“Universitet Tələbələrinin 35-ci ACM Proqramlaşdırma”Beynəlxalq müsabiqəsinin yarımfinal mərhələsi Gürcüstan Respublikasının Tbilisi şəhərində (Georgian Technical University) keçirildi


“Universitet Tələbələrinin 35-ci ACM Proqramlaşdırma” Beynəlxalq müsabiqəsinin yarımfinal mərhələsi (komanda) və Cənubi Qafqaz Açıq Birinciliyi (komanda və fərdi) 24-26 noyabr 2010-cu il tarixində Gürcüstan Respublikasının Tbilisi şəhərində (Georgian Technical University) keçirilmişdir. Müsabiqələrdə Qafqaz Universiteti 4 komanda (hər komandada 3 tələbə): Baku Qafqaz U2, Baku Qafqaz U1, Baku Qafqaz U3, Baku Qafqaz U4 ilə təmsil olunmuşdur.
Cənubi Qafqaz Açıq Birinciliyi komanda müsabiqəsində Qafqaz Universitetinden 2 komanda III dərəcəli diplomlarla, fərdi müsabiqədə 8 tələbə III dərəcəli diplomlarla təltif olunmuşlar:

III dərəcəli diplom
Baku Qafqaz U2 komandası
Kamran Məhərov (Kompüter Mühəndisliyi 4)
Rauf Ağayev (Kompüter Mühəndisliyi 5)
Vüqar Ağayev (Kompüter Mühəndisliyi 4)

III dərəcəli diplom
Baku Qafqaz U3 komandası
Ələkbər Vəlizadə (Kompüter Mühəndisliyi 3)
Elşad Seyidməmmədov (Kompüter Mühəndisliyi 3)
Sevdi Mürsəlov (Kompüter Mühəndisliyi 3)

III dərəcəli diplomlar
Fərdi
Kamran Məhərov (Kompüter Mühəndisliyi 4)
Şəhriyar Novruzov (Kompüter Mühəndisliyi 4)
Əsgər Cavadov (Sənaye Mühəndisliyi 5)
Vüsal Abdullayev (Kompüter Mühəndisliyi 5)
Hidayət Soltanzadə  (Kompüter Mühəndisliyi 3)
Xəyyam Quliyev  (Kompüter Mühəndisliyi 3)
Ələkbər Vəlizadə (Kompüter Mühəndisliyi 3)
Vüqar Ağayev (Kompüter Mühəndisliyi 4)

QEYD:     Cənubi Qafqaz Açıq Birinciliyində komanda müsabiqəsində 43 komanda, fərdi müsabiqədə 73 tələbə iştirak etmişdir:

  1. Azərbaycan Respublikası - 3 universitetdən 7 komanda (Qafqaz Universiteti – 4, Moskva Dövlət Universitetinin Bakı filialı – 2, Bakı Dövlət Universiteti – 1 komanda)
  2. Ukrayna Respublikası - 4 universitetindən 4 komanda
  3. Gürcüstan Respublikası - 9 universitetdən 21 komanda
  4. Ermənistan Respublikası - 4 universitetdən 11 komanda
 Komanda müsabiqəsində həmçinin Moskva Dövlət Universitetinin Bakı filialının Baku MSU 1 komandası III dərəcəli diplom, fərdi müsabiqədə Moskva Dövlət Universitetinin Bakı filialının 1 tələbəsi, Bakı Dövlət Universitetinin 2 tələbəsi III dərəcəli diplomlarla təltif olunmuşlar.

2009-cu ildə Qafqaz  Universitetinin 2 komandası komanda  müsabiqəsində 2 III dərəcəli diplom almışdı.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır