Her ömür bir kitabdır

“Ömər müəllim ömrünü şərəfli bir peşəyə həsr edib. Onun bu həyatdakı əsas məqsədi insan yetişdirmək olub”,- deyən universitetinin rektoru professor Əhməd Saniç Ömər Okumuşun müəllimlik fəaliyyətinin bütün təhsil işçiləri üçün nümunə olduğunu vurğulayıb.
 Hazırda Qafqaz Universitetində pedaqogika fakültəsinin türk dili və ədəbiyyatı kafedrasının müdiri olan Ömər Okumuş 1999-2001-ci illərdə bu ali təhsil müəssisəsinin rektoru olub. Ondan əvvəl isə o, Beynəlxalq
Şərq Universitetinə və Dərbənd Humanitar İnstitutuna rəhbərlik edib.
Dünən Qafqaz Universitetində pedaqogika fakültəsinin türk dili və ədəbiyyatı kafedrasının müdiri, professor Ömər Okumuşun 70 illik yubileyi münasibətilə tədbir keçirilib. “Hər ömür bir kitabdır” adlı tədbirdə iştirak edən müəllim və tələbə heyəti Ömər Okumuşun həyat və fəaliyyətinə, keçdiyi həyat yoluna nəzər salıblar.
Universitetin rektoru, professor Əhməd Saniç yubilyarı ulu çinara bənzədərək, onun bütün çətinliklərə sinə gərdiyini söylədi. “Ömər müəllim ömrünü şərəfli bir peşəyə həsr edib. Onun bu həyatdakı əsas məqsədi insan yetişdirmək olub”,- deyən universitet rektoru Ömər Okumuşun müəllimlik fəaliyyətinin bütün təhsil işçiləri üçün nümunə olduğunu vurğuladı. Ə. Saniç həmçinin yubilyarı xatirə plaketi ilə təltif etdi.
Azərbaycan Respublikası Təhsil Şurasının (ARTŞ) sədri, professor Əjdər Ağayev də yubilyarın şərəfli bir ömür yaşadığını söylədi və belə bir insanı yaxından tanıdığı üçün özünü bəxtiyar hiss etdiyini bildirdi.
Daha sonra əməkdar müəllim Aliyə Təhmasib ARTŞ-nin “Ləyaqət” diplomunu Ömər Okumuşa təqdim etdi.
Sonda söz alan yubilyar tədbirə görə təşəkkürlərini bildirdikdən sonra tələbələrinə öz tövsiyələrini verdi. “Biz zəngin bir mədəniyyətin mirasçılarıyıq. Özümüzlə fəxr etmək üçün kifayət qədər əsasımız var. Ona görə də heç kimin təsiri altına düşmədən öz gələcəyimizi qura bilərik”,- deyə o bildirdi. Ö. Okumuş həmişə kitab oxumağın vacibliyini də vurğuladı: “Kitabı sevmək lazımdır. Texnologiya nə qədər inkişaf etsə də, həmişə kitab oxumaq vacibdir. Heç nə kitabı əvəz edə bilmir. Kitab sevgisini adətə çevirmək lazımdır”.
 HÜMMƏT ÖMƏR 25.11.2010
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF