"İki sahil" qəzetinin əməkdaşları "Çağ" Öyrətim İşlətmələri Şirkətinin Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsində olmuşlar

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və bu nəşrin bir qrup əməkdaşı "Çağ" Öyrətim İşlətmələri Şirkətinin Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsində və Bakı Özəl Türk Liseyində olmuşlar. Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz qonaqlara liseylərin fəaliyyətə başladığı vaxtdan keçən müddətdə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat vermişdir.
Görüşdə, həmçinin gələn il keçirilməsi nəzərdə tutulan V Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasına (İNEPO) hazırlıqla bağlı fikir mübadiləsi aparılmışdır. Qeyd edək ki, ötənilki olimpiadada mükafatlandırılan mətbuat rəhbərlərindən biri də V.Rəhimzadə olmuşdur.
Sonra qonaqlar Bakı Özəl Türk Liseyinə gələrək burada sinif otaqları, laboratoriyalar, kitabxanalar və məişət şəraiti ilə tanış olmuşlar. Qəzetin əməkdaşları şagirdlər üçün yaradılmış şəraitdən məmnun qalmış, Azərbaycan-Türkiyə Özəl Liseyləri İdarəsinin və Bakı Özəl Türk Liseyinin kollektivlərinə gələcək fəaliyyətlərində nailiyyətlər arzulamışlar.
AzərTAc
http://xalqqazeti.com/az/education/iki-sahil-qezetinin-emekdashlari-chagh-oyretim-ishletmeleri-shirketinin-azerbaycan-turkiye-ozel-liseyleri-bash-idaresinde-olmushlar

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF