“Yüksələn təhsilimizin bayraqdarı-Azərbaycan məktəblisi”

“Yüksələn təhsilimizin bayraqdarı-Azərbaycan məktəblisi”


     Qafqaz Universitetində 2010-2011-ci dərs ilinə həsr edilmiş “Yüksələn təhsilimizin bayraqdarı-Azərbaycan məktəblisi” adlı tədbir keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə təhsil naziri Misir Mərdanov, Milli Məclisin deputatları, təhsil işçiləri, tələbələr, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin gənclərə və onların təhsilinə göstərdiyi diqqət və qayğıdan söz açan təhsil naziri Misir Mərdanov müasir dövrdə təhsilin önəmli rolu, ölkə təhsilinin inkişaf istiqamətləri və bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər barədə fikirlərini bildirib. Nazir “Çağ” Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinin səmərəli olduğunu, təhsilimizə layiqli töhfələr verdiyini qeyd edib.
“Çağ” Öyrətim İşlətmələri Şirkətinin İdarə Heyətinin sədri Ənvər Özərən ulu öndər Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini bildirib.
Azərbaycan-Türkiyə özəl liseylərində və “Araz” kurslarında təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan bəhs edən Ə.Özərən Beynəlxalq fənn olimpiadalarında, bilik müsabiqələrində iştirak edən şagirdlərin qazandıqları uğurlu nəticələr haqqında da məlumat verib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və digər çıxış edənlər təhsilimizə göstərilən dövlət qayğısından danışıb, təhsildə nailiyyət qazanan şagirdləri və tələbələri təbrik edib, onlara yeni müvəffəqiyyətlər arzulyıblar.
Sonra təhsil müəssisələrinin nailiyyətlərini əks etdirən film nümayiş etdirilib. Azərbaycan-Türkiyə özəl liseylərinin və “Araz” kurslarının beynəlxalq fənn olimpiadalarında və bilik müsabiqələrində uğur qazanan şagirdlərinə, ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunlarına və yüksək balla Qafqaz Universitetinə qəbul olunmuş tələbələrə mükafatlar verilib.

18.10.2010     www.sia.az  http://www.cag.edu.az/basind.php?id=29


Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF