Universitetlərin reytinq cədvəlləri tərtib olunmalıdır»

image

Layihə çərçivəsində müsahibimiz AMEA İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisad elmləri namizədi Allahyar Muradovdur: 
- Təhsil sistemində dəyişiklik aparılması vacibdir. Xüsusilə özəl təhsil sahəsində bir sıra dəyişikliyin olması mühümdür. Dövlət təhsil sistemi elədir ki, orada dövlət, belə deyək ki, özü üçün mütəxəssislər hazırlayır. Yəni, müəyyən etdiyi ixtisaslar üzrə mütəxəssis hazırlayır. Bütün kriteriyaları, təhsilin formasını, pullu və ya pulsuz olmasını dövlət özü müəyyən elir. Amma özəl təhsil müəssisələrində isə vəziyyət fərqli olmalıdır. Çünki bu, özəl təhsildir, yəni, bir növ sahibkarlıq subyektidir. Sahibkar burada nə istehsal edəcəyini, nə qədər istehsal edəcəyini özü müəyyən etməlidir. Bunların hamısını həmin özəl ali təhsil müəssisəsi özü müəyyənləşdirməlidir və onların özlərinin qəbul mexanizmi olmalıdır. Bəzən bildirirlər ki, belə olan halda neqativ hallar baş verəcək. Amma mexanizmi elə qurmaq olar ki, bu neqativ hallar tədricən aradan qalxsın. Məsələn, götürək elə Qafqaz Universitetini. Bu təhsil müəssisəsinin məzun etdiyi kadrlara ehtiyac var. Yəni, cəmiyyət artıq bu universitetin məzunlarının yüksək səviyyəli kadrlar olmasına inanır. Bu universitet keyfiyyətli kadr buraxır. Deməli, həmin  universitetdə təhsil yüksək səviyyədə təşkil olunur ki, cəmiyyətin bu qədər etimadı var. Mənə elə gəlir ki, özəl ali təhsilə sərbəstlik vermək lazımdır. 

http://www.palitra.net.az/cemiyyet/1734.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır