Sumqayıtda şəhər olimpiadasının ənənəvi açılış mərasimi keçirilib

Dekabrın 4-də Sumqayıt Şəhər Uşaq Yaradıcılıq Mərkəzində 2010-2011-ci tədris ili fənn olimpiadalarının şəhər turunun açılış mərasimi keçirilib. Əvvəlcə Sumqayıt Özəl Türk Liseyinin şagirdləri və tədbir iştirakçıları şəhər Şəhidlər Xiyabanına gedərək Vətən uğrunda həlak olmuş şəhidləri yad ediblər. Tədbirdə “Azərkimya” şirkətinin həmkarlar təşkilatının sədri, “Qafqaz” Universitetinin pedaqoji fakultəsinin dekanı Erdal Karaman, Sumqayıt Özəl Türk Liseyinin müdiri və Şəhər Təhsil Şöbəsinin əməkdaşları iştirak etdilər.

Açılış mərasimində Sumqayıt Özəl Türk Liseyinin müdiri Ahmet Çamalan və digərləri çıxış edərək olimpiadaların keçirilməsi ənənələrindən, intellektual səviyyəsi yüksək olan şagirdlərin gələcək təhsil yolundakı rolundan ətraflı söhbət açıblar. A. Çamalan çıxışında Sumqayıt şəhərinin təhsil sahəsindəki böyük uğurlarından və bu uğurların əldə edilməsində təhsil şöbəsinin danılmaz fəaliyyətindən bəhs edib. S Ö T L-nin digər Türk liseyləri kimi Azərbaycan təhsil sistemi üçün çalışan və heç kimlə rəqabət aparmadan Azərbaycana xeyirli övladlar yetişdirən bir təhsil ocağı olduğunu söyləib. Türk liseylərinin beynəlxalq və respublika fənn olimpiadalarında qazandıqları nailiyyətlər gərgin zəhmətin və təhsilə olan yüksək qayğının nəticəsində əldə olunduğunu bildirib.

Tədbirin təşkilatçısı Sumqayıt Şəhər Təhsil Şöbəsinin metodkabinetinin müdiri Sabir Məmmədov Türk liseyinin uğurlarından və respublikada və Beynəlxalq Fənn olimpiadalarında əldə etdikləri nailiyyətlərindən bəhs edərək bu uğurların Azərbaycan övladları tərəfindən əldə edildiyini və bununla Azərbaycanımızın 3 rəngli bayrağını göylərə ucaltdıqlarını deyib. Şagirdlərə fənn olimpiadalarinda uğurlar diləyib.

www.cag.edu.az
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır