31 Ocak 2011 Pazartesi

First IEEE Seminar in Azerbaijan “IEEE Membership Benefits and Opportunities”

held in 26 January 2011 (10:00 – 12:30) at Qafqaz University
http://ieee.qu.edu.az

Meeting was openned with welcome speech of Qafqaz University rector Prof. Ahmet Sanic. In the context of speech Prof. Sanic noticed the importance of professional membership as framework for cooperation and collaboration of people with the same professional interests.
Dr. Abzetdin Adamov had the speech on IEEE Membership Benefits and Opportunities. The speech enclosed following topics:
Short Presentation:  “IEEE Membership Benefits and Opportunities” (PDF)
  • IEEE History
  • IEEE by Statistics (Quick Facts)
  • IEEE Membership Benefits and Opportunities
  • Special Interest Memberships – IEEE Societies
  • Membership Options: New Opportunity – e-Membership
  • Quick Start your Membership
  • AICT2011 International Conference (www.aict.info)
  • Distribution of Promotion Matherials
  • Filling in a Forms
  • Questions


Briefly about e-Membership Opportunity
The IEEE new initiative called e-Membership was introduces to participants. e-Membership is new membership option for for professionals from developing countries. Members with e-Membership have access to the same benefits and opportunities as standard members, but for lower proce ($63). Only Professional Members are aligible to apply for e-Membership (Students and Staduate Students are not aligible …).
About AICT2011 International Conference
Participants also were informed on 5th International Conference on Application of Information and Communication Technologies (AICT2011) will be held in Bakuon the 12, 13 and 14th of October 2011. Dr. Abzetdin Adamov as a General Chair of upcoming event welcomed all participants to AICT2011 initiated by Qafqaz University under IEEE technical sponsorship. He also announced the Qafqaz University’s decision to support IEEE Members from Azerbaijan during AICT2011 International Conference. Thus, all IEEE Memebers from Azerbaijan are allotted with opportunity to join to all activities during AICT2011 for free (paper publication, openning program, keynote speechs, tutorials, banquet dinner, …).
Representatives of the following Universities, organizations and companies have shown an interest to the subject of seminar:
  • Baku State University,
  • Academy of Public Administration,
  • Cybernetics Institute of ANAS (Azerbaijan National Academy of Science),
  • Institute of Information Technology of ANAS,
  • Azerbaijan State Oil Academy,
  • National Aviation Academy,
  • Azerbaijan State Economic University,
  • Modern Educational Complex,
  • Sumgayit Municipal Department for Public Education,
  • British Council,
  • Microsoft,
  • Azercell Telecom,
  • Sinam LTD,
  • Saybernet MMC,
  • Azerfon LLC,
  • DIA Holding,
  • Information Policy Analytical Center.
For further information:
http://aadamov.wordpress.com/2011/01/27/first-ieee-seminar-in-azerbaijan-ieee-membership-benefits-and-opportunities/

Qafqaz University has gone Google Apps for Education

This Summer Qafqaz University has started campus-wide project of migration Google Apps for Education for all faculty, staff and students.
In 2006 we decided to create common collaboration and communication framework for faculty and students through implementation of the Campus Mail System. But because of high cost of the maintenance this initiative was converted to the hosting email solution assigned for faculty and staff, but unfortunately not for students. At the same time we have noticed that our students knew Google tools and already used them to meet common needs. From the end of 2008 we started to observe the possibility of adoption of the Google Apps in Qafqaz University.
This summer, our Computing & Information Services team was in the process of migrating everyone to our new Google Apps – Qafqaz University system. The positive experience of other Universities as well as experience our faculty have had using the Apps suite helped us decide that the change would bring significant benefits and cost savings to the university as a whole. In fact, we predict this change could save us considerable amount of money could be invested to meet other needs.
Many academicians as well as students widely use regular Gmail for communication needs. But what most of them don’t know is that Gmail can be configured so that they can use Google Apps through custom university domain. For instance, if my university domain is qu.edu.az, I can set up accounts for all my faculty and even for students, so they get Gmail, Celendar, Sites, Docs, and chat all with usernames like name1@qu.edu.az, name2@qu.edu.az, … My users log in to a Google hosted control panel (which is customized with a Qafqaz University logo, look at http://qmail.qu.edu.az), and all their email would get sent with their custom domain email as the From, as well as they receive email to the same email boxes.
In such a way Qafqaz University has enhanced its communication and collaboration infrastucture. Now Google Apps at @qu.edu.az has opened to any QU faculty, staff and student who would like to move. With just a Qafqaz ID and password, a Qafqaz University’s student can instantly use the full set of Google Applications for Education:
Qafqaz University has gone Google Apps for Education
Qafqaz University has gone Google Apps for Education
Dr. Abzetdin Adamov
Cheif Information Oficcer
Qafqaz University

28 Ocak 2011 Cuma

Qafqaz Universitetində Sumqayıt məktəbliləri arasında keçirilmiş fənn olimpiadasınin şəhər turunun qalibləri ilə görüş olmuşdur

Bakı, 26 yanvar (AzərTAc). Qafqaz Universitetində Sumqayıt məktəbliləri arasında keçirilmiş fənn olimpiadası şəhər turunun qalibləri ilə görüş olmuşdur.
Görüşdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç rəhbərlik etdiyi ali məktəb barədə məlumat vermiş, universitetdə təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərə toxunmuş, fənn olimpiadasının şəhər turunun qaliblərinə yeni uğurlar arzulamışdır.
IX– XI sinif şagirdləri 7 fənn- Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə yarışmışlar. Bu il yanvarın 11-də keçirilən bilik yarışının şəhər turunun sonuncu mərhələsində 33 şagird qalib adı qazanmışdır. Onlar martda keçirilməsi nəzərdə tutulan fənn olimpiadasının respublika turunda iştirak edəcəklər.
Görüşdə fənn olimpiadasının şəhər turunun qaliblərinə hədiyyələr təqdim olunmuşdur.
http://www.azertag.gov.az/index_az.jsp?id=2917&date=2011-01-26
www.qu.edu.az

“Çağ” Qazaxıstanda gümüşə tutuldu

“Çağ” Öyrətim İşlətmələrinin təhsil ocağı - Azərbaycan-TürkiyəÖzəl Liseyləri beynəlxalq bilik yarışında artıq bu ilin ilk medallarını əldə ediblər. Bir neçə gün öncə bu liseylərin şagirdləri Qazaxıstandan Vətənə 3 gümüş medal gətiriblər.

“Yanvarın 14-20-də Qazaxıstanın Almatı şəhərində keçirilən VII Bynəlxalq Jautıkov adına Fizika-Riyaziyyat və İnformatika Olimpiadasında 3 şagirdimiz gümüş medal qazanıb”. Bu barədə qəzetimizə Azərbaycan-Türkiyə özəl liseylərinin olimpiada koordinatoru Ünal Akçay məlumat verdi. Onun sözlərinə görə, bu bilik yarışında dünyanın 20-yə yaxın ölkəsindən (Rumıniya, Bolqariya, Türkiyə, İndoneziya, Rusiya, Türkmənistan və s.) 46 komanda (296 iştrakçı) öz bilik və bacarığını nümayiş etdirib: “Çağ” Öyrətim Şirkətinin liseyləri bu bilik yarışında 7 nəfərlik komanda ilə təmsil olunub”. Olimpiadanın çox uğurlu keçdiyini vurğulayan həmsöhbətimiz onların yüksək səviyyədə çıxış etdiklərini və 3 gümüş medal qazandıqlarını vurğuladı. Bildirdi ki, Bakı Özəl Türk Liseyinin 11-ci sinif şagirdi Azad Salahlı informatika, Sumqayıt Özəl Türk Liseyinin 11-ci sinif şagirdi Elşad Mustafayev (o, ötən il 2010-cu il 104 ölkənin iştirakı ilə keçirilən 51-ci Beynəlxalq Riyaziyyat Olimpiadasının gümüş mükafatçısıdır) və Mingəçevir Özəl Türk Liseyinin 11-ci sinif şagirdi Naib Bağırov riyaziyyat fənlərindən gümüş medallar qazanıblar. Artıq Azərbaycan-Türkiyə özəl liseylərinin beynəlxalq yarışlardan əldə etdikləri medalların sayının 434-ə (87 qızıl, 141 gümüş, 206 bürünc) çatdığını vurğulayan Ünal Akçay daha sonra dedi: “Liseylərimiz dünyanın bütün ölkələrində keçirilən bilik yarışlarına qatılır. Bu il şagirdlərimiz dünyanın 12 ölkəsində keçiriləcək 18 bilik yarışında iştirak edəcəklər. Yeri gəlmişkən, onu da vurğulayım ki, Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadası (INEPO-EUROASIYA) isə bu ilin aprel ayının 9-10-da Bakıda keçiriləcək. Bu bilik yarışında dünyanın 30-35 ölkəsinin təmsil olunacağı gözlənilir”. “Qazanılan bu kimi uğurlarda ən çox kimin əməyi olub?” sualına isə həmsöhbətimiz belə cavab verdi: “Kollektivin”. Və əldə olunan hər bir uğuru Azərbaycan təhsilinin uğuru kimi dəyərləndirdi.
“Təcrübə də mühüm rol oynayır”
Qaliblərlə - Azad Salahlı, Elşad Mustafayev, Naib Bağırovla söhbətdən aydın oldu ki, onlar bu qələbəni 20 Yanvar - Milli Qürur Günü münasibəti ilə Azərbaycan xalqına hədiyyə ediblər. Naib Bağırovun sözlərinə görə, beynəlxalq yarışlarda bilik ilə yanaşı, təcrübə də mühüm rol oynayır. Əldə etdiyi nəticəni o qədər də qənaətbəxş hesab etməyən Naib növbəti bilik yarışında Vətənə qızıl medalla qayıdacağını əminliklə dilə gətirdi. Dördüncü dəfə beynəlxalq bilik yarışlarında iştirak etdiyini vurğulayan Azad Salahlı bu kimi uğurların Azərbaycan təhsilinin dünya arenasında tanınmasında əhəmiyyətli rol oynadığını dedi. Elşad Mustafayev bu uğurun onun üçün gözlənilən olduğunu bildirdi.
Qeyd edək ki, ötən ilin dekabrın 2-11-də Nigeriyanın Abuja şəhərində 35 ölkənin 180 şagirdinin iştirakı ilə keçirilən Yeniyetmələrin VII Beynəlxalq Elm Olimpiadasında Şəki Özəl Türk Liseyinin 10-cu sinif şagirdi Ramazan Ramazanov və Şirvan Özəl Türk Liseyinin 9-cu sinif şagirdi Balaqardaş Bəşirov  bürünc medallara layiq görülüblər. www.zaman.az
27.01.2011
Qvamİ Məhəbbətoğlu,Rafael MayIlbəy

Dünya şöhrətli idmançılar şagirdlərlə görüşdü


Yanvarın 24-də Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının Sədri Əjdər Cəfərov, Azərbaycan Güləş Federasiyasının Baş katibi Ramin Qasımov, 2002 –ci ildə keçirilmiş Dünya çempionatında gümüş ,2004 –2007-2009 -cu illərdə keçirilmiş Olimpiadalarda qızıl medallar qazanmış Fərid Mansurov, 2008-ci ildə keçirilmiş Olimpiada oyunlarında gümüş , 2009-cu ildə keçirilmiş Dünya çempionatında bürünc, Avropa çempionatından 2 qızıl medallar əldə etmiş, 2008-ci ildə Beynəlxalq Güləş Federasiyası tərəfindən ilin ən güclü Yunan Roma güləşçisi seçilmiş Rövşən Bayramov, 2008-ci il Olimpiada oyunlarında gümüş, 2009-2010-cu illərdə Dünya çempionatından bürünc medallarla vətənə qayitmış Vitali Rəhimov, Dünya çempionatı 2- cisi Həsən Əliyev, Bakı Özəl Türk Liseyində olublar. Qonaqları Azərbaycan Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz, Bakı Özəl Türk Liseyinin müdiri Hayrettin Ünver qarşılayıblar. Qonaqlar əvvəlcə liseyin sinif otaqları, laboratoriyaları, kitabxanası, şagirdlərin məişət şəraiti və tədris prosesi ilə yaxından tanış olublar. Azərbaycan Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz, Bakı Özəl Türk Liseyinin müdiri Hayrettin Ünver şagirdlərin Respublika və Beynəlxalq Elm Olimpiadalarında fəal iştirakı Azərbaycan bayrağını ən yüksəklərə ucaltdıqları barədə ətraflı məlumat verib. BÖTL-nin məzunlarının ali məktəblərə qəbulla bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlarda yüksək bal toplayaraq Prezident təqaüdünə layiq görüldüklərini və dünyanın ən məşhur universitetlərində təhsillərini davam etdirdiklərini bildiriblər. Dünya şöhrətli idmançılar şagirdlərin əldə etdiyi nailiyyətlərdən və burada onlar üçün hazirlanmış şəraitdən məktəblilərin nizam- intizamından məmnun olduqlarını söyləyiblər. Sonra qonaqlar liseydə şagirdlərlə görüşüblər. Əvvəlcə görüşdə iştirak edən idmançıların ən mötəbər yarışlarda Azərbaycanı ləyaqətlə təmsil edərək keçirdikləri görüşlərindən bəhs edən qısa metirajlı film nümayiş olunub. Görüş zamanı çıxış edən idmançılardan Ramin Qasımov, Fərid Mansurov, Vitali Rəhimov və digərləri Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində Respublikada idmanın davamlı inkişafından ən yüksək nəticələrin əldə olunmasından söhbət açıblar. BÖTL-də də şagirdlərin idmanla məşğul olmaları üçün hazırlanmış şəraitdən məmnun olduqlarını qeyd ediblər. Daha sonra liseyin şagirdlərinin suallarını cavablandırıblar. Görüşün sonunda Azərbaycan Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz qonaqlara xatirə hədiyyəsi təqdim edib.  

  http://www.cag.edu.az/haber.php?id=164

VII Beynəlxalq Jautikov Fizika-riyaziyyat və İnformatika olimpiadasindan növbəti qələbə

Yanvarın 14-20 də Qazaxstan Respublikasının Alma-Ata şəhərində VII Bynəlxalq Jautıkov adına fizika-riyaziyyat və informatika olimpiadası keçirilib. Olimpiadada dünyanın  20-yə yaxın ölkəsindən eləcədə Rumıniyadan, Bolqariyadan, Türkiyədən, İndoneziyadan, Rusiyadan, Türkmənistandan və digər ölkələrdən gəlmiş 46 komandada 296 şagird öz bilik və bacarıqlarını nümayiş etdirib. Dünyanın ən reytinqli məktəblərinin iştirak etdiyi olimpiadada ölkəmizi informatika fənnindən uğurla təmsil edən Bakı Özəl Türk Liseyinin 11-ci sinif şagirdi Azad Salahlı gümüş,riyaziyyat fənnindən Mingəçevir Özəl Türk Liseyinin  11-ci sinif şagirdi Naib Bağırov gümüş, riyaziyyat fənnindən Sumqayıt Özəl Türk liseyinin 11-ci sinif şagirdi Elşad Mustafayev gümüş (xatırladaq ki, E. Mustafayev 2010-cu il 104 ölkənin iştirak etdiyi  51-ci Beynəlxalq Riyaziyyat olimpiadasının -  gümüş medal mükaftçısıdır) medala layiq görülüblər.

Ağdaş ÖTL-nin müdirini Göyçay Rayon İHB-sı qəbul edib

Göyçay Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov  Ağdaş Özəl Türk Liseyinin müdiri Ramazan Tomayı qəbul edib. Qəbul zamanı Ağdaş ÖTL-nin müdiri R. Tomay Göyçay İHB-na rəhbərlik etdiyi tədris müəssisəsinin fəaliyyəti dövründə  əldə etdikləri nailiyyətləri, uğurları barədə ətraflı məlumat verib. Bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Respublikada və dünyanın bir çox ölkələrində keçirilən Beynəlxalq Elm Olimpiadalarında layiqli yerləri tutmalarından geniş söhbət açıb. Bu göstəricilərin daha da yüksəlməsi üçün lazımi şəraitin hazırlandığını və yeni tədris ilini də uğurla başa vuracaqlarını bildirib. Sonra İHB –sı M. Məmmədov Ağdaş Özəl Türk Liseyinin fəaliyyətindən razılığını bildirib və onlara yeni-yeni nailiyyətlər arzulayıb.

"Liseyin uğurlarından məmnunam"

Ağsu Rayon İcra Hakimiyyətində Ağdaş Özəl Türk Liseyinin müdiri Ramazan Tomay Rayon İcra Hakimiyyəti Başçısı Ənvər Seydəliyevlə görüşüb. Görüşdə AÖTL-nin müdiri R. Tomay rəhbərlik etdiyi təhsil ocağında şagirdlər üçün hazirlanmış şəraitdən, tədrisin və nizam- intizamin yüksək səviyyədə qurulmasından şagirdlərinin əldə etdiyi nailiyyətlərdən, uğurlardan danışıb. Məktəblilərinin Beynəlxalq Fənn Olimpiadalarında layiqli yerləri tutmalarından və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamalarından ətraflı söhbət açıb. Sonra Ağsu Rayon İcra Hakimiyyəti Başçı Ə. Seydəliyev liseyin uğurlu fəaliyyətindən, əldə etdiyi hər bir nailiyyətindən məmnun qaldığını bildirib.

"Əminəm ki, lisey öz uğurlarını qoruyub saxlayacaqdır"

Ağdaş Özəl Türk Liseyinin müdiri Ramazan Tomay Ağdaş Rayon İcra Hakimiyyətinin Başçısı Rafiq Niftəliyevlə görüşüb. Səmimi şəraitdə keçən görüdə AÖTL-nin müdiri R. Tomay rəhbərlik etdiyi təhsil ocağının fəaliyyətə başladığı dövrdə əldə etdiyi nailiyyətlərdən, şagirdlərinin Respublika və Beynəlxalq Fənn Olimpiadalarında qazandıqları uğurlardan, ali məktəblərə qəbulla bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının  keçirdiyi imtahanlarda yüksək nəticələr göstərmələrindən, eləcədə dünyanın bir çox tanınmış universitetlərində təhsillərini uğurla davam etmələrindən danışıb. Ağdaş İHB-sı Rafiq Niftəliyev liseyin əldə etdiyi uğurlardan məmnun olduğunu bildirərək deyib,  “Mən inanıram ki, bu liseyin uğurları sizin rəhbərlik etdiyiniz dövrdə də əvvəlki ənənələrini qoruyub saxlayaraq daha yüksək nailiyyətlər  əldə edəcək”. 

  http://www.cag.edu.az/haber.php?id=160

20 yanvar faciəsi “Çağ” Öyrətim İşlətmələrinin bütün müəssisələrində qeyd olundu

20 yanvar faciəsinin 20-ci ildönümü Azərbaycanda, eləcə də dünyanın bir çox ölkələrində qeyd olunduğu kimi “Çağ” Öyrətim İşlətmələrinin bütün müəssisələrində də anılıb. Bununla əlaqədar olaraq Azərbaycan Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz, “Araz “ Kursları Baş İdarəsinin rəisi İrfan Uzundemir, Bakıdakı liseylərimizin, kurslarımızın müdirləri və şagird kollektivi qəhrəman oğul və qızlarımızın xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət  ediblər. Onlar Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın məzarları üstünə təzə-tər qərənfillər düzüblər. Bununla əlaqədar olaraq bölgələrdəki digər tədris müəssisələrində də tədbirlər, konfranslar və ziyarərlər keçirilib. Belə ki, 20 Yanvar faciəsinin 20-ci ildönümü münasibəti ilə Quba Özəl Türk Liseyində xatirə günü kecirildi.Tədbirdə iştirak edən müəllim və şagirdlər, eləcə də valideynlər əvvəlcə şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Sonra tədbirdə çıxış edən Quba Özəl Türk Liseyinin müdiri Mustafa Alagözoğlu keçən əsrin sonlarında baş vermiş bu faciənin kökləri və səbəbləri barəsində ətraflı məlumat verərək bildirdilər ki, bu tarix xalqımız üçün faciə olmaqdan daha çox milli fəxarət günüdür. İgid oğul və qızlarımız respublikamızın azadlığı naminə ən müasir silahlarla silahlanmış qırmızı ordunun qarşısına əliyalın çıxaraq, heç kim, heç nə onları bu yoldan döndərə bilməyəcəyini sübut ediblər. Biz bu qəhrəmanları və bu qəhrəmanlığı heç vaxt unutmayacağıq.

 

Yanvarın 19-da 20 yanvar faciəsinin il dönümü ilə əlaqədar olaraq “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasında Şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə “Çağ”Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr.Enver Özeren, Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının (AKHVTİC) sədri, Müstəqil Dövlətlər Birliyi İttifaqının Orduya Aviasiyaya Donanmaya Könüllü Yardım Cəmiyyətləri Mərkəzi Şurası sədrinin müavini general-mayor Novruzəli Orucov iştirak ediblər. Şəhidlərin anım mərasimində çıxış edən Dr. Enver Özeren və general-mayor Novruzəli Orucov bu faciənin baş vermə səbəbləri, Azərbaycan tarixində xalqımızın azadlıq, suverenlik arzularının ən dəhşətli insanlığa sığmayan qaydada qarşısının alınması məqsədi ilə Sovet imperiyası tərəfindən törədilməsi barədə ətraflı məlumat veriblər. 20 yanvar faciəsi Azərbaycan üçün həm də milli qürur günü olduğunu da xüsusi olaraq qeyd etdilər. 

Sonda “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr.Enver Özeren, AKHVTİC sədri general-mayor N. Orucova  xatirə hədiyyəsi təqdim edib.


 

 

 

 

 20 Yanvar faciəsinin anım günü respublikamızın hər yerində, hər təhsil ocağında olduğu kimi Şəki Azərbaycan-Türkiyə Özəl  Liseyində də qeyd olundu. Bu münasibətlə ŞATÖL-də konfrans kecirilib. 20 il bundan öncə baş verənlər bir daha şagirdlərin diqqətinə çatdırıldı, xəyalən tariximizin o qanlı səhifələri vərəqləndi, vətənimizin qəhrəman övladları barədə, onlara qarşı törədilən vəhşiliklər barədə şagirdlərə ətraflı məlumat verildi.

  Şəki Azərbaycan-Türkiyə Özəl Liseyinin bir qrup müəllim və şagirdlər Şəkidə yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər. 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə əklil və təzə-tər qərənfillər düzblər, onlara Allahdan rəhmət diləyiblər. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının içtimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Rəfail Manafov iştirak edib.

 

 

Qanlı Yanvar faciəsinin 20-ci ıldönümü günündə Şirvan Özəl Türk Liseyində hüzn tədbiri keçirilib. Tədbirdə  20 Yanvar hadisələri haqqında liseyin şagirdlərinə ətraflı məlumat verilib. Çıxış edənlər bildiriblər ki, o dəhşətli günü faciə kimi qiymətləndirilsə də, xalqımız onu qəhrəmanlıq və zəfər günü kimi qeyd etməlidir. Həmin gün minlərlə həmvətənimiz qırmızı sovet imperiyası ilə üz-üzə qalaraq, azadlıq arzularını ortaya qoyublar. Biz bu azadlığı göz bəbəyi kimi qorumalı,vətənimizin qüdrətinin getdikcə daha da inkişaf etməsində var gücümüzlə çalışmalıyıq.

  Tədbirin sonunda şagirdlərin ifasında ədəbi-bədii kompozisiya göstərilib. Vətənpərvərlik ruhunda şeirlər səsləndirilib. Şagirdlər Vətəni onlar kimi sevəcəklərinə, Vətən uğrunda onlar kimi şəhid olacaqlarına and içiblər.

 

 

Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmış 20 Yanvar hadisələrindən 20 il keçməsinə baxmayaraq, xalqımızın öz şəhidlərinə olan ehtiram və  sevgiləri ildən-ilə keçdikcə daha da böyüyür. 20 Yanvar faciəsi ilə əlaqədar Sumqayıt Özəl Türk Liseyində şəhidlərimizin xatirəsinə həsr olunmuş xatirə günü keçirilib.Tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra liseyin müəllimləri Qanlı Yanvar faciəsinin tarixçəsi haqqında şagirdlərə məlumat veriblər. Anım günündə  çıxış edənlər 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı bəşər tarixində ən ağır cinayətlərdən biri törədildiyini, günahsız ınsanlar onun təhlükəsizliyini qorumalı olan dövlət tərəfindən gülləboran edildiklərini bildiriblər. Bu, totalitar sovet rejiminin süqutu ərəfəsində onun mahiyyətini bir daha bütün dünyaya sübut etdiyini qeyd ediblər.

 

20 Yanvar faciəsinin il dönümü ilə əlaqədar olaraq Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyində tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra GATÖL-nin müdiri Kenan Güzel  20 faciəsi haqda şagirdlərə məlumat verib. Vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi heç vaxt unudulmayacağını bildirib. Daha sonra tədbirdə iştirak edən Gəncə şəhər Qarabağ Əlilləri və Veteranları Birliyinin sədri, Almaz Aşurov xalqımızın Qəhrəmanlıq Simvolu olan 20 Yanvar faciəsi haqqında tarixi faktlara əsaslanaraq geniş söhbət açıb və məktəblilərin suallarını cavablandirib. Sonda tədbir iştirakçıları Gəncə Şəhərində  20 Yanvar şəhidlərinin xatirəsinə ucladılmış abidəni ziyarət edərək, onun üzərinə tər qərənfillər qoyublar.  
  http://www.cag.edu.az/haber.php?id=159

27 Ocak 2011 Perşembe

Azərbaycanda ali məktəblərin reytinq siyahısı açıqlanıb

Siyahını TQDK sədri Məleykə Abbaszadə elan edib
 
Ötən il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən 5424 abituriyent 500-dən, o cümlədən 1414 abituriyent 600-dən yuxarı bal toplayıb. APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

TQDK sədrinin sözlərinə görə, yüksək ballılar respublikanın 71 bölgəsini təmsil edib. Onların nisbi sayına görə Bakı, Naxçıvan və Sumqayıt şəhərlərinin, o cümlədən Ordubad, İsmayıllı və Qax rayonlarının göstəriciləri ən yüksək olub. Bu bölgələrdən ali təhsil müəssisələrinə sənəd verən hər 100 nəfər gəncin 6-8-i imtahanlarda 500-dən yuxarı bal toplayıb. 500-700 arasında bal toplayan abituriyentlərin əksəriyyəti ən nüfuzlu ixtisaslara qəbul olublar. TQDK sədrinin sözlərinə görə, son qəbul imtahanlarında ali məktəblərin reytinq cədvəlinə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası başçılıq edib, 2-ci yer Azərbaycan Dövlət Tibb Universitetinə, 3-cü yer Qafqaz Universitetinə, 4-cü yer Azərbaycan Dövlət Neft Akademiyasına, 5-ci yer Azərbaycan Turizm İnstitutuna məxsusdur. Ötən illərdə olduğu kimi, son qəbul imtahanında ən yüksək keçid balı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ixtisaslarına olub. Həm Azərbaycan, həm də rus bölməsində ən yüksək keçid balı Akademiyanın II qrupa daxil olan “Menecment” ixtisasına aiddir. Bu ixtisas üzrə keçid balı Azərbaycan bölməsində 675-ə, rus bölməsində isə 650-yə bərabərdir.

Ən aşağı keçid balı Azərbaycan bölməsində Milli Aviasiya Akademiyasının “Ekologiya mühəndisliyi”, rus bölməsində isə Gəncə Dövlət Universitetinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasında olub. Həm Azərbaycan, həm də rus bölməsi üzrə ən aşağı keçid balı 200-dür.
 http://anspress.com/index.php?a=2&lng=az&nid=82684

26 Ocak 2011 Çarşamba

Pedaqoji Fakültəsi Dekanı. Dr.Erdal Karaman

Beynəlxalq münasibətlər bölmesi: Dr.Rovsen Ibrahimov

Riyaziyyat və informatika müəllimliyi bölmesi: Prof. Dr. Fexreddin Isayev

20 Yanvar şəhidlərinin xatirəsini anma mərasimi: Millət vəkili Musa Qasi...

20 Yanvar şəhidlərinin xatirəsini anma mərasimi: Millət vəkili Musa Qasi...

20 Yanvar şəhidlərinin xatirəsini anma mərasimi :Gultekin Hacibeyli

Kimya mühəndisliyi bölmesi: Dr. Yusif Abdullayev

Səhiyyə, Mədəniyyət və İdman idarəsi: Musa Turmus

Regionşünaslıq (Avropa üzrə)Bölmesi: Dr. Ceyhun Mahmudov

İngilis Dili ve Ədəbiyyatı Bölmesi: Ali Bereket

Maliyyə ixtisası: Dr.Mayis Ezizov

Karyera Planlama Mərkəzi

Beynəlxalq iqtisadi münasibətlər bölmesi: Dr.Altay Ismayilov

Türkiye Cumhuriyeti Cumhurbaşkanı Abdullah Gül

Məleykə Abbaszadə Azərbaycanda ali məktəblərin reytinq siyahısını açıqlayıb


[ 25 Yanvar 2011 13:28 ]
Bakı. İlhamə İsabalayeva – APA. Ötən il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən 5424 abituriyent 500-dən, o cümlədən 1414 abituriyent 600-dən yuxarı bal toplayıb.

APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.
TQDK sədrinin sözlərinə görə, yüksək ballılar respublikanın 71 bölgəsini təmsil edib. Onların nisbi sayına görə Bakı, Naxçıvan və Sumqayıt şəhərlərinin, o cümlədən Ordubad, İsmayıllı və Qax rayonlarının göstəriciləri ən yüksək olub. Bu bölgələrdən ali təhsil müəssisələrinə sənəd verən hər 100 nəfər gəncin 6-8-i imtahanlarda 500-dən yuxarı bal toplayıb. 500-700 arasında bal toplayan abituriyentlərin əksəriyyəti ən nüfuzlu ixtisaslara qəbul olublar. TQDK sədrinin sözlərinə görə, son qəbul imtahanlarında ali məktəblərin reytinq cədvəlinə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası başçılıq edib, 2-ci yer Azərbaycan Dövlət Tibb Universitetinə, 3-cü yer Qafqaz Universitetinə, 4-cü yer Azərbaycan Dövlət Neft Akademiyasına, 5-ci yer Azərbaycan Turizm İnstitutuna məxsusdur. Ötən illərdə olduğu kimi, son qəbul imtahanında ən yüksək keçid balı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ixtisaslarına olub. Həm Azərbaycan, həm də rus bölməsində ən yüksək keçid balı Akademiyanın II qrupa daxil olan “Menecment” ixtisasına aiddir. Bu ixtisas üzrə keçid balı Azərbaycan bölməsində 675-ə, rus bölməsində isə 650-yə bərabərdir.
Ən aşağı keçid balı Azərbaycan bölməsində Milli Aviasiya Akademiyasının “Ekologiya mühəndisliyi”, rus bölməsində isə Gəncə Dövlət Universitetinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasında olub. Həm Azərbaycan, həm də rus bölməsi üzrə ən aşağı keçid balı 200-dür.
http://az.apa.az/xeber_Meleyke_Abbaszade_Azerbaycanda_ali__211096.html 

Azərbaycanda ali məktəblərin reytinq siyahısı açıqlanıb.

Ötən il  ali təhsil müəssisələrinə qəbul  imtahanlarında 5424 abituriyent 500-dən çox, 1414  abituriyent 600-dən çox bal toplayıb. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə  2010/2011-ci tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirdiyi mətbuat konfransında məlumat verib. Komissiya sədri  Azərbaycanda ali məktəblərin reytinq siyahısını açıqlayıb.
Azərbaycanda ali məktəblərin reytinq siyahısına Prezident yanında Dövlət İdarəçilik Akademiyası başçılıq edir. Məleykə Abbaszadə dedi ki, 2-ci yer  Tibb Universitetinə, 3-cü yer Qafqaz Universitetinə, 4-cü yer Dövlət Neft Akademiyasına, 5-ci yer isə Turizm İnstitutuna məxsusdur. Ötən illərdə olduğu kimi, son qəbul imtahanında ən yüksək keçid balı da Dövlət İdarəçilik Akademiyasının ixtisaslarına olub. Həm Azərbaycan, həm də rus bölməsində ən yüksək keçid balı Akademiyanın 2-ci  qrupa daxil olan “Menecment” ixtisasına aiddir. Bu ixtisas üzrə keçid balı Azərbaycan bölməsində 675-ə, rus bölməsində isə 650-yə bərabərdir. TQDK sədrinin dedi ki, qəbul  imtahanlarında 5424 abituriyent 500-dən çox, o cümlədən 1414 abituriyent 600 bal toplayıb.
Bakı, Naxçıvan və Sumqayıt şəhərlərinin, o cümlədən Ordubad, İsmayıllı və Qax rayonlarının göstəriciləri ən yüksək olub. Bu bölgələrdən ali təhsil müəssisələrinə sənəd verən hər 100 nəfər gəncin 68-i imtahanlarda 500-dən yuxarı bal toplayıb. 500-700 arasında bal toplayan abituriyentlərin əksəriyyəti ən nüfuzlu ixtisaslara qəbul olublar. Ötən il qəbul planı bütövlükdə 93,31 faiz dolub. 2010/2011-ci tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlili geniş formada “Abituriyent” jurnalının 12-ci sayında dərc olunub. Əlavə edək ki, bu gündən ali məktəblərin magistratura pilləsində təhsil almaq istəyən bakalavrlar üçün ərizə qəbulu başlayır. Ərizələrin qəbulu fevralın 7-dək elektron formada aparılacaq.

25 Ocak 2011 Salı

YOUTUBE Qafqaz University Channel açıldı.

 

QAFQAZ UNİVERSİTETİYLE İLGİLİ VİDEOLARA BURADAN ULAŞABİLİRSİNİZ

24 Ocak 2011 Pazartesi

Magistr tələbələri istehsal prosesi ilə yaxından tanış oldular


22 yanvar 2011-ci il tarixində  Qafqaz Universitetinin rektoru Prof.Dr. Ahmet Saniç, İş dünyası əlaqələri üzrə prorektor Dr. Təyyar Mustafayev, Karyera planlama mərkəzi müdiri Dr. İsa Qasımov və universitetin bir qrup magistr tələbəsinin iştirakı ilə Azersun Holdinqə aid  “Bakı Yağ Fabriki” və “Qafqaz Kağız Sənaye”  müəssisələrində oldular. Əvvəlcə hər iki müəssisənin fəaliyyəti ilə yaxından tanış olduqdan sonra, Fatih Univeristeti professoru Cevdet Meriç tərəfindən gəzintidə iştirak edən  iştirakçılara, eləcə də Azersun Holdinqin bir qrup idarəçilərinə “Stratejik idarəetmənin əsasları”mövzusunda seminar verildi.                                                                          
Dr.İsa Qasımov                                                                               

23 Ocak 2011 Pazar

Qafqaz Universiteti tələbə dərnəkləri arasında “Clubs Cup 5” mini futbol turniri


ÇEMPİON İDMAN DUNYASI KLUBU OLDU...
Qafqaz Universiteti tələbə dərnəkləri arasında bu il 5-ci Ənənəvi “CLUBS CUP 5” mini futbol turniri keçirildi. Bu turnir ənənəvi olaraq hər il universitetimizin idman şöbəsi tərəfindən həyata keçirilir və turnirdə idman dünyası klubunun tələbələri təşkilatı dəstək vərirlər.  Turnirə 14 komanda iştirak etdi. Komandalar A-B və C olmak üzrə 3 qrupa bölündü.A və B grupunda 5 komanda, C grupunda isə 4 komanda iştirak edirdi. A və B grupundan ilk 3 yəri tutan komandalar, C qrupundan isə ilk 2 yeri tutmuş komandalar 1\4 finala vəsiqəni təmin etdilər. 



Beləliklə ¼ final oyunlarının nəticələri:
Tərcümə” 4-3 “Rəqs”
“Düşüncə” 3-6 “İDK”
SMK” 3-3 (4-0 P) “GAK”
Ədəbiyyat” 3-1 “Ekologiya”
½ final oyunlarının nəticələri:
“Tərcümə” 3-4 “İDK
SMK” 0-0 (4-0 P)  Ədəbiyyat
Nəticələrdən göründüyü kimi turnirin finalına İDK komandası ilə SMK komandası vəsiqə qazandı. Bu möhtəşəm qarşılaşmada İDK komandası rəqibini 9-3 hesabıyla məğlub edərək turnirin ÇEMPİONU adına layiq görüldü.
Turnirin ;
bombardiri naminasiyasına isə 7 oyunda 36 qolla İDK komandasının oyunçusu İSMAYILOV BƏHRUZ,
ən centlmen oyunçusu naminasiyasina isə Tərcümə komandasının oyunçusu ƏLİYEV Cəsur,
ən yaxşı oyunçusu naminasiyasina isə GAK komandasının oyunçusu Vamiq SƏMƏDOV,
ən yaxşı qapıcısı naminasiyasina isə İDK komandasının qapıcısı KAZIMZADƏ İlkin layiq görüldü.

“Xoş gəldiniz” mini futbol turnirinin Çempionu “QAFQAZ STARS” oldu.



2010-2011 tədris ili üçün hazırlıq tələbələri arasında 10-cu Ənənəvi “Xoş gəldiniz” mini futbol turniri keçirildi. Universitetimizin idman şöbəsi nəzdində kəçirilən turnirə İdman Dünyası Klubu üzvləri də təıkilatı dəstək vərdilər.Turnir hazırlıq bölməsi danışman məllimlərin sinifləri arasında keçirilirdi. Yarışda 14 komanda iştirak etdi. Komandalar A-B və C olmaq üzrə 3 qrupa bölündülər.Hər qrupdan 1-ci və 2-ci yeri tutmuş komandalarla yanaşı grupunda ən yaxşı xala maliq 3-cü yər tutmuş daha 2 komanda  növbəti tura (1/4 final) çıxmaq haqqı əldə etdilər.
¼ final oyunlarında aşağıdaki komandalar üz-üzə gəldilər ;
“Qafqaz Stars” 3-2 Winners”
“Prodigy” 5-4 “Qartal”
“Connect” 3-5 “Stars FK”
Warriors” 3-5 “HD Soccer”
½ final oyunlarının nəticələri isə;
“Qafqaz Stars” 5-4 “HD Soccer”
“Prodigy” 1-5 “Stars FK”
Nəticələrdən göründüyü kimi turnirin finalına “Qafqaz Stars” komandası ilə “Stars FK” komandası vəsiqə qazandı. Bu möhtəşəm qarşılaşmada “Qafqaz Stars” komandası rəqibinə 5-2 hesabıyla məğlub edərək turnirin qalibi adına layiq görüldü.
Turnirin bombardiri naminasiyasına isə 26 qolla “Star FK” komandasının oyunçusu Nəzərov Zamiq layiq görüldü. Yarışın ən centlmen oyunçusu naminasiyasina isə “Winners” komandasının oyunçusu Erdal Erkan layiq görüldü.

“PAİNT BALL” çempionatında Qafqaz Şahinləri 4-cü yər


Azərbaycan Gənclər və İdman Nazirliyi və Tələbə Gənclər Təşkilatları İttifaqının Ali məktəblər arasında sayca 1-ci si olan PaintBall (boyalı gullə muharibə) yarışı kəçirildi.Oktyabr ayında başanılan turnir, rəspublika stend atıcılıq mərkəzində kəçirilirdi.Yarışlara 22 ali təhsil məktəbi iştirak etdilər.Universitetimizin Paint Ball komandası isə bu turnirdə 4-cü yərlə kifayətləndi.
Qafqaz Şahinləri adlı komandamız 1-ci tur da Musiqi Akademiyasına , 2-ci tur da isə Təfəkkür Universitetinə qalib gəldi və yarım finala vəsiqə qazandı.Komandamız ½ yarımfinal mərhaləsində isə Azb.Dövlət İktisad Universiteti komandasına məğlub olaraq 4-cü yəri tutdu.
Turnirin çempionu isə Azb.Dövlət Pedaqoji Universiteti oldu.2-ci Azb.Dövlət İktisad Universiteti yər 3-cü yər isə Odlar Yurdu Univərsitetinin oldu.

22 Ocak 2011 Cumartesi

“Azərikimya” İstehsalat Birliyində Qafqaz Universitetinin rəhbərliyi ilə görüş keçirilmişdir

Bu günlərdə ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyində Qafqaz Univer­sitetinin rəhbərliyi ilə görüş keçirilmişdir. Qonaqları səmimi salamlayan Birlik rəhbərliyi qurumun fəaliyyəti, müəssisələrdə aparılan əsaslı təmir və yenidənqurma işləri, həyata keçirilən irimiqyaslı layihə­lər haqqında ətraflı məlumat vermişdır. Qeyd edilmişdir ki, bu gün ARDNŞ-nin bütün strukturlarında olduğu kimi, “Azərikimya” İB-nin müəssisələrində də savadlı, yüksək intellektə malik gənc mütə­xəs­sislərə üstünlük verilir. Bu baxımdan Qafqaz Universiteti ilə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanmışdır. Qafqaz Universitetinin rektoru prof. Dr. Ahmet Sanıç səmimi qəbula görə “Azəri­kimya” İB rəhbərliyinə dərin minnətdarlıq ifadə etmiş, Universitet haqqında geniş məlumat vermişdir. O, Qafqaz Universitetinin 7 tələbəsinin ARDNŞ-nın təqaüdünə layiq görülməsini qürur hissi ilə xüsusi qeyd etmişdir. Vurğulanmışdır ki, Universitet 2010-2011-ci tədris ilindən kimya mühəndisliyi ixtisası üzrə kadr hazırlığına başlamış, bu ildən mexanika, gələn ildən isə neft mühəndisliyi ixtisası üzrə tələbə qəbulunu da həyata keçirəcək. Bununla yanaşı tələbələrin gələcəkdə “Azərikimya” İB-nin müəssisələrində təcrübə keçmələri də planlaşdırılır. Görüşdə perspektiv layihələr müzakirə edilmiş, qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsi üçün razılıq əldə olunmuşdur.

21 Ocak 2011 Cuma

20 YANVAR: Şanlı tariximizin qanlı səhifəsi

“20 yanvar” təqvimdə, bəlkə də, birçoxları üçün adi, bəzi millətlər üçün əlamətdar bir hadisənin təntənəli sürətdə qeyd edildiyi bir gündür. Azərbaycan xalqının tarixinə isə 20 yanvar 1990-cı ildən etibarən “qanlı yanvar”, “qanlı şənbə” kimi yazıldı.
 
“20 yanvar” təqvimdə, bəlkə də, birçoxları üçün adi, bəzi millətlər üçün əlamətdar bir hadisənin təntənəli sürətdə qeyd edildiyi bir gündür. Azərbaycan xalqının tarixinə isə 20 yanvar 1990-cı ildən etibarən “qanlı yanvar”, “qanlı şənbə” kimi yazıldı. 1990-cı il yanvarın 19-dan 20 - nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Azərbaycan 1918-ci il mart qırğınlarında, 1920-ci il 28 aprel işğalında olduğu kimi bir kərə daha sovet-rus zülmü ilə üzləşdi. Azərbaycan xalqının iradəsini qırmaq, xalqın azadlıq arzusunu qanla boğmaq, bölgəni nəyin bahasına olursa-olsun, əldə saxlamaq düşüncəsi tarixdəki qanlı oyunların təkrar səhnəyə qoyulmasına gətirib çıxardı.

Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollardan nail olmaq istəyən Azərbaycan xalqının iradəsini qırmaq, insanların azadlıq istəklərini tankların tırtılları altında yox etməkdi. Ancaq sovet imperiyası buna nail ola bilmədi. Azərbaycan xalqı bu hadisə qarşısında daha da mətinləşdi, qızıl ordu terroruna qurban verdiyi övladlarını itki kimi görmədi və onları ölümün ən yüksək mərtəbəsi olan şəhidlik zirvəsi kimi bağrına basdı. Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxardı. Bu hadisədən cəmi 9 ay sonra Azərbaycan öz müstəqilliyini elan elədi. Əslində imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermə planı, imperyanı zor gücünə mühafizə etmə təşəbbüsü də boşa çıxmış oldu. Baltikyanı respublikaların müstəqillik elan etmələrindən sonra Azərbaycanın da müstəqilliyini bəyan etməsi digər cümhuriyyətlərə də bir növ nümunə təşkil elədi və SSRİ-nin dağılması qaçınılmaz oldu. Bu mənada, bəlkə də, Bakıda törədilən qanlı 20 yanvar hadisələri sovet imperiyasının dağılmasını sürətləndirən bir hadisə oldu.

Azərbaycana qarşı işlənilən bu cinayət yuxarıda qeyd edilən siyasi nəticələri doğurmaqla birlikdə xalqın nəzərində açıqlığa qovuşdurulmamış bir cinayət kimi də qalmaqdadır.

Nəyə görə Bakıda fövqəladə vəziyyət elan edilməsi barədə məlumat hadisələrdən sonra - yanvarın 20-də verilmişdir? Görəsən, əməliyyatlarda bu dərəcədə kütləvi olaraq ağır silahlardan istifadəyə nə dərəcədə ehtiyac vardı? Bunu nə ilə əsaslandırmaq olar? Şübhəsiz ki, dinc əhaliyə qarşı bu dərəcədə silah tətbiq etmək cinayətdir.

Soruşulması lazım gələn suallardan biri də insanlarımızın qətl edilməsinin qarşısını almaq mümkün ola bilərdimi? Bu məsələ tarixdən dərs almaq, gələcəkdə belə faciələrin meydana gəlməsinin qarşısını almaq baxımından əhəmiyyətlidir. Təbii ki, hadisənin ibrətli məqamları da yaxşı təhlil edilməlidir. Sovet hakimiyyətinin ağılasığmaz haqsızlıqları qarşısında o tarixdə Azərbaycanın idarəçilərinin tutduqları zəif mövqenin, öz daxilimizdə ortaya çıxan müxtəlif çəkişmələrin xalqımıza baha başa gəldiyini dərk etməliyik və buradan lazımi dərsləri çıxarmalıyıq. 

Şəhidlərimiz 100 minlərlə insanımızın çiynində şəhərin ən yüksək yerlərindən olan, sovet işğalından öncə də şəhid məzarlığı olmuş, daha sonra Dağüstü Park adlandırılan təpədə dəfn edildilər. Onların yanlarında onlarla Dağlıq Qarabağ şəhidlərimiz dəfn edildi. Bura xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir səlnaməsinə çevrildi. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.
 20.01.2011
Dr. Ədalət İbadov (Qafqaz Universiteti) 
Dr. Şölə İsayeva (Qafqaz Universiteti)

Universitetlərin reytinq cədvəlləri tərtib olunmalıdır»

image

Layihə çərçivəsində müsahibimiz AMEA İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisad elmləri namizədi Allahyar Muradovdur: 
- Təhsil sistemində dəyişiklik aparılması vacibdir. Xüsusilə özəl təhsil sahəsində bir sıra dəyişikliyin olması mühümdür. Dövlət təhsil sistemi elədir ki, orada dövlət, belə deyək ki, özü üçün mütəxəssislər hazırlayır. Yəni, müəyyən etdiyi ixtisaslar üzrə mütəxəssis hazırlayır. Bütün kriteriyaları, təhsilin formasını, pullu və ya pulsuz olmasını dövlət özü müəyyən elir. Amma özəl təhsil müəssisələrində isə vəziyyət fərqli olmalıdır. Çünki bu, özəl təhsildir, yəni, bir növ sahibkarlıq subyektidir. Sahibkar burada nə istehsal edəcəyini, nə qədər istehsal edəcəyini özü müəyyən etməlidir. Bunların hamısını həmin özəl ali təhsil müəssisəsi özü müəyyənləşdirməlidir və onların özlərinin qəbul mexanizmi olmalıdır. Bəzən bildirirlər ki, belə olan halda neqativ hallar baş verəcək. Amma mexanizmi elə qurmaq olar ki, bu neqativ hallar tədricən aradan qalxsın. Məsələn, götürək elə Qafqaz Universitetini. Bu təhsil müəssisəsinin məzun etdiyi kadrlara ehtiyac var. Yəni, cəmiyyət artıq bu universitetin məzunlarının yüksək səviyyəli kadrlar olmasına inanır. Bu universitet keyfiyyətli kadr buraxır. Deməli, həmin  universitetdə təhsil yüksək səviyyədə təşkil olunur ki, cəmiyyətin bu qədər etimadı var. Mənə elə gəlir ki, özəl ali təhsilə sərbəstlik vermək lazımdır. 

http://www.palitra.net.az/cemiyyet/1734.html

20 Ocak 2011 Perşembe

20 Ocak Şehidleri törenle anıldı

20 Ocak Şehidleri törenle anıldı.
19 Ocak 2011 Çarşamba - 21:17:10
Azerbaycan halkına Sovyet Rus imperyası tarafından ve dönemin SSCB devlet başkanı Mihail Gorbaçov’un emriyle Bakü’de yapılan katliam da şehid olanların aziz hatırasına Özel Kafkas Üniversitesi'nde anım programı düzenlenmiştir. Anım programı, Kafkas Üniversitesi Kültür Şubesi, Kafkas Üniversitesi öğrenci konseyi ve 149 sayılı Ağdam göçmen ortaöğrenim kurumuyla birlikte düzenlenmiştir. Törene milletvekili Musa Gasımlı ve eski milletvekili Gültekin Hacıbeyli de katıldılar.


Elektronik Haber Ajansı (e-ha) muhabirinin edindiği bilgiye göre, Programın açılış konuşması için kürsüye gelen Kafkas Üniversitesi Rektörü Prof. Dr Ahmet Saniç; "20 Ocak olayları ile ilgili Sovyetlerin Bakü’'de yaptığı katliamlarla ilgili henüz kitaplarda birçok şeyler yazılmamıştır. Çünkü bu olaylarla ilgili araştırmalar halen devam ediyor. Ama benim bildiğim kadarıyla, henüz dünyada öyle bir devlet olmasın ki, kendisinin silahsız ve sivil nüfusuna karşı bu tür vahşet etsin. Bu, sadece Azerbaycan halkının başına getirildi "1990 yılının 19 Ocak'ından 20 Ocak'a geçen gecede Bakû’de yapılan katliamların başında SSCB'nin son devlet başkanı Mihail Gorbaçov duruyordu. Azerbaycan halkının unutulmaz lideri Haydar Aliyev o zaman Moskova’da Gorbaçov ve Ermenilerin entrikalarıyla elinden bütün vazifeler alınsa da Televizyon vasıtasıyla ekranlara çıkarak defalarca kaydetmiştir ki;"Gorbaçov Azerbaycanlılara karşı düşman politikası uygulamıştır. Fakat 20 Ocak faciası halkımızı sarsıtsa da, onun bağımsızlık hareketini asla engelleyemedi."demiştir.

Sonra konuşmak için söz alan eski milletvekili Gültekin Hacıbeyli 1990 yılı 19 Ocak'ı 20'sine bağlayan gece Azerbaycan halkının üzerine o zamanki SSCB yönetiminin nasıl acımaz kararlar kabul ederek, öldürülen savunmasız sivil insanların, şehitlerin kimler tarafından katledildiğinden söz açtı.
Daha sonra milletvekili Musa Gasımlı konuşmasında;" Azerbaycan'da komünist rejimini korumak ve ulusal özgürlük hareketini bastırmak amacıyla Bakü'ye büyük bir ordu (resmi rakam 35 bini gösteriyor) göndermişlerdi. Sovyetlerin saldırısı sonucunda Bakü'de 134 sivil öldürülmüş, 600'den fazla kişi yaralanmıştı. Öldürülenler arasında beş milletin temsilcileri, 20'den fazla kadın, çocuk vardı. "Siyah Ocak" ın şimdiye kadar kendinde barındırdığı sırlar fazladır. "Kanlı Ocak" katliamının 21. yıldönümü artık geride kaldı. Önceleri 1990 20 Ocak katliamını öncelikle halkın kederli, hüzün günü gibi kabul ettik, şehitlerimizin ruhunu sızıntı ile andık. Ama bir şeyi unutmayalım ki, 20 Ocak Azerbaycan halkının tarihinde, sadece ağıt ve acı ile anılacak gün değil. 20 Ocak Azerbaycan halkının şan ve şeref günüdür. Unutmamalıyız ki, aynı gün sokakları boyamış şehit kanları bir anlamda ulusal mefkûremizin uyanan güneşinin kırmızı şafağını sembolize ediyordu. Halkımız o gün üstüne çöken korkunç kâbusa, Sovyet ordusunun korkunç kara hareketine karşı göğsünü germeyi ve kendisinin benliğini ve metinliğini koruyarak, tanklara bedenlerini siper ederek bağımsızlık hareketini Sovyet rejimine kabul ettirmeyi başardı. İşte o olaylar direkt gösterdi ki, Azerbaycan halkı özgürlük mücadelesine kalkmak, bozulmuş haklarının, egemenliğinin onarım uğruna savaşmak azmine sahipti."dedi.

Programda Qafqaz Üniversitesi ve 149 sayılı Ağdam göçmen ortaöğrenim okulundan öğrenciler şehitlere hitaben yazılmış şiirler okudular. Duygulu anların yaşandığı programın bitiminden sonra Kafkas Üniversitesi Rektörü ve öğrenciler 20 OCAK Şehitlik abidelerini ziyaret ettiler. Onların hatırasını karanfiller bırakarak saygıyla yad ettiler.
 Azerbaycan (e-ha) Musa Turmus

19 Ocak 2011 Çarşamba

“Bakcell Məzunu” proqramı üzrə universitet tələbələrinin qəbulu başa çatdı

 

“Bakcell Məzunu” proqramı üzrə universitet tələbələrinin qəbulu başa çatdı

18 Yanvar 2011 10:14
Bakı. Azərbaycanda ilk mobil operator olan “Bakcell” şirkəti Xəzər, Qafqaz və Azərbaycan Texniki Universitetləri ilə birgə “Bakcell Məzunu” proqramına tələbə qəbulunu başa çatdırıb.
Bu haqda RİYAD MEDİA-ya Şirkətin mətbuat xidmətindən bildirilib. “Bakcell Məzunu” proqramının məqsədi mobil telekommunikasiya sahəsində gənc mütəxəssislərin hazırlanmasına dəstək göstərməkdir.
Seçim turunu uğurla başa vuran yeddi tələbə Bakcell şirkətində üç ay müddətində təcrübə keçmək imkanı qazanıb. Seçilən tələbələr Bakcell-in Şəbəkə Mühəndisliyi, Müştəri Təcrübəsi, Tənzimləmə, Korporativ Əlaqələr və Maliyyə Şöbələrində təcrübə keçəcəklər. 
“Bakcell Məzunu” proqramının finalçılarının adları ilə tanış olun:

Toğrul Əyyubbəyli – Qafqaz Universiteti
Rafi Rəhimov - Qafqaz Universiteti
Məmməd Şahmalıyev - Qafqaz Universiteti
Musaxan Əzizov – Azərbaycan Texniki Universiteti
Roza İsmayılova - Qafqaz Universiteti
Vüqar Qasımov - Qafqaz Universiteti
Süleyman Əliyev - Qafqaz Universiteti

Bakcell-in baş icraçı direktoru xanım İneke Botter ötən həftə finalçılar ilə Bakcell-in Baş Ofisində keçirilən görüş zamanı bunları deyib: “Bizim məqsədimiz odur ki, gənclər telekommunikasiya biznesi üzrə daha çox biliyə malik olsunlar. “Bakcell Məzunu” proqramına universitetlər tərəfindən göstərilən dəstək bizi bu işdə çox ruhlandırır. Bakcell-də təcrübə keçməklə tələbələr bu qabaqcıl biznes sahəsi ilə yaxından tanış olacaq və bu sahədə karyera qurmaq imkanları barədə öyrənəcəklər.”
Tələbələr təcrübə proqramı müddətində təhsil aldıqları universitetlərin professorları və Bakcell-in müxtəlif şöbələrinin mütəxəssisləri ilə sıx işləyəcəklər və proqramın sonunda universitetləri üçün tezis təqdim edəcəklər. Hər tələbəyə 250 AZN məbləğində aylıq təqaüd veriləcək. Proqramı uğurla başa vuran məzunların Bakcell şirkətində işə götürülməsi istisna edilmir.

18 Ocak 2011 Salı

“İstedadların üzə çıxarılmasında “Araz” kurslarının rolu əvəzsizdir”



Bakı “Araz” kursu tərəfindən paytaxt məktəbləri arasında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmş bilik yarışının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Bakı Özəl Türk Liseyində düzənlənən tədbirdə Bakı “Araz” kursunun müdiri Yusif Duran bilik yarışına Bakının Binəqədi, Nərimanov, Nəsimi, Səbayil, Yasamal rayonlarının və Xırdalan şəhərinin 100-dən çox məktəbinin 5000 şagirdinin qatıldığını bildirib. O həmçinin bilik yarışında Türkyə Dəyanət Vəqfi  Bakı Türk Liseyi, Akademik Zərifə Əliyeva adına orta ümumtəhsil məktəbi, Bakı Dövlət Universiteti nəzdindəki Gənc İstedadlılar Liseyi, Bakı Türk Anadolu Liseyi, İlyas Əfəndiyev adına “Elitar’’ Gimnaziyanın şagirdlərinin yüksək nəticə göstərərək fərqləndiklərini vurğulayıb. Həmin məktəblərin direktorları Bakı “Araz” kursu tərəfindən netbuklarla mükafatlandırılıblar.
Yusif Duranın sözlərinə görə, artıq dördüncü ildir ki, belə bilik yarışları təşkil olunur. O, ildən-ilə bu bilik yarışının şagird kontingentinin artdığını da vurğulayıb.
Qeyd edək ki, mükafatlar bilik yarışında bütün qruplar üzrə yarışan 8, 9, 10-cu sinif şagirdləri arasında I, II, III yerləri tutan 38 nəfərə təqdim edilib. Mərasimdə həmçinin fərqlənmiş 54, 190, 47, 258, 267 saylı məktəblərin müdirlərinə xatirə plaketləri verilib. Plaketləri onlara Qafqaz universitetinin ictimai əlaqələr üzrə prorektoru dr. Uğur Arif Bölek təqdim edib.
“ Seçilənlər ölkəmizin inkişafına da öz töhfələrini verəcəklər”
Lənkəran Şəhər Təhsil Şöbəsinin köməkliyi və Lənkəran “Araz” kurslarının təşkilatçılığı ilə keçirilən bilik yarışmasının qalibləri  mükafatlandırılıblar. Lənkəran Özəl Türk Liseyində keçirilən mükafatlandırma mərasimində isə TQDK-nın sisteminə uyğun olaraq 4 qrup üzrə keçirilmiş bilik yarışında ilk 3 yeri tutan 36 şagird tərifnamə və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Bilik yarışında ən aktiv iştirak edən 4 məktəbin direktoruna da hədiyyələr təqdim olunub.
Qeyd edək ki, tədbirdə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdir əvəzi Güloğlan Bağırov, Lənkəran Şəhər İcra Hakimiyyətinin humanitar məsələlər üzrə məsləhətçisi Tahir Zülfüqarov da iştirak ediblər.
Bilik yarışı ilə bağlı təəssüratlarını “Zaman-Azərbaycan”la bölüşən Lənkəran Şəhər Təhsil Şöbəsinin müdir əvəzi Güloğlan Bağırov deyib ki, belə tədbirlərin keçirilməsi istedadlı şagirdlərin üzə çıxarılmasında böyük rol oynayır: “Belə istedadların üzə çıxarılmasında “Araz” kurslarının rolu əvəzsizdir”. O, bilik yarışlarında öz səviyyələri ilə seçilən şagirdlərimizin sabah Azərbaycanımızın inkişafına da öz töhfələrini verəcəklərini əminliklə vurğulayıb.
Lənkəran Araz Kurslarının müdiri Musa Şükürov artıq rayonda ənənə halını almış bu bilik yarışında 637 nəfər 8, 9 və 10-cu sinif şagirdlərinin iştirak etdiklərini bildirib. Onun sözlərinə görə, yarışda yer tutmuş şagirdlər bu il və gələn il “Araz” kurslarında 30%  güzəştlə təhsil ala biləcəklər. Musa Şükürov belə bilik yarışlarının Cənub bölgəsinin digər rayonlarında da keçirəcəklərini vurğulayıb. 
Pənah Abdurrahmanlı Lənkəran -Fədaİl Fətullayev Bakı- www.zaman.az  18.01.2011