“Azercell”in Tələbə Təqaüdü Proqramının qalibləri bəlli oldu

 
 
Tələbələrə dəstək və qayğı göstərən “Azercell” şirkəti 7 tələbəyə hər ay 200 AZN məbləğində təqaüd verəcək.

“Azercell Telekom” MMC-nin bu il noyabrın 1-də elan etdiyi Tələbə Təqaüdü Proqramının nəticələri müəyyən edilib. Mərhələli seçim prosesinin sonunda tələbə “Azercell”in Təqaüdçüsü adına layiq görülüb. Proqram qalibi olan bu tələbələr ali təhsil müddətinin sonunadək “Azercell” şirkəti tərəfindən 200 AZN məbləğində aylıq təqaüd alacaqlar.

Tələbə Təqaüdü Proqramının üstünlüyü yalnız maddi dəstəklə bitmir. Təqaüdlə yanaşı, bu gənclər telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər.

Aşağıda adları çəkilən tələbələr 2011-ci il “Azercell”in Tələbə Təqaüdü Proqramının qalibləri elan olunublar:

1. Cəfərov Elvin Yaqub oğlu, Azərbaycan Dövlət İqtisad Universiteti, Maliyyə fakültəsi, 4-cü kurs
2. Cəfərov Vəli Əli oğlu, Qafqaz Universiteti, Kompüter Mühəndisliyi fakültəsi, 5-ci kurs
3. Əfəndiyev Elvin Nizami oğlu, Bakı Dövlət Universiteti, Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsi, 4-cü kurs
4. Kazımzadə Günay Tofiq qızı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Tətbiqi Riyaziyyat fakültəsi, 3-cü kurs
5. Mürvətov Kamran Əli Əsgər oğlu, Azərbaycan Dövlət İqtisad Universiteti, Beynəlxalq İqtisadi Münasibətlər fakültəsi, 3-cü kurs
6. Qayıbov Tural Söhbət oğlu, Azərbaycan Dövlət İqtisad Universiteti, Maliyyə fakültəsi, 3-cü kurs
7. Şükürov Orxan Asif oğlu, Qafqaz Universiteti, Sənaye Mühəndisliyi fakültəsi, 5-ci kurs

Qeyd edək ki, proqramda seçim prosesi bir neçə mərhələdən ibarət olmuşdur. İlk mərhələdə proqram üçün müraciət edən tələbələr məntiq məsələlərindən ibarət yazılı tapşırıqları yerinə yetirib, həmçinin müxtəlif mövzularda ingilis dilində inşa yazmışdılar. Son mərhələdə tələbələr “Azercell” şirkətində rəhbər vəzifələrdə çalışan işçi və mütəxəssisləri tərəfindən keçirilən üz-üzə müsahibələrdə öz akademik bilikləri, dünya görüşü, elmə və təhsilə həvəsini göstərmək imkanına malik olmuşlar. Bütün mərhələlərdən uğurla keçən tələbələr təqaüd proqramının qalibləri seçilmişlər.

Tələbə Təqaüdü Proqramının məqsədi müvəffəqiyyətlə təhsil alan tələbələrə xüsusi qayğı göstərmək və onlara gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmaqdır. Daim Azərbaycanın akademik potensialının yüksəlməsinə yönəlmiş layihələri dəstəkləyən “Azercell” şirkəti Tələbə Təqaüdü Proqramı üzrə müraciət göndərən bütün tələbələrə minnətdarlığını bildirir və qalibləri təbrik edir.


 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır