Baramalı ideyalar

Qafqaz Universitetinin fəxr etməli tələbələri “Azercell”-telekomun 2010 cu il hesabat jurnalı olan “Azerimobile” jurnalında da fərqləndilər . Baramalı ideyalar “Azercell”in “Barama” layihəsi artıq bir neçə müddətdir ki, İnformasiya Kommunikasiya Texnologiyaları sahəsinə marağı olan istedadlı gənclərə öz ideyalarını reallaşdırmaq imkanı qazandırır. Qafqaz Universitetinin 10 tələbəsi “Barama” innovasiya mərkəzində 2 həftə ərzində iqtisadi-analitik tədqiqat işi aparmaqla, həm praktik biliklər qazandılar, həm də şirkətlərin reallıqda üzləşdiyi məsələləri ətraflı tədqiq etdilər. Proqram çərçivəsində tələbələr, həmçinin sorğu keçirilməsi və təhlil aparılması yolu ilə şirkətin qoyduğu sualları cavablandırıblar. 26 oktyabr tarixində başa çatan layihədə əldə edilən nəticələr əsasında şirkət üçün öz tövsiyələrini hazırlayan tələbələr onları “Azercell Telekom” MMC-nin nümayəndələrinə təqdim ediblər. Təqdimat mərasimindən sonra proqram iştirakçıları araşdırmanın gedişi və nəticələri ilə bağlı sualları cavablandırıblar. “Apardığınız araşdırmanın nəticələri çox maraqlı və faydalıdır. İnanıram ki, tədqiqat işinin sonunda ortaya çıxardığınız nəticələr və verdiyiniz tövsiyələr şirkətimizin fəaliyyətində nəzərə alinacaq” - deyə “Azercell”in Strategiya və Biznesin İnkişafı şöbəsinin rəhbəri Aqşin Hacıyev bu staj proqramının tələbələrlə yanaşı, şirkət üçün də faydalı olduğunu bildirib. Tədbirin sonunda Qafqaz Universitetinin tələbələri diplomlarla təltif olunublar. Qeyd edək ki, “Barama” ofisində tədqiqat aparmaqla yanaşı tələbələr, eyni zamanda biznesin inkişaf etdirilməsi üzrə staj keçiblər.Başa çatan staj proqramı “Azercell”lə yanaşı ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən də dəstəklənib. Proqram çərçivəsində araşdırma ilə məşğul olan tələbələrə məvacib də ayrılıb. AZERIMOBIL jurnalı 10 səifə. No30 Dekabır 2010 cu il
http://qu.edu.az/view_news.php?news=404&link=155

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır