Türkiyənin Azərbaycandakı Səfiri Bakı Özəl Türk Liseyində

Türkiyənin Azərbaycandakı Səfiri Bakı Özəl Türk Liseyində

Dekabrın 15-də Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Hulusi Kılıç, eləcədə səfirliyin təhsil üzrə müşaviri Halis Koyuncuoğlu, Emniyyet müşaviri İsmail Çalışkan və Gömrük müşaviri Ramazan Ulus Bakı Özəl Türk Liseyində olublar. Ziyarətə gələn heyəti “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Enver Özeren, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz, və bir qrup müəllim səmimiyyətlə qarşılayıblar. Sonra “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Enver Özeren rəhbərlik etdiyi şirkətin fəaliyyətə başladığı vaxtdan bu günə qədər əldə etdiyi nailiyyətlər və yeniliklər barədə ətraflı məlumat verib. Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz, liseylərin Respublika və Beynəlxalq Elm Olimpiadalarında şagirdlərinin ən yüksək yerləri tutmaları, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə qəbulla əlaqədar keçirdiyi imtahanlarda məzunlarının ən yüksək bal toplamalarından təhsil sahəsində qazandıqları digər nailiyyətlər haqqında Səfirə məlumat verib. Daha sonra Fövqəladə və Səlahiyyətli Səfir və müşavirləri BÖTL-nin fəaliyyətini özündə əks etdirən foto stendlərlə, eləcədə liseyin sinif otaqları, kitabxanası, laboratoriyaları gəzərək buradakı təhsilin səviyyəsi və şagirdlər üçün hazırlanmış şəraitlə yaxından tanış olublar. Bir neçə siniflərdə şagirdlərlə səmimi söhbət ediblər. Qonaqlar müasir tələblərə cavab verən avadanlıqlarla təshiz olunmuş Bakı Özəl Türk Liseyinin sinif otaqlarından, eləcədə müəllim və şagirdlərin əldə etdikləri nailiyyətlərdən, məktəblilərin nizam-intizamından razı qaldıqlarını xüsusilə qeyd ediblər. Türkiyəli diplomatlar mövcud olan bu şəraitdən istifadə edərək şagirdlərin daha yüksək zirvələrə inamla irəliləyəcəyinə, gələcəyin ən yaxşı mütəxəssislərinin məhz, “ÇAĞ” Öyrətim İşlətmələrinin Azərbaycan-Türkiyə Özəl Liseylərində yetişəcəyinə əmin olduqlarını bildiriblər.




Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF