ürkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfirinin yeni təyin olunmuş mətbuat müşaviri Habib Kayan ile “Çağ” Öyrətim İşlətmələrində görüş

“Çağ” Öyrətim İşlətmələrində görüş

Oktyabrın 26-da “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Enver Özeren və Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfirinin yeni təyin olunmuş mətbuat müşaviri Habib Kayanı və “Zaman” qəzetinin Baş direktoru Süleyman Ünalı qəbul ediblər. Səmimi şəraitdə keçən görüşdə E. Özeren və A. Gömleksiz səfirliyin yeni təyin olunmuş mətbuat müşaviri H. Kayanı təbrik etdilər, ona gələcək, olduqca məsuliyyətli işlərində uğurlar dilədilər. 
     Sonra yeni təyin olunmuş mətbuat müşaviri H. Kaya və “Zaman” qəzetinin Baş direktoru S. Ünal, Bakı Özəl Türk Liseyini gəzərək liseyin tədris şəraiti və bir qrup müəllim heyəti ilə tanış olublar. Qonaqlar liseyin müəllim və şagirdləri üçün hazırlanmış şəraitdən razılıqlarını bildiriblər və Bakı ÖTL-nin kollektivinə yeni tədris ilində uğurlar diləyiblər.

  http://www.cag.edu.az/haber.php?id=114
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF