"Azercell" tələbələrə "Barama" layihəsi çərçivəsində staj proqramı keçir

Qafqaz Universitetinin tələbələri "Barama" innovasiya mərkəzində araşdırmaya başlayıblar. Bu ali təhsil ocağının 10 tələbəsi "Azercell"in təşəbbüsü ilə yaradılan "Barama" layihəsi çərçivəsində iqtisadi-analitik tədqiqat işi aparır.

   "Barama" ofisindəki imkanlardan istifadə edərək strateji araşdırma aparan tələbələr, həmçinin, biznesin inkişaf etdirilməsi üzrə staj keçmiş olurlar. Proqramın unikallığı ondan ibarətdir ki, tələbələr layihə çərçivəsində həm praktik biliklər qazanır, həm də şirkətlərin reallıqda üzləşdiyi məsələləri ətraflı tədqiq edirlər. Bu işdə onlara "Azercell" şirkətinin əməkdaşları yardımçı olurlar. Tədqiqat işi üçün tələbələrə 2 həftə vaxt ayrılıb. Gənclər verilən mövzu ilə bağlı hərtərəfli analiz aparacaq və mövzuya dair bir çox suallara cavab axtaracaqlar. Tələbələr müxtəlif problemlərin yaranma səbəbləri, onların səviyyəsinə təsir edən amilləri aydınlaşdıracaq və həmin problemlərin qarşısının effektiv şəkildə alınması üçün həll yolları təklif edəcəklər. "Azercell"in təşəbbüsü və birbaşa qatqısı ilə gerçəkləşən "Barama" layihəsi İnformasiya Kommunikasiya Texnologiyaları sahəsinə marağı olan istedadlı gənclərə öz ideyalarını reallaşdırmaq imkanı qazandırır. Bu tədqiqat işi, "Azercell"lə yanaşı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən də dəstəklənir. Proqram çərçivəsində araşdırma ilə məşğul olan tələbələrə məvacib də ayrılıb. Bu araşdırma proqramı Qafqaz Universiteti tələbələrində Barama layihəsinin məqsəd və məramları haqqında daha dolğun təsəvvür formalaşmasına yardım edəcək. Bundan əlavə, araşdırmanın nəticəsi şirkətin fəaliyyəti zamanı qərar vermə prosesində də nəzərə alınacaq. Odur ki, bu staj proqram özünü təsdiq etmək istəyən istedadlı gənclər üçün gözəl bir şans, bacarıqlarını artırmaq və nümayiş etdirmək üçün unikal bir təcrübədir. 

http://baki-xeber.com/new/2010/10/15/get=50651

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır