Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu liseydə

Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu liseydə

Dekabrın 17-də Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Haluk Ağca Ağdaş Özəl Türk Liseyində olub. Qonağı Liseyin bir qrup müəllim və şagirdləri gül - çiçək dəstələri ilə qarşılayıblar. Liseyin müdiri Ramazan Tomay qonağa rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti dövründə əldə etdikləri nəaliyyətlər barədə ətraflı məlumat verib. Sonra  Baş Konsul H. Ağca liseyin tədris korpusu bir çox sinif otaqları, laboratoriyaları, kitabxanası və digər sosial şəraiti ilə tanış olub. Burada təhsil alan şagirdlər üçün təşkil olunmuş şəraitdən və müasir tələblərə cavab verən texniki avadanlıqlarla təchiz olunmasından, eləcədə məktəblilərin nizam-intizamından məmnun olduğunu bildirib. Liseyin müəllim və şagird kollektivinə təhsildə uğurlar diləyib.  

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır