Bakıda “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya” mövzusundakı III Beynəlxalq konfrans başlayır

Atif Eyvazov/AZADİNFORM. Oktyabrın 15-17-i tarixlərində Bakıda Təhsil, Sənaye və Energetika, İqtisadi İnkişaf nazirlikləri, Türkiyə Cümhuriyyəti Başnazirliyi Türk Əməkdaşlıq və İnkişaf İdarəsi Başqanlığı (TİKA) Bakı Koordinatorluğu, Azərbaycan-Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyəti (TUSİAB), Türkiyə İsrafi Önləmə Vəqfi, TROY, Azərbaycan Dövlət İqtisad və Qafqaz universitetlərini birgə təşkilatçılığı ilə “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya” mövzusuünda III Beynəlxalq konfrans keçiriləcək. AZADİNFORM xəbər verir ki, bu gün Qafqaz Universitetində toplantı ilə bağlı mətbuat konfransı keçirildi. 
Qafqaz Universitetinin prorektoru Cihan Bulut təmisil etdiyi ali təhsil ocağı tərəfindən 2003 və 2007-ci illərdə sözügdən mövzuda konfrans təşkil etdiyini xatırlatdı. Keçiriləcək toplantıda Azərbaycanla bərabər, ABŞ, Böyük Britaniya, Qazaxıstan, Bolqarıstan, Türkiyə və digər ölkələrin alimlərinin iştirak edəcəyini diqqətə çatdıran C.Bulut konfransa 170-ə yaxın məruzənin təqdim olunduğunu açıqladı. Onun sözlərinə görə, məruzələrin yarısı 13 xarici ölkə alimləri tərəfindən təqdim olunub. Prorektor əlavə etdi ki, konfransda mövzularla yanaşı, Azərbaycanın haqq səsi dünyanın bir sıra ölkələrindən gələn alimlərin diqqətinə bir daha çatdırılacaq.  
Qafqaz Universitetinin İqtisadi və idarəetmə elmləri fakültəsinin dekanı Hazi Eynalov bildirdi ki, hər hansı ölkənin istəyindən asılı olmayaraq qloballaşma, maliyyə  və iqtisadi böhran dövlətlərə təsirsiz ötüşmür. O, açıqladı ki, konfrasda “Maliyyə qloballaşması, sərmayə hərəkətləri, iqtsadi böhranlar və bunların Qafqaz və Mərkəzi Asiyaya təsiri”, “Qlobal iqlim dəyişmələrinin Qafqaz və Mərkəzi Asiyaya təsiri”, “Qafqaz və enerji resursları, layihələri və dünya iqtisadiyyatında yeri”, “Müstəqillikdən sonra Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin inkişaf mərhələləri və xarici siyasət”, “Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin Avrasiya məkanının eneji təhlükəsizliyinin təmin etməsində rolu” və digər mühüm mövzulardan bəhs olunacaq.  
Qeyd edək ki, konfransın açılış mərasimi oktyabrın 15-i Azərbaycan Dövlət İqtisad Universitetində olacaq. Okyabrın 16-ı isə Qafqaz Universitetində bir sıra mövzularda xüsusi seksiyalar keçiriləcək.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır