Millət vəkili „Qafqaz“ Azərbaycan–Türkiyə Özəl Gimnaziyasında olub

“İrəli” İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı „Qafqaz“ Azərbaycan – Türkiyə Özəl Gimnaziyasında olub. Şagirdlər millət vəkilini gül-çiçək dəstələri ilə qarşılayıblar. Səmimi şəraitdə keçən göruş zamanı „Qafqaz“  ATÖG-nın müdiri Serhat Aktaş Gimnaziyanın fəaliyyəti, təhsildə əldə etdikləri uğurları və yenilikləri barədə ətraflı məlumat verib. Sonra C. Osmanlı şagirdlərlə görüşüb. Görüşdə Ceyhun Osmanlı şagirdlərə keçdiyi həyat yolundan , məktəb həyatının gözəlliyindən, Azərbaycan gənclərinin qarşısında duran vəzifələrindən, respublikamızın dünya dövlətləri içərisində layiqli yerini tutmasından söhbət açıb. Azərbaycanın inkişaf etməsi, daha da güclənməsi üçün hər bir azərbaycanlının nə etməli olduğu barədə danışıb. Maraqlı söhbətdən sonra millət vəkili Ceyhun Osmanlı şagirdləri maraqlandıran sualları cavablandırıb. Bu görüşdən və „Qafqaz“ Azərbaycan – Türkiyə Özəl Gimnaziyasında şagirdlər üçün hazırlanmış şəraitdən, məktəblilərin nizam-intizamından məmnun olduğunu bildirən millət vəkili onlara təhsildə yeni-yeni nailiyyətlər arzulayıb. Sonra “Qafqaz“ Azərbaycan – Türkiyə Özəl Gimnaziyasının müdiri Serhat Aktaş Azərbaycan Respublikası Milli Məclisinin üzvü Ceyhun Osmanlıya xatirə hədiyyəsi təqdim edib. www.cag.edu.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır