“Ana dilimizi sevək, sevdirək” respublika müsabiqəsinin final mərhələsi keçirilib

Gənc Tamaşaçılar Teatrında 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr edilən 8-ci ənənəvi “Ana dilimizi sevək, sevdirək” respublika müsabiqəsinin final mərhələsi keçirilib. Təhsil Nazirliyi və “Çağ” Öyrətim İşlətmələri Şirkətinin təşəbbüsü ilə baş tutan tədbirdə respublikanın müxtəlif rayonlarından gəlmiş, eləcə də paytaxtın orta məktəblərini təmsil edən şagirdlər mahnı, şeir nominasiyaları üzrə bacarıqlarını nümayiş etdiriblər. İstedadlı gənclərin üzə çıxarılmasında önəmli rol oynayan bu müsabiqə 7-11-ci sinif şagirdləri arasında qrammatika, inşa, internet səhifəsinin hazırlanması, şeir və mahnı kateqoriyaları üzrə keçirilir. İlk üç kateqoriya - qrammatika, inşa, internet səhifəsinin hazırlanması üzrə yarışlara yekun vurulub. Hər 3 nominasiya üzrə 3 qalib seçilib. Beynəlxalq Ana Dili Gününə həsr edilən 8-ci ənənəvi “Ana dilimizi sevək, sevdirək” respublika müsabiqəsinin final mərhələsində isə şeir və mahnı kateqoriyaları üzrə qaliblər müəyyənləşdirildi. Hər iki nominasiya üzrə 5 iştirakçı öz mahnı və şeirlərini tamaşaçılara təqdim ediblər. Qaliblərə təşkilat komitəsinin xüsusi sertifikatı, medallar və hədiyyələr təqdim olundu.  Mərasimdə çıxış edən Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç, Milli Televiziya və Radio Şurasının sədri Nüşrəvan Məhərrəmli, Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirdilər ki, hər bir insan öz ana dilini yaxşı bilməli və qorumalıdır. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan mühüm vasitədir. Bu istiqamətdə “Ana dilimizi sevək, sevdirək” müsabiqəsi xüsusi əhəmiyyətə malikdir. 7-11-ci sinif şagirdləri növbəti ildən müsabiqəyə internet vasitəsi ilə də qatıla biləcəklər.  http://www.aztv.az/readnews.php?lang=az&id=621

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır