“Xoş gəldiniz” mini futbol turnirinin Çempionu “QAFQAZ STARS” oldu.



2010-2011 tədris ili üçün hazırlıq tələbələri arasında 10-cu Ənənəvi “Xoş gəldiniz” mini futbol turniri keçirildi. Universitetimizin idman şöbəsi nəzdində kəçirilən turnirə İdman Dünyası Klubu üzvləri də təıkilatı dəstək vərdilər.Turnir hazırlıq bölməsi danışman məllimlərin sinifləri arasında keçirilirdi. Yarışda 14 komanda iştirak etdi. Komandalar A-B və C olmaq üzrə 3 qrupa bölündülər.Hər qrupdan 1-ci və 2-ci yeri tutmuş komandalarla yanaşı grupunda ən yaxşı xala maliq 3-cü yər tutmuş daha 2 komanda  növbəti tura (1/4 final) çıxmaq haqqı əldə etdilər.
¼ final oyunlarında aşağıdaki komandalar üz-üzə gəldilər ;
“Qafqaz Stars” 3-2 Winners”
“Prodigy” 5-4 “Qartal”
“Connect” 3-5 “Stars FK”
Warriors” 3-5 “HD Soccer”
½ final oyunlarının nəticələri isə;
“Qafqaz Stars” 5-4 “HD Soccer”
“Prodigy” 1-5 “Stars FK”
Nəticələrdən göründüyü kimi turnirin finalına “Qafqaz Stars” komandası ilə “Stars FK” komandası vəsiqə qazandı. Bu möhtəşəm qarşılaşmada “Qafqaz Stars” komandası rəqibinə 5-2 hesabıyla məğlub edərək turnirin qalibi adına layiq görüldü.
Turnirin bombardiri naminasiyasına isə 26 qolla “Star FK” komandasının oyunçusu Nəzərov Zamiq layiq görüldü. Yarışın ən centlmen oyunçusu naminasiyasina isə “Winners” komandasının oyunçusu Erdal Erkan layiq görüldü.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF