Ağır Cinayətlərə Dair İşlər Üzrə Lənkəran Rayon Məhkəməsi ilə görüş

Fevralın 1-də Agir Cinayətlərə Dair Işlər Üzrə Lənkəran Rayon  Məhkəməsin sədri Natiq Əlizadə Lənkəran Özəl Türk Liseyinin müdiri Murat Kadifeci və Lənkəran “Araz” hazırlıq kurslarının müdiri Musa Şükürovu qəbul edib. Səmimi şəraitdə keçən qəbulda Lənkəran ÖTL-nin müdiri M. Kadifeci və Lənkəran “Araz” hazırlıq kursları müdiri M. Şükürov Ağır Cinayətlərə Dair İşlər Üzrə Lənkəran Rayon Məhkəməsin sədri N. Əlizadəyə rəhbərlik etdikləri tədris müəssisələrinin fəaliyyətə başladığı dövrdən əldə etdikləri nailiyyətləri, uğurları barədə ətraflı məlumat veriblər. Bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Respublikada və dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq fənn olimpiadalarında layiqli yerləri tutmalarından geniş söhbət açıblar. Bu göstəricilərin daha da yüksəlməsi üçün lazımi şəraitin hazırlandığını və yeni tədris ilini də uğurla başa vurmağı qarşılarına məqsəd qoyduqlarını bildiriblər. 

Ağır Cinayətlərə Dair İşlər Üzrə Lənkəran Rayon Məhkəməsin sədri Lənkəran Özəl Türk Liseyinin eləcədə “Araz” hazırlıq kurslarının əldə etdiyi nailiyyətlərdən və şagirdlərinin nizam-intizamından məmnun olduğunu bildirib. Onlara təhsildə uğurlar diləyib.
www.cag.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF