Bakıda “TeliaSonera Avrasiya”-nın konfransı keçirildi

“Azercell”-in ev sahibliyi ilə “Mobil rabitə və sosial inkişaf” adlı forumunda tanınmış alimlər iştirak etdi
25 noyabr 2010-cu il tarixində “Gülüstan” sarayında TeliaSonera Avrasiya Şirkətlər qrupu tərəfindən təşkil olunan “Mobil rabitə və sosial inkişaf” (MRSİ) konfransı keçirildi. “Azercell Telekom” MMC-nin təşəbbüsü və Qafqaz Universitetinin əməkdaşlığı ilə baş tutan bu tədbirin əsas məqsədi mobil rabitənin iqtisadi və sosial inkişafa olan mühüm təsirlərini təqdim etməklə bərabər, onların gündəlik həyatımızdakı rolunun bir daha öyrənib, yeni nəsil xidmətlər barəsində mütəxəssislər arasında müzakirə açmaqdır.
Bu geniş forumda dünyanın bir çox ölkəsindən olan iş adamları, tədqiqatçılar, alimlər, proqram tərtibatçıları və sənaye üzrə mütəxəssislər bir araya gəldi. Onlar mobil təhsil, mobil biznes, mobil cəmiyyət, o cümlədən xidmətlərin formalaşması, onların göstərilməsi, təhsil, biznes və onların cəmiyyətə təsiri kimi müxtəlif aspektli mövzular ətrafında diskussiya açdılar. “Mobil rabitə və sosial inkişaf” TeliaSonera Avrasiya Konfransında həmçinin mobil ticarət, mobil cihazda işləyən simsiz internet texnologiyaları, telefondan istifadə edərək təhsil və tədris, müəllim və tələbələri dəstəkləyən mobil texnologiya, mobil əyləncə xidmətləri və platformaları kimi çox maraqlı məsələlərdən də söz açıldı. Forum iştirakçıları müasir biznes modelləri və strukturları, eləcə də yeni texnologiya və onların həll variantları ətrafında fikir mübadiləsi apardılar.
Konfransın açılışında TeliaSonera Avrasiya Şirkətlər qrupunun prezidenti Tero Kivisaari və şirkətin vitse-prezidenti Halim Ates də çıxış etdi. Forumda həmçinin TeliaSonera Avrasiya şirkətlər qrupuna daxil mobil operatorların prezidentləri də nitq söyləyərək, öz ölkələrində ən qabaqcıl təcrübələri bölüşdülər.
Konfrans çərçivəsində “Azercell Telekom”-un prezidenti Ali Ağan şirkətin müxtəlif sahələr üzrə verdiyi töhvələrdən söz açdı. Belə ki, “Azercell”-in təşəbbüsü və dəsəyi ilə keçirilən Uşaq Qaynar Xətti, Mobil Diş Klinikası, ölkəmizin hətta kiçik kəndlərində qurduğu stansiyalar, M-bankinq, Vergilər Nazirliyi və Dövlət Yol Polisi ilə bərabər keçirilən layihələr qonaqların diqqətinə təqdim olundu.
“Mobil rabitə və sosial inkişaf” (MTSD) TeliaSonera Avrasiya Konfransına mobil texnologiyalar sahəsində tanınmış alimlər də dəvət oludu. Qana Yüksək İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Doroti Qordon, Mobil Government Consortium İnternational təşkilatının rəhbəri, “Mobil hökumət: e-hökumət üçün əsas qaydalar” kitabının müəllifi İbrahim Kuşçu iştirakçılar qarşısında mühazirə söylədilər. Onlar sosial dəyişikliyin gücləndirilməsində mobil operatorların oynadığı rol haqqında danışdılar.


Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır