Türkiyəli iş adamları Qubada olublar

Dekabrın 18-də Türkiyə Cümhuriyyətinin Samsun şəhərindən gəlmiş bir qrup iş adamları Aslan Sal, Cemel Koloğlu, İsmayıl Yusifoğlu Quba Özəl Türk Liseyində olublar. Qonaqlar əvvəlcə burada şagirdlər üçün hazirlanmış şəraitlə tanış olmaq üçün liseyin sinif otaqlarını, laboratoriyaları və kitabxanasını gəziblər. Quba Özəl Türk Liseyinin müdiri Mustafa Alagözoğlu Türkiyəli iş adamlarına liseyin fəaliyyəti barədə ətraflı məlumat verib. A. Sal, C. Koloğlu və İ. Yusifoğlu liseydə məktəblilər üçün hazırlanmış şəraitdən eləcədə şagirdlərin nizam- intizamından məmnun olduqlarını bildiriblər. Liseyin müəllim və şagird kollektivinə təhsildə yeni-yeni nailiyyətlər diləyiblər.

Sonra iş adamlarını və Quba Özəl Türk Liseyinin müdiri Mustafa Alagözoğlunu Quba rayon İcra Hakimiyyətinin Başçısı Rauf  Həbibov qəbul edib. Qəbul zamanı Türkiyəli qonaqlar Respublikamızın ən dilbər guşələrindən biri olan Quba rayonunda görülən abadlıq-quruculuq işləri sayəsində rayonun daha da gözəlləşdiyini və burada həyata keçirilən tədbirlər nəticəsində inkişaf etdiyini bildiriblər. Quba Özəl Türk Liseyinin müdiri M. Alagözoğlu rayon İcra Hakimiyyəti Başçısına liseyin uğurları barədə ətraflı məlumat verib. Quba İHB-sı R. Həbibova liseyə gostərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.   

 Daha sonra qonaqlar Qubada aşkar edilmiş Azərbaycanlıların ermənilər tərəfindən törədilmiş soyqırım məzarlığını ziyarət ediblər. Gördüklərindən və eşitdiklərindən təsirlənən iş adamları bildirmişlər ki, kütləvi məzarlığın tarixi zaman baxımından bir əsrə yaxın dövrü əhatə etsə də, hadisələrin gedişatı baxımından bu günümüzlə səsləşir. Erməni terroru, erməni vəhşiliyi, erməni separatizmi. Bu, o ermənilərdir ki, uydurma erməni soyqırımı adı altında Türkiyəyə qarşı beynəlxalq səviyyədə fitnəkarlıqla məşğuldurlar. Üstəlik, XX əsrin əvvəllərində olduğu kimi, yüzilliyin sonunda da öz çirkin niyyətlərindən əl çəkməyib Dağlıq Qarabağda, Xocalıda, Şuşada, Kəlbəcərdə və Azərbaycanın işğal olunmuş digər ərazilərində yeni vəhşiliklər törətdilər. Bu gün ədalətli hakim olan tarix onların iç üzünü hər addımda açıq-aydın göstərir. Biz də gərək bu tutarlı faktların hamı tərəfindən qəbul edilməsi üçün əlimizdən gələni edək. Ermənilərin soyqırım siyasətini bütün dünya ictimaiyyətinə dəqiq və düzgün çatdıraq.Tarixin zamanın ədaləti nəticəsində bu dəhşətli faciənin, soyqırımın üstü açılmış və erməni xisləti bütün dünyaya bəlli olmuşdur. Bu təkzibedilməz faktın qarşısında heç bir yalan, iftira dayana bilməz.

 
   

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF