“Çağ” Öyrətim İşlətmələri təhsilin ən yüksək zirvəsində

“Çağ” Öyrətim İşlətmələri təhsilin ən yüksək zirvəsində

 Hər il, bir ənənə olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi və “Çağ” Öyrətim Şirkəti dərs ilinin başlanğıcında “Təhsilimizin ulduzları” adlı proqram keçirir. Proqramda Azərbaycan Respublikası Təhsil Nazirliyinə tabe olan, ölkə təhsil sistemində özünəməxsus yeri və rolu olan “Çağ” Öyrətim şirkətinin təhsil müssisələrində məzun olmuş və yüksək bal toplayaraq seçdikləri ali məktəblərə qəbul olunmuş məzunlarla, həmçinin 2009-2010-cu dərs ilində beynəlxalq fənn olimpiadalarında yüksək nəticə əldə edərək ölkəmizə qızıl, gümüş və bürünc medallar gətirən şagirdlərlə görüş keçirilir, onların qələbələri, əldə etdikləri nailiyyətlər mükafatlandırlır.

Bu il də eyni məqsədlə “Qafqaz” universitetində geniş tədbir keçirildi. Əvvəlcə, ənənəvi olaraq Ümumilli Liderimiz və “Çağ” Öyrətim Şirkətinin Fəxri Baş Müəllimi Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və şəhid müəllimlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı səsləndi. Daha sonra “Çağ” Öyrətim İşlətmələrinin fəaliyyətindən, eləcədə 2010-cu il Beynəlxalq fənn olimpiadalarında qazanılan qələbələr və məzunlarının ali məktəblərə qəbul imtahanlarında əldə etdikləri nailiyyətlərdən bəhs edən qısametrajlı filmin nümayişi olundu. Tədbirdə çıxış edən “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Enver Özeren öncə, toplantı iştirakçılarını salamladı və tədbirin mahiyyəti haqqında qısa məlumat verdi. E. Özeren çıxışında bildirdi ki, burada qazanılan müvəffəqiyyətlər bizə göstərilən etimada sədaqətlə şüarımıza sadiq olaraq çalışmağımızın nəticəsidir. Bu məsuliyyəti üzərimizdə hiss edərək fəaliyyət göstərməyimiz Azərbaycanın təhsildə medallar aləminə yüksəlməsi deməkdir. Beynəlxalq elm olimpiadalarında və ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərən tələbələrimizi təbrik edirəm. Azərbaycan prezidentinin “Çağ” Öyrətim İşlətmələrinin fəaliyyəti ilə bağlı Türkiyə Cümhuriyyətinin prezidenti Abdulla Güllə görüşlərində razılığını bildirməsi,  fəaliyyətimizin daha da genişləndirilməsini istədiyini deməsi və “Çağ” Öyrətim İşlətmələri “Ümummilli Liderin əmanətidir” deməsi hamımızın məsuliyyətini daha da artırır və üzərimizə çox böyük məsuliyyətlər qoyur.
Sonra, 2009-2010-cu tədris ilində beynəlxalq fənn olimpiadalarında yüksək nəticə əldə edən şagirdlərin və ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunların təltif edilməsi və mükafatlandırılması mərhələsinə keçildi. Şagird və məzunlar 2000 manatadək pul mükafatı eləcədə qiymətli hədiyyələrlə təltif edildilər. Mükafatları Ombudsman Elmira xanım Süleymanova,Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin müsteşarı Kaan Yılmaz, Millət Vəkilləri Cəmil Həsənli, Məcnun Şükürov, General-mayor Novruzəli Orucov və  Azərbaycan Respublikasının Təhsil Naziri Misir Mərdanov təqdim etdilər.  Toplantıda Azərbaycan Respublikasının Təhsil Naziri Misir Mərdanov geniş çıxış etdi. Nazir bildirdi ki, “Çağ” Öyrətim İşlətmələri Şirkəti 20 ilə yaxındır ki, Azərbaycanda fəaliyyət göstərir. Ötən bu illər ərzində bu Şirkətdən biz çox şeyləri öyrəndik, bu gün də öyrənirik, sabah da öyrənəcəyik. Hələ 1993–cü ilin əvvəlində Ümummilli Liderimiz Heydər Əliyevin xeyir duası ilə ilk dəfə Naxçıvanda fəaliyyətə başlamış “Çağ” Öyrətim İşlətmələri Şirkəti bu gün Azərbaycanda öz fəaliyyətini kifayət qədər genişləndirmişdir. Bu günkü şəraitə görə biz Azərbaycan prezidenti İlham Əliyevə minnətdar olmalıyıq.
Gəlin elə düşünməyəkki, “Çağ” Öyrətim İşlətmələrinin “Qafqaz” Universiteti, Araz kursları, Azərbaycan-Türkiyə Özəl Liseyləri və digər tədris müəssisələri asanlıqla başa gəlib. Bu gərgin, ardıcıl çəkilən zəhmətlərin nəticəsidir ki, bu gün, 20 ilə yaxın müddət bundan əvvəl əkdiyimiz ağacın meyvələrini sevinc hissi ilə dəririk. Meyvələr isə kifayət qədər dadlı, kifayət qədər qiymətli, kifayət qədər öyünməlidir. Bu meyvələr bu salonda gördüyümüz uşaqlardır. Biz bundan xüsusi qürur hissi keçiririk.
Mən bir daha təkrar edirəm ki, biz bu Şirkətdən çox şeyi öyrənsəkdə hələ, lap çox şeyi öyrənə bilməmişik. Belə bir fərəhləndirici, xoş gündə mən hamıdan daha çox sevinən bu balaları, fidanları, valideynləri təbrik edirəm. Biz də onlarla fəxr edirik. Bu uşaqların yetişməsində valideyinlərlə bərabər bəlkə də daha çox əməyi olan müəlimləridə təbrik edirəm, onların hər birinə mohkəm cansağlığı müvəffəqiyyətlər diləyirəm.
Bu il “Qafqaz” Universitetinə 85 tələbə qəbul olunmasını nəzərdə tutmulmasına baxmayaraq 285 nəfər qəbul olundu. Bu nəzərdə tutulduğundan bir neçə dəfə çoxdur. Ancaq, Azərbaycanın elə universiteti var ki, cəmi dörd nəfər qəbul olunub. Bu o deməkdir ki, “Çağ” Öyrətimin tədris müəssisələri “Qafqaz” Universiteti Azərbaycan xalqının etimadını qazanıb. Əminəm ki, vaxt gələcək Azərbaycanın bütün məktəbləri “Çağ” Öyrətimin məktəbləri kimi inkişaf edəcək. Onda Azərbaycan məktəbi inkişafın ən yüksək zirvəsində olacaq. O zaman, ali məktəblərə qəbul imtahanları keçirməyə ehtiyac olmayacaq. Bu məktəbləri bitirən hər kəs ali məktəbə qəbul olacaq. Belə məktəbləri bitirənlərdən təkrar imtahan götürməyə ehtiyac yoxdur. Mən o günü görürəm və hər bir Azərbaycan vətəndaşını o gün uğrunda mübarizə aparmağa səsləyirəm”.
Tədbirdə çıxış edən Ombudsman Elmira Süleymanova, Türkiyənin Azərbaycandakı Səfirliyinin müsteşarı Kaan Yılmaz, Millət vəkilləri Cəmil Həsənli, Məcnun Şükürov və General-mayor Novruzəli Orucov əldə olunmuş nailiyyətlərdən qürur hissi keçirdiklərini qeyd etdilər. “Çağ” Öyrətim İşlətmələrinin rəhbərliyinə tədris müəssisələrində çalışan bütün kollektvinə minnətdarlıqlarını bildirdilər.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF