“Bakcell Məzunu” proqramı üzrə universitet tələbələrinin qəbulu başa çatdı

18 Yanvar 2011 10:14
Bakı. Azərbaycanda ilk mobil operator olan “Bakcell” şirkəti Xəzər, Qafqaz və Azərbaycan Texniki Universitetləri ilə birgə “Bakcell Məzunu” proqramına tələbə qəbulunu başa çatdırıb.
Bu haqda RİYAD MEDİA-ya Şirkətin mətbuat xidmətindən bildirilib. “Bakcell Məzunu” proqramının məqsədi mobil telekommunikasiya sahəsində gənc mütəxəssislərin hazırlanmasına dəstək göstərməkdir.
Seçim turunu uğurla başa vuran yeddi tələbə Bakcell şirkətində üç ay müddətində təcrübə keçmək imkanı qazanıb. Seçilən tələbələr Bakcell-in Şəbəkə Mühəndisliyi, Müştəri Təcrübəsi, Tənzimləmə, Korporativ Əlaqələr və Maliyyə Şöbələrində təcrübə keçəcəklər. 
“Bakcell Məzunu” proqramının finalçılarının adları ilə tanış olun:

Toğrul Əyyubbəyli – Qafqaz Universiteti
Rafi Rəhimov - Qafqaz Universiteti
Məmməd Şahmalıyev - Qafqaz Universiteti
Musaxan Əzizov – Azərbaycan Texniki Universiteti
Roza İsmayılova - Qafqaz Universiteti
Vüqar Qasımov - Qafqaz Universiteti
Süleyman Əliyev - Qafqaz Universiteti

Bakcell-in baş icraçı direktoru xanım İneke Botter ötən həftə finalçılar ilə Bakcell-in Baş Ofisində keçirilən görüş zamanı bunları deyib: “Bizim məqsədimiz odur ki, gənclər telekommunikasiya biznesi üzrə daha çox biliyə malik olsunlar. “Bakcell Məzunu” proqramına universitetlər tərəfindən göstərilən dəstək bizi bu işdə çox ruhlandırır. Bakcell-də təcrübə keçməklə tələbələr bu qabaqcıl biznes sahəsi ilə yaxından tanış olacaq və bu sahədə karyera qurmaq imkanları barədə öyrənəcəklər.”
Tələbələr təcrübə proqramı müddətində təhsil aldıqları universitetlərin professorları və Bakcell-in müxtəlif şöbələrinin mütəxəssisləri ilə sıx işləyəcəklər və proqramın sonunda universitetləri üçün tezis təqdim edəcəklər. Hər tələbəyə 250 AZN məbləğində aylıq təqaüd veriləcək. Proqramı uğurla başa vuran məzunların Bakcell şirkətində işə götürülməsi istisna edilmir.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır