Mingəçevir İcra Hakimiyyətində görüş

Yanvarın 29-da “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr. Enver Özərən, Azərbaycan- Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz, Mingəçevir Özəl Türk  Liseyinin müdiri Elxan Əliyev və Mingəçevir  “Araz” hazırlıq kurslarının müdiri Nadir Budaqov Mingəçevir Şəhər İcra Hakimiyyətinin Başçısı Mübariz Ağayevlə görüşüblər. Olduqca səmimi şəraitdə keçən görüşdə Dr. E. Özeren “Çağ” Öyrətim İşlətmələrinin təhsildə əldə etdiyi uğurları və yenilikləri barədə məlumat verib. Azərbaycan- Türkiyə Özəl Liseylərinin fəaliyyətə başladığı dövrdən əldə etdikləri nailiyyətlərindən danışaraq bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Respublikada və dünyanın bir çox ölkələrində keçirilən Beynəlxalq Fənn Olimpiadalarında layiqli yerləri tutmalarından geniş söhbət açıb. Bu göstəricilərin daha da yüksəlməsi üçün lazımi şəraitin hazırlandığını və yeni tədris ilini də uğurla başa vuracaqlarını bildirib. Qəbul zamanı Mingəçevir Şəhər İcra Hakimiyyətinin Başçısı Mübariz Ağayev, Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan, Azərbaycan prezidenti İlham Əliyevin dəstəyi ilə fəaliyyətini davam etdirən “Çağ” Öyrətim İşlətmələri Azərbaycan-Türkiyə Özəl Liseylərinin uğurlarından məmnun olduğunu bildirib. İcra Başçısı, Mingəçevir ÖTL-nin şəhərdə, eləcə də regionda ən nüfuzlu tədris müəssisəslərindən biri olduğunu deyib. “Çağ” Öyrətim İşlətmələrinin  fəaliyyətindən razılıqla danışan M. Ağayev onlara təhsildə uğurlar diləyib.

  www.cag.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır