da yekunlaşacaq tədqiqatın sonunda hər iki komanda gəldiyi nəticələri əks etdirən təqdimat nümayiş edəcək.
  
   "Azercell"in təşəbbüsü və birbaşa qatqısı ilə gerçəkləşən "Barama" layihəsi İnformasiya Kommunikasiya Texnologiyaları sahəsinə marağı olan istedadlı gənclərə öz ideyalarını reallaşdırmaq imkanı qazandırır. Bu tədqiqat işi "Azercell"lə yanaşı ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən də dəstəklənir. Proqram çərçivəsində araşdırma ilə məşğul olan tələbələrə məvacib də ayrılıb. Bu araşdırma proqramı Qafqaz Universiteti tələbələrində Barama layihəsinin məqsəd və məramları haqqında daha dolğun təsəvvür formalaşmasına yardım edəcək. Bundan əlavə, araşdırmanın nəticəsi şirkətin fəaliyyəti zamanı qərar vermə prosesində də nəzərə alınacaq. Odur ki, bu staj proqram özünü təsdiq etmək istəyən istedadlı gənclər üçün gözəl bir şans, bacarıqlarını artırmaq və nümayiş etdirmək üçün unikal bir təcrübədir. 

22 Ekim 2010 Cuma

Azərbaycan paytaxtında Beynəlxalq münasibətlər üzrə alimlərin I illik Simpoziumu başlayıb



[ 22 Oktyabr 2010 10:53 ]
Bakı. Viktoriya Dementyeva, Laçın Sultanova – APA. Bu gün Bakıda Beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumu işə başlayıb.

APA-nın xəbərinə görə, simpozium Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Dillər, Qafqaz və Xəzər universitetləri, Londonun Münaqişələr və Dövlət Quruculuğu üzrə Məlumat Şəbəkəsi, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Tədbiri açan Avstriyanın keçmiş prezidenti Peter Şidev çıxışında bildirib ki, tədbir üçün çox düzgün mövzu seçilib: “Bu ümumi maraqlara cavab verən vacib bir mövzudur. Cənubi Qafqaz Avropa, Asiya və bütün dünya üçün enerji, tranzit və təhlükəsizlik baxımından vacib bir regiondur. Dağlıq Qarabağ probleminin tam həll olunmamasına baxmayaraq, Azərbaycan yüksək sosial və iqtisadi inkişafa nail olub”.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxışında Azərbaycanın müstəqillik əldə edəndən sonra əldə etdiyi uğurlardan danışıb. Nazir, enerji layihələrinin, Bakı-Tiflis- Ceyhan neft kəmərinin vacibliyini vurğulayıb.

E. Məmmədyarov deyib ki, enerji sazişləri imzalandıqdan sonra Azərbaycana böyük investisiyalar cəlb olunub, bu, ölkə üçün çox böyük imkanlar yaradıb, yaxın illərdə Azərbaycan çox yüksək səviyyədə inkişaf edib: “Bu enerji vəsaitlərinin hesabına ümumi daxili məhsulun həcmi 3-4 dəfə atıb. Belə bir inkişaf qeyri-neft sektorunun inkişafına da imkan yaradır”. Nazir, 2012-ci də Bakı-Tifllis-Qars dəmir yolu layihəsinin tikintisinin başa çatacağını da qeyd edib: “Bu çox faydalı layihədir və bu yol Avropa ilə Asiyanı birləşdirəcək”.

Qeyd edək ki, simpoziumun əsas məqsədi regional əməkdaşlığı və şəbəkələşməni artırmaq, Azərbaycanda və regionda yetişməkdə olan və regional siyasətə, iqtisadiyyata və beynəlxalq münasibətlər sahəsinə marağı olan alimlərin şəbəkəsini daha da inkişaf etdirməkdir. Tədbirdə 150-dən çox xarici və yerli iştirakçı təmsil olunacaq. Hər il keçirilməsi planlaşdırılan simpozium gələcəkdə həm operativ, həm akademik əməkdaşlıq üçün platforma rolunu oynayacaq. Simpoziumda iştirak edəcək alimlərin "Regional kontekstdə qlobal problemlər", "Regional təhlükəsizliyə aid problemlər - konfliktlər və konflikt sonrası inkişaf", "Cənubi Qafqazda artmaqda olan iqtisadi tendensiyalar - regionda informasiya texnologiyalarının və enerji siyasətinin inkişafı", "Cənubi Qafqazda din və kimlik", "Cənubi Qafqazda xarici siyasət: strategiyalar və seçimlər" mövzularında araşdırma məqalələri kitab şəklində çap ediləcək və dünyanın bütün elm və beyin mərkəzlərinə göndəriləcək. Konfransın təşkilatçıları tərəfindən yaradılan "online" forumda simpozium iştirakçıları müzakirələri davam etdirə biləcəklər.
Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov jurnalistlərə açıqlamasında deyib ki, simpoziumun sonunda Bakı bəyannaməsinin qəbul olunacağı gözlənilir.

http://az.apa.az/xeber_Azerbaycan_paytaxtinda_Beynelxalq_munasibetler__202342.html

21 Ekim 2010 Perşembe

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla görüş

 İçtimai Televiziyanın təşəbbüsü ilə Qafqaz Universitetində Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla görüş keçirilmişdir.
     Anar  bütün dövrlər üçün sevilən və mütaliə edilən yazıçı, peşəkar ədəbiyyatşünas, yetkin kino xadimidir. Akif Hüseynov onuda vurğuladı ki, o, milli-mənəvi dəyərlərə sıx bağlı olan bir şəxsiyyətdir. Onun çoxşaxəli yaradıcılığı müasir Azərbaycan oxucusunun bədii-estetik zövqünün formalaşmasında əhəmiyyətli rol oynayıb. Anarın “Sizsiz”, “Mübarizə bu gün də var”, və s. əsərləri həm tədqiqat üsulu cəhətcə, həm də janrca yenidi. Bu əsərlərdə ustad şairimiz Rəsul Rza poeziyasının yeri, mövqeyi yüksək peşəkarlıqla ortaya qoyulub.

    Akif Hüseynov Anar haqqında çox danışmaq olar  ona görə ki, müasir Azərbaycan ədəbiyyatını onsuz təsəvvür etmək mümkün deyil. O, zamanı özünə, özünü zamana hopduran, ciddi, səmimi yazıçıdı. Buna görə də onun əsərləri həmişə maraqla qarşılanır. Onun bu gün də, sabah da, gələcəkdə də oxunası əsərləri var. 

    Tədbirin sonunda xalq yazıçısı söz alaraq  maraqlı görüş üçün Qafqaz Universitetinin rəhbərliyinə və İçtimai Televiziyanin rəhbərliyinə  bütün iştirakçılara öz dərin təşəkkürünü bildirdi. Tədbirdə bir çox tanınmış müğənnilər öz ifaları ilə məclis iştirakçılarını feyziyab etdilər.
Xalq yazıçısına Çağ Öyrətim İşlətmələri şirkətinin prezidenti Enver Özeren tərəfindən günün anısına xatirə plaketi verildi.

19 Ekim 2010 Salı

XAZAR TV:Tahsilimizin Ulduzlari Programi


XAZAR TV:Tahsilimizin Ulduzlari Programi
Uploaded by qafqazlife. - News videos hot off the press.

AZ TV Haber:Tahsilimizin Ulduzlari Programi

Qafqaz Universitetində 2010-2011-ci dərs ilinə həsr edilmiş “Yüksələn təhsilimizin bayraqdarı-Azərbaycan məktəblisi” adlı tədbir keçirilib. Tədbirdə təhsil naziri Misir Mərdanov, Milli Məclisin deputatları, təhsil işçiləri, tələbələr, ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Yüksələn təhsilimizin bayraqdarı-Azərbaycan məktəblisi”

“Yüksələn təhsilimizin bayraqdarı-Azərbaycan məktəblisi”


     Qafqaz Universitetində 2010-2011-ci dərs ilinə həsr edilmiş “Yüksələn təhsilimizin bayraqdarı-Azərbaycan məktəblisi” adlı tədbir keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə təhsil naziri Misir Mərdanov, Milli Məclisin deputatları, təhsil işçiləri, tələbələr, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin gənclərə və onların təhsilinə göstərdiyi diqqət və qayğıdan söz açan təhsil naziri Misir Mərdanov müasir dövrdə təhsilin önəmli rolu, ölkə təhsilinin inkişaf istiqamətləri və bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər barədə fikirlərini bildirib. Nazir “Çağ” Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinin səmərəli olduğunu, təhsilimizə layiqli töhfələr verdiyini qeyd edib.
“Çağ” Öyrətim İşlətmələri Şirkətinin İdarə Heyətinin sədri Ənvər Özərən ulu öndər Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini bildirib.
Azərbaycan-Türkiyə özəl liseylərində və “Araz” kurslarında təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan bəhs edən Ə.Özərən Beynəlxalq fənn olimpiadalarında, bilik müsabiqələrində iştirak edən şagirdlərin qazandıqları uğurlu nəticələr haqqında da məlumat verib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və digər çıxış edənlər təhsilimizə göstərilən dövlət qayğısından danışıb, təhsildə nailiyyət qazanan şagirdləri və tələbələri təbrik edib, onlara yeni müvəffəqiyyətlər arzulyıblar.
Sonra təhsil müəssisələrinin nailiyyətlərini əks etdirən film nümayiş etdirilib. Azərbaycan-Türkiyə özəl liseylərinin və “Araz” kurslarının beynəlxalq fənn olimpiadalarında və bilik müsabiqələrində uğur qazanan şagirdlərinə, ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunlarına və yüksək balla Qafqaz Universitetinə qəbul olunmuş tələbələrə mükafatlar verilib.

18.10.2010     www.sia.az  http://www.cag.edu.az/basind.php?id=29


“Çağ” Öyrətim İşlətmələri təhsilin ən yüksək zirvəsində

“Çağ” Öyrətim İşlətmələri təhsilin ən yüksək zirvəsində

 Hər il, bir ənənə olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi və “Çağ” Öyrətim Şirkəti dərs ilinin başlanğıcında “Təhsilimizin ulduzları” adlı proqram keçirir. Proqramda Azərbaycan Respublikası Təhsil Nazirliyinə tabe olan, ölkə təhsil sistemində özünəməxsus yeri və rolu olan “Çağ” Öyrətim şirkətinin təhsil müssisələrində məzun olmuş və yüksək bal toplayaraq seçdikləri ali məktəblərə qəbul olunmuş məzunlarla, həmçinin 2009-2010-cu dərs ilində beynəlxalq fənn olimpiadalarında yüksək nəticə əldə edərək ölkəmizə qızıl, gümüş və bürünc medallar gətirən şagirdlərlə görüş keçirilir, onların qələbələri, əldə etdikləri nailiyyətlər mükafatlandırlır.

Bu il də eyni məqsədlə “Qafqaz” universitetində geniş tədbir keçirildi. Əvvəlcə, ənənəvi olaraq Ümumilli Liderimiz və “Çağ” Öyrətim Şirkətinin Fəxri Baş Müəllimi Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və şəhid müəllimlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı səsləndi. Daha sonra “Çağ” Öyrətim İşlətmələrinin fəaliyyətindən, eləcədə 2010-cu il Beynəlxalq fənn olimpiadalarında qazanılan qələbələr və məzunlarının ali məktəblərə qəbul imtahanlarında əldə etdikləri nailiyyətlərdən bəhs edən qısametrajlı filmin nümayişi olundu. Tədbirdə çıxış edən “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Enver Özeren öncə, toplantı iştirakçılarını salamladı və tədbirin mahiyyəti haqqında qısa məlumat verdi. E. Özeren çıxışında bildirdi ki, burada qazanılan müvəffəqiyyətlər bizə göstərilən etimada sədaqətlə şüarımıza sadiq olaraq çalışmağımızın nəticəsidir. Bu məsuliyyəti üzərimizdə hiss edərək fəaliyyət göstərməyimiz Azərbaycanın təhsildə medallar aləminə yüksəlməsi deməkdir. Beynəlxalq elm olimpiadalarında və ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərən tələbələrimizi təbrik edirəm. Azərbaycan prezidentinin “Çağ” Öyrətim İşlətmələrinin fəaliyyəti ilə bağlı Türkiyə Cümhuriyyətinin prezidenti Abdulla Güllə görüşlərində razılığını bildirməsi,  fəaliyyətimizin daha da genişləndirilməsini istədiyini deməsi və “Çağ” Öyrətim İşlətmələri “Ümummilli Liderin əmanətidir” deməsi hamımızın məsuliyyətini daha da artırır və üzərimizə çox böyük məsuliyyətlər qoyur.
Sonra, 2009-2010-cu tədris ilində beynəlxalq fənn olimpiadalarında yüksək nəticə əldə edən şagirdlərin və ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunların təltif edilməsi və mükafatlandırılması mərhələsinə keçildi. Şagird və məzunlar 2000 manatadək pul mükafatı eləcədə qiymətli hədiyyələrlə təltif edildilər. Mükafatları Ombudsman Elmira xanım Süleymanova,Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin müsteşarı Kaan Yılmaz, Millət Vəkilləri Cəmil Həsənli, Məcnun Şükürov, General-mayor Novruzəli Orucov və  Azərbaycan Respublikasının Təhsil Naziri Misir Mərdanov təqdim etdilər.  Toplantıda Azərbaycan Respublikasının Təhsil Naziri Misir Mərdanov geniş çıxış etdi. Nazir bildirdi ki, “Çağ” Öyrətim İşlətmələri Şirkəti 20 ilə yaxındır ki, Azərbaycanda fəaliyyət göstərir. Ötən bu illər ərzində bu Şirkətdən biz çox şeyləri öyrəndik, bu gün də öyrənirik, sabah da öyrənəcəyik. Hələ 1993–cü ilin əvvəlində Ümummilli Liderimiz Heydər Əliyevin xeyir duası ilə ilk dəfə Naxçıvanda fəaliyyətə başlamış “Çağ” Öyrətim İşlətmələri Şirkəti bu gün Azərbaycanda öz fəaliyyətini kifayət qədər genişləndirmişdir. Bu günkü şəraitə görə biz Azərbaycan prezidenti İlham Əliyevə minnətdar olmalıyıq.
Gəlin elə düşünməyəkki, “Çağ” Öyrətim İşlətmələrinin “Qafqaz” Universiteti, Araz kursları, Azərbaycan-Türkiyə Özəl Liseyləri və digər tədris müəssisələri asanlıqla başa gəlib. Bu gərgin, ardıcıl çəkilən zəhmətlərin nəticəsidir ki, bu gün, 20 ilə yaxın müddət bundan əvvəl əkdiyimiz ağacın meyvələrini sevinc hissi ilə dəririk. Meyvələr isə kifayət qədər dadlı, kifayət qədər qiymətli, kifayət qədər öyünməlidir. Bu meyvələr bu salonda gördüyümüz uşaqlardır. Biz bundan xüsusi qürur hissi keçiririk.
Mən bir daha təkrar edirəm ki, biz bu Şirkətdən çox şeyi öyrənsəkdə hələ, lap çox şeyi öyrənə bilməmişik. Belə bir fərəhləndirici, xoş gündə mən hamıdan daha çox sevinən bu balaları, fidanları, valideynləri təbrik edirəm. Biz də onlarla fəxr edirik. Bu uşaqların yetişməsində valideyinlərlə bərabər bəlkə də daha çox əməyi olan müəlimləridə təbrik edirəm, onların hər birinə mohkəm cansağlığı müvəffəqiyyətlər diləyirəm.
Bu il “Qafqaz” Universitetinə 85 tələbə qəbul olunmasını nəzərdə tutmulmasına baxmayaraq 285 nəfər qəbul olundu. Bu nəzərdə tutulduğundan bir neçə dəfə çoxdur. Ancaq, Azərbaycanın elə universiteti var ki, cəmi dörd nəfər qəbul olunub. Bu o deməkdir ki, “Çağ” Öyrətimin tədris müəssisələri “Qafqaz” Universiteti Azərbaycan xalqının etimadını qazanıb. Əminəm ki, vaxt gələcək Azərbaycanın bütün məktəbləri “Çağ” Öyrətimin məktəbləri kimi inkişaf edəcək. Onda Azərbaycan məktəbi inkişafın ən yüksək zirvəsində olacaq. O zaman, ali məktəblərə qəbul imtahanları keçirməyə ehtiyac olmayacaq. Bu məktəbləri bitirən hər kəs ali məktəbə qəbul olacaq. Belə məktəbləri bitirənlərdən təkrar imtahan götürməyə ehtiyac yoxdur. Mən o günü görürəm və hər bir Azərbaycan vətəndaşını o gün uğrunda mübarizə aparmağa səsləyirəm”.
Tədbirdə çıxış edən Ombudsman Elmira Süleymanova, Türkiyənin Azərbaycandakı Səfirliyinin müsteşarı Kaan Yılmaz, Millət vəkilləri Cəmil Həsənli, Məcnun Şükürov və General-mayor Novruzəli Orucov əldə olunmuş nailiyyətlərdən qürur hissi keçirdiklərini qeyd etdilər. “Çağ” Öyrətim İşlətmələrinin rəhbərliyinə tədris müəssisələrində çalışan bütün kollektvinə minnətdarlıqlarını bildirdilər.

FOTOLAR:Qloballaşma Prosesinde Qafqaz ve Merkezi Asiya Konqresi


Posted by Picasa

FOTOLAR:Qloballaşma Prosesinde Qafqaz ve Merkezi Asiya Konqresi





Posted by Picasa

Misir Merdanov: “Çağ” Azerbaycan tehsiline çox töhfeler verib”


“Çağ” Öyretim İşletmelerinin tehsil ocaqları 2009-2010-cu tedris ilinde de yenilikleri, uğurları ile ferqlenib
 
“Çağ” Öyretim İşletmelerinin tehsil ocaqları 2009-2010-cu tedris ilinde de yenilikleri, uğurları ile ferqlenib. Bu şirketin nezdinde fealiyyet gösteren tehsil müessiselerinin (10 lisey, 1 gimnaziya, 1 ibtidai mekteb, 12 ali tehsile hazırlıq kursu ve 1 universitet) mezunları bu il ali mekteblere yüksek balla qebul olunmaqla yanaşı, ölkemizi dünyanın müxtelif ölkelerinde keçirilen beynelxalq fenn olimpiadalarında layiqince temsil edibler. Xatırladaq ki, bu il hemin tehsil müessiselerini bitirmiş genclerden 224 neferi ali mekteblere qebul imtahanlarında 600-den yuxarı, 5 neferi ise 700 bal toplayıb (700 bal toplayan 7 neferden 4-ü “Qafqaz”da tehsillerini davam etdirirler). Onlardan 29 neferi Prezident teqaüdüne layiq görülüb. 2009-2010-cu tedris ilinde “Çağ”ın şagirdleri beynelxalq bilik yarışlarından respublikamıza 70 medal (12 qızıl, 20 gümüş ve 38 bürünc) getiribler. 1994-cü ilden bu günedek ise bu tehsil müessisesi 87 qızıl, 138 gümüş, 204 bürünc, cemi 429 medal elde edib.
 Her il olduğu kimi, cari il de “Çağ” enenesine sadiq qalaraq, ali mekteblere yüksek balla qebul olunanları, hemçinin beynelxalq fenn olimpiadalarının qaliblerini ictimaiyyete teqdim etmekle yanaşı, onlara mükafatlar da teqdim edib. Tehsil nazirinin, millet vekillerinin, mekteb direktorlarının, valideynlerin iştirakı ile düzenlenen “Yükselen tehsilimizin bayraqdarı - Azerbaycan mekteblisi” adlı tedbir Qafqaz Universitetinde keçirilib.

“Onlar burada yaxşi ışler görürler”

Merasim açıq elan olunduqdan sonra ümummilli lider, “Çağ”ın fexri baş müellimi Heyder Eliyevin, Türkiye Cümhuriyyetinin qurucusu Mustafa Kamal Atatürkün ve öten ders ili erzinde dünyasını deyişmiş müellimlerin xatiresi birdeqiqelik sükutla yad olunub. Ölkemizin ve qardaş Türkiyenin dövlet himnleri ifa edilib. Sonra “Çağ”ın fealiyyetine hesr olunmuş qısametrajlı film nümayiş etdirilib.

Merasimde “Çağ” Öyretim İşletmeleri İdare Heyetinin sedri Enver Özeren çıxışına ölkemizde “Çağ”ın fealiyyetine yaşıl işıq yandırmış ulu önder Heyder Eliyevin tehsilin inkişafındakı xidmetleri ile başlayıb. Şirketin Azerbaycan dövleti ve xalqı terefinden gösterilen “Etimada sedaqetle” devizine sadiq qaldığını vurğulayan E. Özeren her gün ümummilli liderin ruhu qarşısında hesabat verdiyini bildirib.  İdare Heyetinin sedri ölke başçısı İlham Eliyevin de tehsile xüsusi diqqet yetirdiyini vurğulayıb: “Ölke başçısının tehsille bağlı söhbetlerinde, o cümleden Türkiye Cümhuriyyetinin Prezidenti Abdullah Gülle, bu ölkenin Baş naziri Receb Tayyib Erdoğanla görüşlerinde fealiyyetimizden razı olduğunu defelerle vurğulaması, “Çağ” menim burada ata yadigarımdır”, “Çağ”ın fealiyyetini daha da genişlendirmesini isteyirem”, “Onlar burada yaxşı işler görürler” kimi fikirleri bizim mesuliyyetimizi bire-beş artırır. O, rehberlik etdiyi qurumun uğurlarında tehsil naziri Misir Merdanovun da xidmetlerinin olduğunu söyleyib.

“Üreyım fereh hıssı ıle döyünür”

“Çağ”ın uğurlarını her zaman sevinc hissi ile qarşıladığını ve keçirilen tedbirde kövrek anlar yaşadığını gizletmeyen ombudsman Elmira xanım Süleymanova öz çıxışında “Çağ”ın yetirmelerinin öz bacarıqlarını demokratik ve hüquqi dövletimizin möhkemlenmesine hesr edeceklerini ve onların seyleri ile yeni yükseliş dövrünü yaşayan Azerbaycanın daha böyük addımlarla irelileyeceyini eminlikle dile getirib: “İnanıram ki, “Cağ”ın yetirmeleri Azerbaycanımızın inkişaf tarixinde yeni sehifeler açacaqlar”.

“Ölkemizin bu günü, sabahı tehsille bağlıdır. Bugünkü inkişafı tehsilden kenarda düşünmek qeyri-mümkündür. Dünya qloballaşdıqca tehsilin, elmin yeri cemiyyetde daha aydın görünür”, - sözleri ile çıxışına başlayan millet vekili Cemil Hesenli yüksek uğurlar qazanmış şagird ve telebeleri göstererek elave etdi: “Azerbaycan tehsilinin tek bir şebekesinde bu qeder istedadlı gencler yetişir. Bu, böyük nailiyyetdir ve tehsilimizde, elmimizde uğurlara getirib çıxaracaq”.

“Bütün türk dünyasinin uğurlari ıse ınsanliğin uğuru olacaq”

Türkiyenin ölkemizdeki sefirliyinin müsteşarı Kaan Yılmaz elde olunan uğurlara göre, evvelce, Tehsil Nazirliyini tebrik etdi: “Azerbaycan tehsilini uğurları göz önündedir. Azerbaycan tehsilinin inkişafı hamımızın fexridir”. Onun sözlerine göre, “Çağ” ve onun rehberiyi ise olduqca önemli uğurlara imza atıb ve atmaqdadır.  K. Yılmaz bu sahede “Çağ”da çalışan pedaqoqların da zehmetini yüksek deyerlendirdi ve onlara xitaben dedi: “ Onlar sizin dünya üzerinde en böyük yatırımınızdır. Bu, Azerbaycanın qazancıdır.  Azerbaycanın nailiyyetleri, uğurları Türkiyenin nailiyyetleri olacaq. Azerbaycanla Türkiyenin uğurları Türk dünyasının uğurları olacaq. Bütün Türk dünyasının uğurları ise insanlığın uğuru olacaq”.

“O meyvelerı “Çağ” yetışdırıb”

Gelen il ölkemizin müsteqilliyinin 20 illiyinin qeyd olunacağını vurğulayan tehsil naziri Misir Merdanov “Çağ”ın da bu yubileye kifayet qeder töhfesi olduğunu bildirib. O, qazanılan her bir uğurda Heyder Eliyevin uzaqgören siyasetinin önemli rol oynadığını qeyd edib.

Daha sonra “Çağ”ın fealiyyetinden danışan nazir elde olunan uğurları çekilen zehmetin behresi kimi deyerlendirib: “Ele düşünmeyek ki, bu tehsil müessiselerinin uğurları öz-özüne başa gelib. 11 ile yaxındır ki, “Çağ”a Enver Özeren rehberlik edir. Bele müessiseler qurmaq her adamın işi deyil.”  Daha sonra o, salondakılara müracietle deyib: “Bu gün biz 20 il önce basdırılmış ağacın meyvelerini dermeye gelmişik. Hemin meyveler ise her birimiz üçün qiymetli, önemlidir. O meyveleri -insanları “Çağ” yetişdirib. Buna göre men “Çağ”ı tebrik edirem”.  “Çağ”ın tecrübesinin diger mekteblere de tetbiq olunduğunu bildiren nazir: “Biz “Çağ”dan çox şey öyrenmişik, amma hele her şeyi öyrenmemişik”, - deyib. Nazir çıxışını bu sözlerle bitirib: “Çağ” Azerbaycan tehsiline çox töhfeler verib ve vermekde davam edir. Eminem ki, vaxt gelecek, Azerbaycanın bütün mektebleri “Çağ”ın bugünkü seviyyesine gelecek. Mehz onda xalqımızın mektebe, müellimlere olan etimadı artacaq. Men o günü görürem.”

Millet vekili Mecnun Şükürov ise öz övladlarının da “Çağ”ın yetirmeleri olduğundan qürur duyduğunu vurğulamaqla yanaşı, bu tehsil ocaqlarının fealiyyetinden danışıb: “Çağ” hem de Veten üçün mübariz esgerler yetişdirir. Bu menada bu tehsil müessiselerinin yetirmeleri bu gün bizim hamımızı düşündüren Qarabağ probleminin hellinde de öz sözlerini deyecek bir eqideye malikdirler”. Tedbire qatılmış Azerbaycan Könüllü Herbi Vetenperverlik Texniki İdman Cemiyyeti Respublika Şurasının sedri, general-mayor Novruzeli Orucov da bizimle söhbetinde bu meqamı xüsusi vurğulayıb.

19.10.2010
QVAMİ MEHEBBETOĞLU

18 Ekim 2010 Pazartesi

İÇTİMAİ TV Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya


Ä°ÇTÄ°MAÄ° TV QloballaÅ�ma prosesindÉ� Qafqaz vÉ� MÉ�rkÉ�zi Asiya
Uploaded by qafqazlife. - Up-to-the minute news videos.

AZ TV Xeber Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya


AZ TV Xeber Qloballa�ma prosesind� Qafqaz v� M�rk�zi Asiya
Uploaded by qafqazlife. - News videos from around the world.

Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda 3 -cü beynəlxalq konfransı mətbuat ilanı


Qloballaşma:Qafqaz və Mərkəzi Asiya mətbuat konfransı
Uploaded by qafqazlife. - Up-to-the minute news videos.

BEYNƏLXALQ KONQRES

Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya
Oktyabrın 15-də bakıda "Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda 3 -cü beynəlxalq konfrans keçiriləcək. Bu barədə Qafqaz Universitetində keçirilən mətbuat konfransında jurnalistlərə məlumat verilib. Bildirilib ki, İqtisad və Qafqaz Universitetinin təşəbbüsü ilə keçiriləcək tədbirə bu sahədə apardıqları elm-tədqiqat işlərinin nəticələri haqqında məlumat vermək üçün dünyanin müxtəlif ölkələrindən alim və mütəxəssilər dəvət olunub. Konqresə  170-ə yaxın məruzə təqdim olunub, bunun təxminən yarısı 13 xarici ölkə alimləri tərfindən təqdim olunub.  
http://www.xazar.tv/xeber.aspx?id2=5&id=11260    Bu Xəbər 13.10.2010 - 14:03:16 Tarixində Əlavə Edilib     

Alimlər Qafqaz və Mərkəzi Asiyanın dünyadakı önəmindən danışır



Dünən Bakıda Qafqaz Universitetinin təşəbbüsü ilə “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya” mövzusunda 3-cü beynəlxalq konqres işə başladı. 
Konqresin açılış mərasimində çıxış edən Qafqaz Universitetinin rektoru prof. Əhməd Saniç bildirdi ki, Azərbaycan Qafqaz və Mərkəzi Asiya ölkələrindən öz sürətli inkişafı ilə fərqlənir. O, 5 il əvvəllə müqayisədə Azərbaycanın daha da inkişaf etdiyini və modern bir ölkəyə çevrildiyini söylədi. İqtisad Universitetinin rektoru prof. Şəmsəddin Hacıyev isə Türkiyə-Azərbaycan əlaqələrindən söz açaraq qeyd etdi ki, bəzən iki ölkə arasındakı əlaqələrə ortaq əməkdaşlıq deyirlər: “Halbuki biz bütün sahələrdə ortaq deyil, birgə əməkdaşlıq edirik”. Türkiyənin İstanbul Ticarət Universitetinin rektoru prof. Sabri Orman, Mərmərə Universitetinin rektoru prof. Zafer Gül, İstanbul Universitetinin professorları Mehmet Altan və digər nüfuzlu qonaqlar öz çıxışlarında qloballaşan dünyada Qafqaz və Mərkəzi Asiyanın, həmçinin Azərbaycanın nə qədər önəmli yerə sahib olduğunu vurğuladılar. 
Məlumat üçün qeyd edək ki, 2 gün davam edəcək konqresin işində dünyanın müxtəlif ölkələrinin 15-ə yaxın elm, təhsil ocaqlarının, o cümlədən ABŞ-ın Troy Universitetinin, Böyük Britaniyanın Oksford Universitetinin nüfuzlu alim və tədqiqatçıları iştirak edirlər. Qeyd edək ki, Dövlət İqtisad Universiteti ilə birgə keçirilən bu tədbirin məqsədi  ortaq tarixi və mədəniyyəti bölüşən Qafqaz və Mərkəzi Asiya regionunun qarşılaşdıqları ortaq problemləri təhlil etmək və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etməkdir. Allahverdi Cəfərov http://az.zaman.com.tr/az/newsDetail_getNewsById.action?newsId=33976 16.10.2010


Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya” mövzusunda 3-cü beynəlxalq konqres

14 Ekim 2010 Perşembe

Qafqaz Universitetinde Hepatit Xəstəliyinə Qarşi Mübarizə Kampaniyasi sona erdi

Telebe Dunyasi - AzTV - Qafqaz Universiteti

Bu il 600-dən yuxarı bal toplayan 102 tələbəyə prezident təqaüdü ayrılıb. Onlardan 25 nəfəri “Qafqaz” Universitetinin tələbəsidir.

 


Qafqaz Universitetinde Hepatit Xəstəliyinə Qarşi Mübarizə Kampaniyasi



AZƏRBAYCANDA HEPATİT XƏSTƏLİYİNƏ QARŞI MÜBARİZƏ KAMPANİYASINA BAŞLANIB

“Viral Hepatit Savaş Dərnəyi”, “Lider Qadınlar” İctimai Birliyi və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə hepatit xəstəliyinə qarşı mübarizə kampaniyasına start verilib. Oktyabrın 5-də bununla bağlı təqdimat mərasimi keçirilib.
 “Viral Hepatit Savaş Dərnəyi”nin sədri, professor İsmayıl Balık bildirib ki, kampaniya çərçivəsində Azərbaycanda insanlara pulsuz analiz xidməti göstəriləcək. Hazırda belə bir kampaniya Türkiyədə də həyata keçirilir.
Layihənin koordinatoru Rəqsanə Cəlilova qeyd edib ki, Türkiyədən gələn bütün texniki avadanlıqla təmin edilmiş səyyar laboratoriya paytaxtdan başlayaraq Gəncə, Lənkəran, Lerik, Masallı, Gədəbəy, Goranboy, Şəmkir, Bərdə, Yevlax rayonlarında əhaliyə tibbi xidmət göstərəcək. Xəstəlik aşkarlanmış insanlara Türkiyənin Ankara Universitetinin dəstəyi ilə pulsuz müayinələr, güzəştli müalicə tətbiq olunacaq.
 Bu xəstəliyin daşıyıcılarında müəyyən müddətdən sonra sirroz və qaraciyər xərçəngi əmələ gəlir. Hər bir insan özünü müayinə etdirməlidir. Xəstəlik erkən aşkarlandıqda müalicəsi daha asan olur.
Vurğulanıb ki, xəstəliyə əsasən qan köçürülməsi, steril olmayan alətlərlə müdaxilə, eyni şprisin birdən çox insanda istifadə edilməsi, hamilələrdən uşağa keçmə kimi hallarda yoluxmaq mümkündür.
Kampaniya oktyabrın 20-dək davam edəcək. “Viral Hepatit Savaş Dərnəyi. “ nin kollektivi 11-12-13 oktyabr günlərində universitetimizin ərazisində xidmət göstərəcək. Arzu edənlər muraciət edə bilərlər.
Gərəkli məlumatları Universitetimizin “ Sağlıq Səhiyyə” şöbəsinin doktoru Xanlar Qasımova müraciət edə bilərlər.

“Qloballaşma Prosesində Qafqaz və Mərkəzi Asiya” Konqresi

“Qloballaşma Prosesində Qafqaz və Mərkəzi Asiya” Konqresi
15-17 Oktyabr 2010-cu ildə üçüncüsü keçiriləcək “Qloballaşma Prosesində Qafqaz və Mərkəzi Asiya” Konqresində xüsusilə regionun iqtisadi və beynəlxalq əlaqələri müzakirə olunacaq. İqtisadiyyat ilə əlaqəli Konqres üçün təqdim edilmiş məlumatlar göstərilən dillərin hər hansı birində yazıla bilər.

Qafqaz Universiteti və Azərbaycan Dövləti İqtisad Universiteti tərəfindən Azərbaycan Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Beynəlxalq Türk Əməkdaşlıq və İnkişaf Agentliyi, Lazımsız İtkilərin Azaldılması üzrə Türk Fondu və Azərbaycan Türk Beynəlxalq Sənayeçilər və İşgüzar Cəmiyyətinin dəstəyi ilə 15-17 oktyabr, 2010-cu il tarixində baş tutacaq, iqtisadiyyat və beynəlxalq əlaqələrə həsr olunmuş “Qloballaşma Prosesində Qafqaz və Mərkəzi Asiya” adlı Üçüncü Beynəlxalq Konqres təşkil olunacaq.

Konqresin məqsədi  Qafqazda və Mərkəzi Asiyada münasibətlər, bu ərazilərdə sosial problemlər və s kimi ümumi problemləri əhatə edən məsələlər üzrə müzakirələri təmin etmək və müştərək siyasətləri formalaşdırmaq, müvafiq sahələrdə müxtəlif regional instuitutlarda çalışan alimləri bir araya gətirməkdir.

İştirak etməyi arzu edənlər və ya Konqresə cari problemlərlə əlaqəli müstəqil akademik işlərinin xülasəsini təqdim etmək istəyənlər öz CV-rini (əlaqəli) İngilis dilində olmaqla, e-mail vasitəsilə 15 iyul 2010-dən gec olmayaraq Konqresin Katibliyinə göndərə bilərlər. Lütfən "İqtisadiyyat"la bağlı məktublarınızı congress_economy@ qafqaz.edu.az "Beynəlxalq Münasibətlər"lə əlaqəli olanları isə congress_ir@ qafqaz.edu. az ünvanına Word formatında göndərin. Daha sonra müvəffəqiyyətli iddiaçılardan tam mətn tələb ediləcək.

İqtisadiyyat ilə əlaqəli Konqres üçün təqdim edilmiş məlumatlar göstərilən dillərin hər hansı birində yazıla bilər: İngilis dili, Azərbaycan dili, Türk və ya Rus dili. Beynəlxalq Münasibətlərlə əlaqəli təqdim edilmiş məlumatlar isə yalnız İngilis dilində  olmalıdır.


Konqres Təqvimi

Xülasələri göndərmək üçün son müddət:           15 iyul 2010
Qəbul olunmanın bildirişi:                                 1 Avqust 2010
Məlumatların təqdimi üçün son müddət:            15 sentyabr 2010
Konqres tarixi:                                                15-17 Oktyabr, 2010

Əlavə məlumat üçün link
 

13 Ekim 2010 Çarşamba

Bakıda “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya” mövzusundakı III Beynəlxalq konfrans başlayır

Atif Eyvazov/AZADİNFORM. Oktyabrın 15-17-i tarixlərində Bakıda Təhsil, Sənaye və Energetika, İqtisadi İnkişaf nazirlikləri, Türkiyə Cümhuriyyəti Başnazirliyi Türk Əməkdaşlıq və İnkişaf İdarəsi Başqanlığı (TİKA) Bakı Koordinatorluğu, Azərbaycan-Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyəti (TUSİAB), Türkiyə İsrafi Önləmə Vəqfi, TROY, Azərbaycan Dövlət İqtisad və Qafqaz universitetlərini birgə təşkilatçılığı ilə “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya” mövzusuünda III Beynəlxalq konfrans keçiriləcək. AZADİNFORM xəbər verir ki, bu gün Qafqaz Universitetində toplantı ilə bağlı mətbuat konfransı keçirildi. 
Qafqaz Universitetinin prorektoru Cihan Bulut təmisil etdiyi ali təhsil ocağı tərəfindən 2003 və 2007-ci illərdə sözügdən mövzuda konfrans təşkil etdiyini xatırlatdı. Keçiriləcək toplantıda Azərbaycanla bərabər, ABŞ, Böyük Britaniya, Qazaxıstan, Bolqarıstan, Türkiyə və digər ölkələrin alimlərinin iştirak edəcəyini diqqətə çatdıran C.Bulut konfransa 170-ə yaxın məruzənin təqdim olunduğunu açıqladı. Onun sözlərinə görə, məruzələrin yarısı 13 xarici ölkə alimləri tərəfindən təqdim olunub. Prorektor əlavə etdi ki, konfransda mövzularla yanaşı, Azərbaycanın haqq səsi dünyanın bir sıra ölkələrindən gələn alimlərin diqqətinə bir daha çatdırılacaq.  
Qafqaz Universitetinin İqtisadi və idarəetmə elmləri fakültəsinin dekanı Hazi Eynalov bildirdi ki, hər hansı ölkənin istəyindən asılı olmayaraq qloballaşma, maliyyə  və iqtisadi böhran dövlətlərə təsirsiz ötüşmür. O, açıqladı ki, konfrasda “Maliyyə qloballaşması, sərmayə hərəkətləri, iqtsadi böhranlar və bunların Qafqaz və Mərkəzi Asiyaya təsiri”, “Qlobal iqlim dəyişmələrinin Qafqaz və Mərkəzi Asiyaya təsiri”, “Qafqaz və enerji resursları, layihələri və dünya iqtisadiyyatında yeri”, “Müstəqillikdən sonra Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin inkişaf mərhələləri və xarici siyasət”, “Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin Avrasiya məkanının eneji təhlükəsizliyinin təmin etməsində rolu” və digər mühüm mövzulardan bəhs olunacaq.  
Qeyd edək ki, konfransın açılış mərasimi oktyabrın 15-i Azərbaycan Dövlət İqtisad Universitetində olacaq. Okyabrın 16-ı isə Qafqaz Universitetində bir sıra mövzularda xüsusi seksiyalar keçiriləcək.

5 Ekim 2010 Salı

Azərbaycanda ilk dəfə Yeni Nəsil Şəbəkələr dərsi “ Azercell” in dəstəyi ilə başladı

Azərbaycanda ilk dəfə Yeni Nəsil Şəbəkələr dərsi “ Azercell” in dəstəyi ilə Qafqaz Universitetinin Kompüter mühəndisliyi bölməsinde başladı 
4 oktyabr 2010

04 oktyabr, 2010, Bakı: “Azercell”in təşəbbüsü və birbaşa iştirakı ilə Qafqaz Universitetində Yeni Nəsil Şəbəkələr (New Generation Network) adlı dərs keçirilir. 4-cü kurs üçün nəzərdə tutulan bu dərsdə tələbələrə ən son nəsil texnologiyaya aid zəruri biliklər verilir.
Yeni Nəsil Şəbəkələr (YNŞ) dərsi Qafqaz Universitetinin Kompüter mühəndisliyi bölməsinin proqramına salınıb. 4-cü kurs tələbələri həftədə 4 saat “Azercell”in peşəkar mütəxəssisləri tərəfindən keçirilən dərsdə iştirak edirlər. Proqrama əsasən, hər həftə 2 saat nəzəri biliklərə həsr edilir. Yerdə qalan vaxtın tələbələrin müstəqil işinə sərf olunması planlaşdırılıb. Məşğələlər zamanı tələbələrə araşdırma üçün mövzular təqdim edilir.
Qafqaz Universitetində ilk Yeni Nəsil Şəbəkələr dərsi sentyabrın sonunda keçirilib. “Azercell”in Əsas Şəbəkə əməliyyatları, Mərkəzi dəstək qrupunun təmsilçisi İlham Əkbərov YNŞ-nin əsasları barədə tələbələrə ilkin məlumat verib.

Yeni Nəsil Şəbəkələr dərsi əsasən 4 bölmədən ibarətdir. Fundamental GSM mövzusuna dair mühazirələrdə tələbələrə Komutasiya sistemləri (Switching systems), baza stansiya sistemləri (Base Station Systems), həmçinin GPRS və UMTS-in əsaslarına dair biliklər verilir. Digər bölüm - fundamental transmissiyaya dair dərslərdə isə tələbələr müxtəlif transmissiya sistemləri, əməliyyat və dəstək sistemlərinə dair məlumatlarla tanış olurlar. Onlar həm də İntillegent Şəbəkə Servisi bölməsi çərçivəsində sistemin əsasları, qiymətləndirmə konsepsiyaları, əlavə xidmətlər barədə ətraflı məlumat almaq imkanı qazanmış olurlar.
Yeni Nəsil Şəbəkələr - rəqəmsal rabitənin inkişaf mərhələsində ortaya çıxan texniki həll proqramıdır. Bu, rabitə texnologiyasının inkişafına təkan verən bir konsepsiyadır. YNŞ müasir rabitə sistemlərinin hər bir səviyyəsini əhatə edir. “Azercell Telekom” MMC-nin bu yeni proqram üzrə dərs verməkdə məqsədi tələbələrin universitet bilikləri ilə yanaşı YNŞ sahəsində əldə etdikləri məlumatları cəmləşdirərək, onların bilik və bacarıq səviyyəsini artırmaqdır.
Ümumilikdə, semestr boyunca Qafqaz Universitetində Yeni Nəsil Şəbəkələr dərsi ilə bağlı iki layihənin gerçəkləşdiriləcəyi planlaşdırılıb. Layihələrdən birində tələbələrin hamısı, digərində isə bəziləri könüllü olaraq iştirak edə biləcəklər. Növbəti semestrlərdə “Azercell” mobil rabitə texnologiyaları mövzusunda daha fərqli dərslərin tədrisini planlaşdırır.
Qeyd edək ki, universitetdə tələbələrə təqdim olunacaq müxtəlif mövzuların müvafiq olaraq müxtəlif mütəxəssislər tərəfindən tədris edilməsi “Azercell” şirkətinin yeniliyidir. 

2 Ekim 2010 Cumartesi

Bu il 600-dən yuxarı bal toplayan 102 tələbəyə prezident təqaüdü ayrılıb. Onlardan 25 nəfəri “Qafqaz” Universitetinin tələbəsidir.

Prezident təqaüdünə layiq görülən builki tələbələrlə TQDK-da görüş olub

10:08 / 01.10.2010
Dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ali təhsil müəssisələrinə builki qəbul imtahanlarında ən yüksək nəticə göstərərək Prezident təqaüdünə layiq görülən gənclərlə görüş keçirilib. Prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüşdə komissiyanın sədri Məleykə Abbaszadə, komissiyanın sədr müavini Namiq Əliyev, şöbə müdirləri Tariyel Bədəlov, Arzu Bağırov və başqaları iştirak ediblər. Görüşdə çıxış edən TQDK sədri Məleykə Abbaszadə yüksək nəticə göstərək ali məktəblərə daxil olan tələbələrə öz təbriklərini çatdırıb: “Biz çox şadıq ki, bizim ölkədə belə gənclər var. Ümidvaram ki, sizin aranızda Azərbaycanın məşhur alimləri oturub. İnanıram ki, sizlərdən kimsə müxtəlif sahələrdə yüksək nailiyyətlər əldə edəcək şəxslər olacaq. Arzu edərdim ki, sizlərin arasından birinci azərbaycanlı Nobel mükafatçısı çıxsın. Bu qəbul imtahanı bir daha təsdiqlədi ki, siz gələcək həyata hazırsınız. Bundan sonra, həyatda müxtəlif imtahanlar verməli olacaqsınız. Bu imtahanlardan uğurla keçmək üçün həmişə iradəli olmalı, hər zaman hansı məqsədə qulluq etdiyinizi bilməli və öz vaxtınızı boş-boşuna sərf etməməlisiniz. TQDK-nın işçiləri və kollektivi adından bir daha sizlərin hər birini təbrik edir və gələcək həyatınızda uğurlar arzulayıram”. Komissiya sədri bildirib ki, bu günlərdə prezident İlham Əliyev 2010-2011-ci tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olan tələbələrə prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, bu il 600-dən yuxarı bal toplayan 102 tələbəyə prezident təqaüdü ayrılıb. Onlardan 23 nəfəri Prezident yanında Dövlət İdarəçilik Akademiyasının, 25 nəfəri Tibb Universitetinin, 15 nəfəri Bakı Dövlət Universitetinin, 25 nəfəri “Qafqaz” Universitetinin, 7 nəfəri Dövlət Neft Akademiyasının, 3 nəfəri Dövlət İqtisad Universitetinin, 1 nəfəri Milli Aviasiya Akademiyasının, 1 nəfəri Moskva Dövlət Universitetinin Bakı filialının, 2 nəfəri isə xüsusi təyinatlı tədris müəssisələrinin tələbəsidir. Komissiya sədri vurğulayıb ki, ali məktəblərə keçirilən qəbul imtahanları zamanı ixtisaslar üzrə ən yüksək bal toplayan gənclərə prezident təqaüdü ayrılır: “Hər il TQDK tərəfindən ən yüksək bal toplayan və tələbə adını qazanan gənclərin adı prezidentə təqdim olunur. Sonra dövlət başcısı prezident təqaüdünün verilməsi haqqda müvafiq sərəncam imzalayır. Bu il də biz yüksək nəticə göstərən gənclərin siyahısını prezidentə təqdim etdik və bundan sonra ölkə başçısı təqaüdlərin verilməsi haqqda sərəncam imzaladı”. M.Abbaszadənin dediyinə görə, ənənəvi olaraq bu il də 600-dən yuxarı bal toplayanlar TQDK-ya dəvət olunub və onlarla anket sorğuları keçirilib. Həmin gənclərin həvəsləndirilməsi və ictimaiyyətə tanıdılması üçün silsilə tədbirlər həyata keçirilir. “Abituriyent” jurnalının bir nömrəsinin xüsusi olaraq yüksək nəticə göstərənlərə həsr olunması nəzərdə tutulub. Tədbirin davamında yüksək nəticə göstərən tələbələrə diplomlar və xatirə hədiyyələri təqdim olunub. Daha sonra yüksək nəticə göstərən tələbələr qəbul kampaniyasının təşkili, imtahanların keçirilməsi, test suallarının məzmunu və digər məsələlər üzrə öz fikir, təklif, irad və tövsiyyələrini səsləndiriblər. TQDK rəhbərliyi isə öz növbəsində tələbələri maraqlandıran sualları cavablandırıb. Tədbir qarşılıqlı fikir mübadiləsi çərçivəsində davam etdirilib.
Sevinc QARAYEVA 
www.525.az

Ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadasının qalibləri

I YER
RİYAZİYYAT
Abdullayev Adil Əyyub oğlu Bakı Dövlət Universitetinin    III kurs tələbəsi
FİZİKA
Yusifli Məhəmmədəli Mehman oğlu Bakı Dövlət Universitetinin II kurs tələbəsi
İNFORMATİKA
Kemyakov Əziz Həmzə oğlu M.V.Lomo­nosov adına Moskva Dövlət Universitetinin Bakı Fililalının I kurs tələbəsi
KİMYA
Nəbiyev Vüsal Maqsud oğlu Bakı Dövlət Universitetinin III kurs tələbəsi
AZƏRBAYCAN DİLİ
Xələfova Sahibə Arif qızı Azərbaycan Dövlət Pedaqoji Universitetinin III kurs tələbəsi
AZƏRBAYCAN TARİXİ
Əzimov Sahil Əlsahab oğlu Bakı Dövlət Universitetinin II kurs tələbəsi
AZƏRBAYCAN COĞRAFİYASI
Nağıyev Araz Taleh oğlu Bakı Dövlət Universitetinin   III kurs tələbəsi
ALMAN DİLİ
Məmmədov Cavidan Oruc oğlu Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi
İNGİLİS DİLİ
Bayramova Aygün Cəlal qızı Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi
FRANSIZ DİLİ
Cəlilova Aytən Şahlar qızı Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi
RUS DİLİ
Əliyeva Fəridə Elçin qızı Bakı Slavyan Universitetinin II kurs tələbəsi
II YER
RİYAZİYYAT
Maqsudova Nərminə Aris qızı Bakı Dövlət Universitetinin III kurs tələbəsi
Qədimov Aydın Eldar oğlu Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt Filialının III kurs tələbəsi
FİZİKA
Binnətova Təranə İsmayıl qızı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin III kurs tələbəsi
Əliyeva Balacaxanım Mürşüd qızı Azərbaycan Texniki Universitetinin I kurs tələbəsi
İNFORMATİKA
Məhərov Kamran İbrahim oğlu Qafqaz Universitetinin III kurs tələbəsi
Babaliyev Sahib Məhəmmədrəhim oğlu Azərbaycan Dövlət Neft Akademiyasının III kurs tələbəsi
KİMYA
Əliyeva Vüsalə Arzu qızı Bakı Dövlət Universitetinin III kurs tələbəsi
Köçərli Cavid Arzu oğlu Qafqaz Universitetinin I kurs tələbəsi
AZƏRBAYCAN DİLİ
Əliyeva Aygün Ağaddin qızı Bakı Dövlət Universitetinin III kurs tələbəsi
Əkbərova Səkinə Xanoğlan qızı Azərbaycan Dövlət Pedaqoji Universitetinin III kurs tələbəsi
AZƏRBAYCAN TARİXİ
Musayev Elmar Yusif oğlu Bakı Dövlət Universitetinin  III kurs tələbəsi
Mahmudova Fərəh Bəhlul qızı Azərbaycan Dövlət Pedaqoji Universitetinin II kurs tələbəsi
AZƏRBAYCAN COĞRAFİYASI
Abbasova Vüsalə Sərdar qızı Azərbaycan Dövlət Pedqaoji Universitetinin III kurs tələbəsi
Dadaşova Xumarxanım Dadaş qızı Bakı Dövlət Universitetinin III kurs tələbəsi
ALMAN DİLİ
Məmmədova Nuray Kamil qızı Bakı Dövlət Universitetinin III kurs tələbəsi
İsmayılova Zülfiyyə Qurban qızı Azərbaycan Dillər Universitetinin III kurs tələbəsi
İNGİLİS DİLİ
Ben Naftalı Dinara Elşad qızı Bakı Dövlət Universitetinin     II kurs tələbəsi
Məmmədova Əzizə Baba qızı Azərbaycan Dillər Universitetinin III kurs tələbəsi
FRANSIZ DİLİ
Əliyeva Aysel Əli qızı Azərbaycan Dillər Universitetinin  II kurs tələbəsi
Təhməzova Tamilla Elçin qızı Bakı Slavyan Universitetinin II kurs tələbəsi
RUS DİLİ
Hüseynzadə Sayadxanım Həsən qızı Azərbaycan Dövlət İqtisad Universitetinin I kurs tələbəsi
Əhmədova Gültəkin Əlişad qızı Sumqayıt Dövlət Universitetinin I kurs tələbəsi
III YER
RİYAZİYYAT
Məmmədov Tərlan Cavanşir oğlu H.Əliyev adına Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin II kurs tələbəsi
Hüseynova Aynur Baloğlan qızı Qafqaz Universitetinin II kurs tələbəsi
Həmidzadə Gülzar İsmayıl qızı Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir Fililalının II kurs tələbəsi
FİZİKA
Hüseynova Səkinə Ələddin qızı Azərbaycan Dövlət Pedaqoji Universitetinin II kurs tələbəsi
Kamilzadə Məhəmməd Ramiz oğlu H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin II kurs tələbəsi
Mirzəzadə Bəhrəm Mərifət oğlu Bakı Dövlət Universitetinin II kurs tələbəsi
İNFORMATİKA
Əlizadə Sabir Rəhim oğlu Bakı Dövlət Universitetinin I kurs tələbəsi
Məmmədli Rəhim Nazim oğlu Bakı Dövlət Universitetinin II kurs tələbəsi
İbrahimov Rəşad Rauf oğlu Bakı Dövlət Universitetinin III kurs tələbəsi
KİMYA
Əlizadə Nəriman Salman oğlu Bakı Dövlət Universitetinin I kurs tələbəsi
Əskərov Elçin Sərvan oğlu Azərbaycan Dövlət Neft Akademiyasının III kurs tələbəsi
Zaidova Qumru Ələsgər qızı Azərbaycan Dövlət Pedaqoji Universitetinin III kurs tələbəsi
AZƏRBAYCAN DİLİ
Əsgərov İlkin Vahid oğlu Azərbaycan Müəllimlər İnstitutunun II kurs tələbəsi
Şərifova Almaz Həsən qızı Sumqayıt Dövlət Universitetinin III kurs tələbəsi
Həmidov Murad Hüseyn oğlu Azərbaycan Dövlət İqtisad Universitetinin III kurs tələbəsi
AZƏRBAYCAN TARİXİ
Abdullayev Səlahəddin İlqar oğlu Azərbaycan Texnologiya Universitetinin I kurs tələbəsi
Quliyev Turqut Rəşid oğlu Azərbaycan Dövlət İqtisad Universitetinin I kurs tələbəsi
Heydərova Günay Yavər qızı Bakı Dövlət Universitetinin II kurs tələbəsi
AZƏRBAYCAN COĞRAFİYASI
Bayramov Akif Rayəddin oğlu Bakı Dövlət Universitetinin   II kurs tələbəsi
Qocayeva Leyla Vaqif qızı Sumqayıt Dövlət Universitetinin II kurs tələbəsi
Mustafayev Anar İbrahim oğlu Bakı Dövlət Universitetinin III kurs tələbəsi
ALMAN DİLİ
Xıdırova Ləman Zaur qızı Bakı Avrasiya Universitetinin  III kurs tələbəsi
Xəlilova Aysen Elman qızı Azərbaycan Dillər Universitetinin III kurs tələbəsi
Salmanova Nərminə Stanislav qızı Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi
İNGİLİS DİLİ
Əhmədov Kamran Mahmud oğlu Qafqaz Universitetinin II kurs tələbəsi
Rusifit Pərvanə Səxavət qızı Azərbaycan Dillər Universitetinin III kurs tələbəsi
Yadigarova Leyla Akif qızı Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi
FRANSIZ DİLİ
Rüstəmova Şöbət Rüstəm qızı Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi
Tağıyeva Samirə Əsədulla qızı Azərbaycan Dillər Universitetinin III kurs tələbəsi
Salmanova Nuranə Amil qızı Azərbaycan Dövlət Pedaqoji Universitetinin III kurs tələbəsi
RUS DİLİ
Hacınəbiyeva Türkanə İlham qızı Bakı Dövlət Universitetinin III kurs tələbəsi
Əliyeva Əsmər Qəzənfər qızı Bakı Slavyan Universitetinin  I kurs tələbəsi
Kazımova Sevda Tofiq qızı Sumqayıt Dövlət Universitetinin II kurs tələbəsi
HƏVƏSLƏNDİRİCİ
RİYAZİYYAT
Allahverdiyev Nəsimi Nəsib oğlu H.Əliyev adına Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin II kurs tələbəsi
İsgəndərov Səxavət Nərbala oğlu Sumqayıt Dövlət Universitetinin III kurs tələbəsi
Əhmədova Mətanət Nazim qızı Azərbaycan Dövlət Neft Akademiyasının II kurs tələbəsi
Məmmədova Aidə Beybala qızı Azərbaycan Dövlət Pedaqoji Universitetinin II kurs tələbəsi
Aslanzadə Rüfət Etibar oğlu Azərbaycan Texniki Universitetinin II kurs tələbəsi
Muradov Vahid Vidadi oğlu Lənkəran Dövlət Universitetinin II kurs tələbəsi
FİZİKA
Bayramzadə Niyyət Nizami oğlu Qafqaz Universitetinin  III kurs tələbəsi
Ramazanov Fərid Zülfüqar oğlu H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin II kurs tələbəsi
İNFORMATİKA
Cavadov Əsgər Telman oğlu Qafqaz Universitetinin III kurs tələbəsi
Ağayev Rauf İbrahim oğlu Qafqaz Universitetinin III kurs tələbəsi
Nuriyev Nüsrət Hikmət oğlu Bakı Dövlət Universitetinin   III kurs tələbəsi
KİMYA
Rəhimli Gülər Sədrəddin qızı Bakı Dövlət Universitetinin III kurs tələbəsi
Quliyeva Aysel Rəhim qızı Gəncə Dövlət Universitetinin  I kurs tələbəsi
Camalzadə Şəhriyar Zahid oğlu Naxçıvan Dövlət Universitetinin III kurs tələbəsi
Həşimzadə Fuad Əliəkbər oğlu Bakı Dövlət Universitetinin  I kurs tələbəsi
AZƏRBAYCAN DİLİ
Cəlilova Rəna Vasif qızı Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt Filialının II kurs tələbəsi
Əhmədəliyeva Leyla Natiq qızı Bakı Dövlət Universitetinin  I kurs tələbəsi
Xudaverdiyeva Nərmin Siyavuş qızı Azərbaycan Dövlət Pedaqoji Universitetinin III kurs tələbəsi
AZƏRBAYCAN TARİXİ
İsmayilov İsmayıl Hüseyn oğlu Bakı Dövlət Universitetinin  I kurs tələbəsi
Qasımov Xəyal Ələkbər oğlu Bakı Dövlət Universitetinin I kurs tələbəsi
Qulamov Rəhməddin Vaqif oğlu Təfəkkür Universitetinin  I kurs tələbəsi
Pənahov Hüseyn Faiq oğlu Azərbaycan Dövlət İqtisad Universitetinin I kurs tələbəsi
Hüseynov Qadir Rafiq oğlu H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin I kurs tələbəsi
AZƏRBAYCAN COĞRAFİYASI
Mahmudova Günel Elşad qızı Lənkəran Dövlət Universitetinin III kurs tələbəsi
Vəlixanlı Polad Məhəbbət oğlu Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının I kurs tələbəsi
ALMAN DİLİ
Baxışova Vüsalə Saməddin qızı Azərbaycan Dillər Universitetinin III kurs tələbəsi
Qasımova Fəridə Babastan qızı Bakı Slavyan Universitetinin I kurs tələbəsi
Məmmədli Aysel Məqsəd qızı Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi
İNGİLİS DİLİ
Zelmanoviç Lina Gennadyevna Azərbaycan Dillər Universitetinin I kurs tələbəsi
Mehdiyeva Fidan Aydın qızı Azərbaycan Dillər Universitetinin III  kurs tələbəsi
Zaidova Nərgiz Zaid qızı Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi
Kərimov Orxan Nizami oğlu Azərbaycan Dövlət Neft Akademiyasının III kurs tələbəsi
Zamanov Zəka İsmayıl oğlu H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin III kurs tələbəsi
Ağazadə Nigar Aslan qızı Bakı Dövlət Universitetinin  III kurs tələbəsi
Kərimov Elnur Elçin oğlu Qafqaz Universitetinin II kurs tələbəsi
Hacızadə Samir Bəhmən oğlu Bakı Slavyan Universitetinin  I kurs tələbəsi
FRANSIZ DİLİ
İsmayılova Aydan Əziz qızı Bakı Dövlət Universitetinin III kurs tələbəsi
Tahirova Sevinc Oktay qızı Bakı Dövlət Universitetinin  II kurs tələbəsi
RUS DİLİ
Nəbiyeva Aytəkin Paşa qızı Bakı Slavyan Universitetinin I kurs tələbəsi
Hüseynov Elçin Alik oğlu Odlar Yurdu Universitetinin I kurs tələbəsi